Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
1-07-2025, 17:15
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO


Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO

Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Xivə şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə bu forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə inam ifadə olunub. Qeyd olunub ki, Forum çərçivəsində aparılan müzakirələr və irəli sürülən təkliflər qanunverici orqanlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.
Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, qeyd edilib ki, bu əlaqələr xalqlarımız arasında oxşar tarixi, dini, mədəni dəyərlərə söykənir. Parlament sədrləri əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolunu xüsusi vurğulayaraq, qeyd ediblər ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub. İki ölkənin prezidentlərinin mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsini təmin edib və bu gün ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.
Görüşdə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri Sahibə Qafarova özünün Özbəkistan Ali Məclisi Senatının sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, deyib ki, bu cür görüşlər, həmçinin, deputatlarımız və dostluq qrupları arasında təmaslar əlaqələrə töhfə verir.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da Forumun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşərək, bu tədbirin keçirilməsini qanunverici orqanlarımız arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisi kimi qiymətləndirib.
Vurğulanıb ki, "Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş"in, habelə parlamentlərarası əməkdaşlığın inkişafına dair "Yol xəritəsi"nin imzalanması tərəflərin qarşılıqlı əlaqələrin inkişafına verdiyi önəmin bariz göstəricisidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.




1-07-2025, 17:03
Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab


Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə dair şərhində deyib.
"Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.
Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda, mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır.
Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı” barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.
Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir", - A.Hacızadə vurğulayıb.
1-07-2025, 16:48
Xankəndi sammitə hazırlaşır - Prezidentlər Qarabağa gəlir


Xankəndi sammitə hazırlaşır - Prezidentlər Qarabağa gəlir

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək.
3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcək. Xankəndidə sammitə hazırlıq işləri davam edir. Küçə və prospektlərdə, tədbirin keçiriləcəyi tarix və məkanı əks etdirən plakatlar yerləşdirilib. Yol infrastrukturu yenidən qurulur. Yollara asfalt örtüyü çəkilir. Bir çox yaşayış binası və ictimai obyektlər əsaslı şəkildə təmir olunur. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhər sakinləri, beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkilini, əlamətdar hadisə kimi dəyərləndirirlər. Bu tədbir həm də 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir. Xankəndidə baş tutacaq 17-ci sammitdə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, bölgənin gələcəyi ilə yanaşı dünyada baş verən son hadisələr də müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Təşkilatın hazırki üzvləri Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistandır. Qeyd edək ki, İƏT-in 16-cı Zirvə Görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.







1-07-2025, 16:44
Xəzərdə fəlakət - 33 metr aşağı düşəcək


Xəzərdə fəlakət - 33 metr aşağı düşəcək

Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsi son dövrlərdə region üçün ciddi ekoloji narahatlığa çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bu azalmaya səbəb olan başlıca amillərdən bəhs edib. Ekspertin sözlərinə görə, Xəzərin su balansının pozulmasının əsas səbəbi ona axan çayların sululuğunun azalmasıdır:
“Xəzərə daxil olan suyun təxminən 80 faizini təmin edən Volqa çayı Xəzər dənizinin səviyyəsini formalaşdıran əsas mənbə hesab olunur. Lakin bu çayın üzərində tikilmiş irimiqyaslı su anbarları su itkisini daha da artırır”.
Rövşən Abbasov bildirib ki, yalnız Volqa hövzəsində yerləşən su anbarlarının ümumi sahəsi 20 min kv km-i ötür və bu anbarlardan buxarlanan su Xəzərin səviyyəsini azaldan əsas faktorlar sırasındadır:
“Bununla yanaşı, iqlim dəyişikliyi də bu prosesə təsir göstərir. İqlim dəyişiklikləri səbəbindən Xəzər dənizi səthində buxarlanma daha da güclənib ki, bu da dəniz suyunun azalmasına əlavə təsir göstərir”.
Ekspert onu da qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində təbii dövrlər mövcuddur, lakin son proqnozlar bu azalmanın davamlı və təhlükəli olacağını göstərir. Onun fikrincə, hazırkı vəziyyət dəyişməzsə və xüsusilə Rusiya ərazisində su götürülmələri artarsa, dənizin səviyyəsinin mənfi 33 metrə, hətta daha aşağı düşməsi mümkündür:
R.Abbasov həmçinin hesab edir ki, vəziyyətdən çıxış yolu region ölkələrinin birgə fəaliyyət göstərməsindən keçir:
“Xəzərin bərpası üçün Xəzəryanı ölkələr, xüsusilə də Rusiya bir araya gəlməli və sıx əməkdaşlıq şəraitində birgə tədbirlər həyata keçirməlidirlər. Volqa çayında su götürülmələri azaldılmalı və imkan daxilində minimuma endirilməlidir”,– deyə ekspert bildirib.
O vurğulayıb ki, əgər hazırda bu istiqamətdə tədbirlər görülməzsə, 2050-ci ilə qədər verilən pessimist proqnozlar reallaşa və Xəzər dənizi ekoloji fəlakətlə üz-üzə qala bilər.
1-07-2025, 16:31
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ


Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.
1-07-2025, 16:27
Azərbaycanla Şimali Makedoniya arasında viza ləğv edildi


Azərbaycanla Şimali Makedoniya arasında viza ləğv edildi

Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.
1-07-2025, 16:04
Rusiya Azərbaycana NOTA verdi


Rusiya Azərbaycana NOTA verdi

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".
Bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiyalı jurnalistlərin "dərhal azad edilməsi tələbi ilə" səfirə şifahi nota təqdim edilib.
1-07-2025, 15:58
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr saxlanıldı


Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Dəstə üzvlərinin Rusiya vətəndaşları olduğu bildirilir.
Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1-07-2025, 15:40
Azad edilmiş ərazilərdə 440 mina aşkarlanıb


Azad edilmiş ərazilərdə 440 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar aylıq məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xəbər verir ki, iyun ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 333 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 2807 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 6 618,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
1-07-2025, 15:00
Rezidentura imtahanının nəticələri AÇIQLANDI


Rezidentura imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 29 iyun 2025-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1286 namizəddən 31 nəfəri imtahana gəlməyib.
223 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Müsabiqə şərtini ödəyənlərdən 148 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
İyunun 29-da keçirilən imtahanda 22 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 75 namizəd ikinci mərhələyə buraxılıb.
Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 740 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 2 iyul saat 10:00-dan 3 iyul saat 17:00-dək müraciət edə bilərlər.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!