Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                        Peskovdan Azərbaycan-Rusiya əlaqələri barədə daha bir AÇIQLAMA .....                        Sumqayıtda oğul atasını döyərək öldürdü .....                        “Neftçi” heç-heçə etdi .....                        Daxili işlər naziri adından saxta şərh yayıldı .....                       
4-07-2025, 16:36
Sultan Əhmədin Azərbaycana səfəri başa çatdı


Sultan Əhmədin Azərbaycana səfəri başa çatdı

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabirin Azərbaycana səfəri iyulun 4-də başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov yola salıb.
4-07-2025, 15:54
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.
ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.
“Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, - deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.
O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm”.

****

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən bölgədə yerləşir. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin öz səylərini iqlim böhranına qarşı mübarizədə cəmləşdirməsini xüsusilə vacib hesab edirəm.
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadə edib.
Türkiyə liderinin sözlərinə görə, ECO ölkələrinin milli davamlı inkişaf konsepsiyalarını iqlim dəyişikliyi amili nəzərə alınmaqla həyata keçirməsi çox vacibdir.
Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekoloji məqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirən emissiyaları sıfıra endirmək səylərinə də çəkib.
O vurğulayıb: “Bu gün biz innovativ metodlara və bərpaolunan enerji mənbələrindən fəal istifadəyə arxalanaraq iqtisadiyyatın əsas sektorlarını “yaşıl transformasiya”ya yönəltmək üçün səylər göstəririk”. O, Türkiyənin ümumi quraşdırılmış enerji tutumunda bərpaolunan enerji mənbələrinin payının 59 faizə çatdığını diqqətə çatdırıb. “Bu göstəriciyə görə Türkiyə Avropada beşinci, dünyada isə on birinci yerdədir”, - deyən Türkiyənin dövlət başçısı Ankaranın öz təcrübəsini digər ECO ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.
4-07-2025, 15:22
Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək - Ərdoğan


Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək - Ərdoğan

Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Türkiyə lideri ECO-nun Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu ifadə edib.
Rəcəb Tayyib Ərdoğan deyib: “Bu görüşün işğaldan azad edilmiş Xankəndidə təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir”.
4-07-2025, 00:47
İranın hava məkanı yenidən açılır


İranın hava məkanı yenidən açılır

İran öz hava məkanını yenidən açıb və əksər hava limanlarının işini bərpa edib.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatı bildirib.
"Mehrabad və İmam Xomeyni adına hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənub hava limanları yenidən fəaliyyətə başlayıb və bütün xidmətləri təqdim etməyə hazırdırlar", - açıqlamada deyilir.
Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, bütün hava limanlarında daxili və beynəlxalq uçuşlar saat 05:00-dan (Bakı vaxtı ilə 05:30) 18:00-a (18:30) qədər həyata keçiriləcək.
3-07-2025, 23:55
Məşhur aktyor ürəktutmasından vəfat etdi


Məşhur aktyor ürəktutmasından vəfat etdi

Amerikalı aktyor Maykl Madsen 67 yaşında vəfat edib.
Bu barədə "NBC News" məlumat yayıb.
O, bu gün ürəktutmasından dünyasını dəyişib.
Madsen Kventin Tarantinonun “Rezervuar itləri”, “Kill Bill 2” və “The Hateful Eight” filmlərindəki rolları ilə tanınır.
3-07-2025, 23:30
Xankəndidəki Zəfər parkından YENİ GÖRÜNTÜLƏR


Xankəndidəki Zəfər parkından YENİ GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.
Təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir.
Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq.
3-07-2025, 23:16
Rusiya Əfqanıstanı tanıdı


Rusiya Əfqanıstanı tanıdı

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.
Bu barədə Rusiya Xarici İşlər Nazilriyindən məlumat verilib.
Daha əvvəl bildirilib ki, 2021-ci ildən hakimiyyətə gələn Taliban tərəfindən qəbul olunan Əfqanıstanın yeni bayrağı ölkənin Moskvadakı səfirliyinin üzərində dalğalanmağa başlayıb.
Qeyd edək ki, Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.
3-07-2025, 22:51
Yenidən Avropa çempionu oldu


Yenidən Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olub.
3-07-2025, 22:36
Yeniyetmə su anbarında boğulub öldü


Yeniyetmə su anbarında boğulub öldü

Astarada bədbəxt hadisə olub.
Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.
Belə ki, kənd sakini 15 yaşlı Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıqdan qəsəbə ərazisində olan su anbarına düşərək ölüb.
Kənd sakinləri M.Ağazadənin meyitini su anbarından çıxarıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
3-07-2025, 22:22
3 ölkənin lideri Şahbulaq qalasında - FOTO


3 ölkənin lideri Şahbulaq qalasında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdiriblər.
Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!