Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir .....                        Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya .....                        “IDEF 2025”-də imzalanma mərasimi - FOTO .....                        Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə... .....                        Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası .....                        Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə! .....                        Kəmaləddin Heydərov mayoru rəis təyin etdi .....                        Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI .....                        Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO .....                       
7-07-2025, 19:03
Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT


Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşayırmış.
Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü qadın dağın zirvəsindən paraşütlə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.
Onun əvvəllər də paraşütlə tullanma ilə məşğul olduğu bildirilir.
Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

***

17:58

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.
Hadisə Beş Barmaq dağında qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qayaya çırpılıb və hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
7-07-2025, 18:43
Rusiya ilə bağlı bu xəbər yalandır


Rusiya ilə bağlı bu xəbər yalandır

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Mədəniyyət Nazirliyinin guya Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb:
"Bu saxta sənədin Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Nazirlik belə bir sənəd hazırlamayıb və yaymayıb".

7-07-2025, 18:09
Dünyanın ən çox satılan avtomobilləri


Dünyanın ən çox satılan avtomobilləri

2024-cü ilin ilk yarısında qlobal avtomobil bazarında dəyişikliklər yaşanıb. 2023-cü ilin ən çox satılan avtomobili olan Tesla Model Y, bu il liderliyini itirərək ikinci sıraya düşüb.
Toyota RAV4 isə 0,16% fərqlə Model Y-ni geridə qoyaraq 2024-cü ilin ən çox satılan avtomobili olub.
Toyota RAV4-ün hibrid və plug-in hibrid modelləri bazarda böyük maraqla qarşılanıb. Ətraf mühitə dost texnologiyalarla istehlakçıların diqqətini cəlb edən bu modellər RAV4-ün zirvəyə qalxmasında mühüm rol oynayıb. Yüksək yanacaq qənaəti və müasir dizaynı ilə də RAV4-ə böyük tələbat var.
Tesla Model Y-nin satışlarında müşahidə olunan azalma əsasən yeni versiyasının təqdimatı ilə bağlı gözləmələrdən qaynaqlanır. Alıcıların bu ilki modelə marağını azaldıb. Eyni zamanda Tesla-nın rəhbəri Elon Musk-ın bəzi siyasi açıqlamaları da markanın bazardakı imicinə mənfi təsir göstərib.
Bununla yanaşı, Tesla Model 3 sedanı, 2024-cü ilin ən çox satılan 10 avtomobili arasında 9-cu sırada yer alıb. Model 3-ün satışları 10 faiz artıb. Həmçinin, Çin istehsalı BYD Qin plug-in hibrid modeli də ilk 10-a daxil olaraq bazarda diqqət çəkib.
2024-cü ilin qlobal avtomobil bazarında elektrikli və hibrit texnologiyaların artan populyarlığı RAV4-ün liderliyə yüksəlməsinin əsas səbəblərindən biri olub.
7-07-2025, 17:44
Rusiyalı nazir Bakıdadır - Rəsmi qurumlar şərh vermir


Rusiyalı nazir Bakıdadır - Rəsmi qurumlar şərh vermir

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gedib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, rusiyalı nazirin Bakıda digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Qeyri-rəsmi məlumatlara görə, Aleksandr Kurenkov Bakıda Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə bağlı da müzakirələr aparacaq. Bəzi Teleqram kanalları Kurenkov prezident Vladimir Putinin şəxsi mesajını Bakıya çatdıracağını iddia edib.
Azərbaycanın rəsmi qurumları bunu şərh etmək istəməyiblər.
7-07-2025, 17:36
Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu


Çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olundu

Bakının Xəzər rayonunda keçirilən tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.
7-07-2025, 17:23
Ərdoğan Öcalanın nümayəndələrini qəbul edib - Yenilənib


Ərdoğan Öcalanın nümayəndələrini qəbul edib - Yenilənib

Prezident Rəcəb Tayyib Ərdoğanla kürd yönümlü DEM Partiyasının üzvləri - Türkiyə Böyük Millət Məclisinin deputatları Pərvin Buldan və Mithat Sancarın görüşü başa çatıb.
Prezident sarayında keçirilən qəbul 1 saat davam edib.

***

Prezident Rəcəb Tayyib Ərdoğan kürd yönümlü DEM Partiyasının üzvləri - Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və deputat Pərvin Buldan ilə Şanlıurfadan seçilmiş deputat Mithat Sancarı Prezident sarayında qəbul edib.
Görüş Türkiyə saatı ilə 15:00-da başlayıb.
Görüşdə AK Partiyasının sədr müavini Efkan Ala və Milli İstihbarat Təşkilatının sədri İbrahim Kalın da iştirak edirlər.
Xatırladaq ki, DEM Partiyasının liderləri bazar günü terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalanla "məhsuldar görüş" keçiriblər.
Partiyanın görüşlə bağlı bəyanatında deyilir ki, Öcalanın “sağlamlığı və əhvalı yaxşıdır” və sülh prosesinin “yeni mərhələyə qədəm qoyduğuna” inanır.
7-07-2025, 17:15
Putinin nümayəndəsi Bakıya gəldi


Putinin nümayəndəsi Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyri-rəsmi məlumatlara görə, Aleksandr Kurenkov Bakıda Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklə bağlı da müzakirələr aparacaq.
Bəzi Teleqram kanallarının məlumatına görə, Aleksandr Kurenkov Bakıya prezident Vladimir Putinin şəxsi mesajını çatdıra və digər məsələlərlə yanaşı, saxlanılan Rusiya vətəndaşların məsələsinə də toxuna bilər.
7-07-2025, 17:10
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü


Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib.
Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.





7-07-2025, 16:59
İşdən çıxarılan nazirin meyiti tapıldı


İşdən çıxarılan nazirin meyiti tapıldı

Bu gün səhər işdən çıxarılan sabiq nəqliyyat naziri Roman Starovoyt Moskva vilayətinin Odintsovo şəhərindəki evdə güllə yarası ilə ölü tapılıb.
İlkin məlumata görə, Starovoyt intihar edib.
Xatırladaq ki, prezident Vladimir Putin bu gün Roman Starovoytu Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edib.
7-07-2025, 16:34
İsrail Pezeşkiana sui-qəsd cəhdi edib


İsrail Pezeşkiana sui-qəsd cəhdi edib

12 günlük müharibə zamanı İsrail İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.
Bu barədə İran Prezidenti amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
"Bəli, onlar cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular", - M.Pezeşkian qeyd edib.
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və ABŞ-ın əli olmadığını qeyd edib.
“Mən görüşdə idim, sonrakı addımları müzakirə etdik. Onlar casusların kəşfiyyat məlumatlarının köməyi ilə bizim görüş keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, - o deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!