Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində .....                        Vüqar Qurbanov işdən çıxarılmasından danışdı .....                        İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                       
Bu gün, 18:00
Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq


Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.
İclasda digər məsələlərlə yanaşı yas mərasimlərindəki israfçılıq hallarına toxunulub.
Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcəkdir.

Bu gün, 17:50
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi


Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.
Bu barədə AGF-dən məlumat verilib.
Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.
Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.
İclasda "İntizam Qaydaları", "Etika Qaydaları", habelə "Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları" müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.
Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.
Bu gün, 17:39
Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək


Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək

Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fevral ayının pensiyalarının artırmlarla ödənişi baş tutub.
Cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla verilib.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə fevral ayının 20-də həyata keçiriləcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.
Bu gün, 17:28
Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində


Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri bu gün başa çatıb.
Dövlətimizin başçısının təyyarəsini havada Serbiya qırıcıları müşayiət edib.
Qeyd edək ki, Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç Belqrad şəhərinin Nikola Tesla Hava Limanından şəxsən yola salıb. Bu zaman dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi də düzülüb.
Bu gün, 17:24
Vüqar Qurbanov işdən çıxarılmasından danışdı


Vüqar Qurbanov işdən çıxarılmasından danışdı

“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.
Bu fikirləri TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanov deyib.
“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib.
Xatırladaq ki, V.Qurbanovun işdən çıxasrılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Bu gün, 17:12
İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir


İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir

Tehran yalnız uran zənginləşdirməsini dayandırmamalı, həm də gələcəkdə bu proses üçün texniki imkanları tamamilə itirməlidir.
Bu İsrail Baş naziri Benyamin Netanyahunun açıqlamasında vurğulanıb. İsrail tərəfinin İran-ABŞ danışıqları ilə bağlı irəli sürdüyü 4 əsas tələbin sənəddə əksini tapdığı bildirilir.
Həmin tələblər aşağıdakı kimidir:
Uranın çıxarılması: İrandan bütün zənginləşdirilmiş uran ehtiyatlarını ölkə xaricinə köçürmək tələb olunur.
Nüvə müəssisənin sökülməsi: Sentrafuq zənginləşdirməsi üçün bütün infrastruktur və avadanlıqlar sökülməlidir.
Raket məhdudiyyəti: İran raketlərinin zərbə məsafəsi 300 km-dən çox olmamalıdır (Raket texnologiyalarına nəzarət rejiminə görə).
"Müqavimət Oxunu" məğlub etmək: Baş nazirin sözlərinə görə, hücumlardan sonra qüvvələrini bərpa etməyə çalışan regional proksi qrupların aradan qaldırılması.
Benyamin Netanyahu vurğulayıb ki, İranyönlü qüvvələr ciddi şəkildə zəiflədilsə də, onlar hələ də təhlükə yaradır və İran özü qisas almağa davam edir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!