EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Bu gün, 00:32
EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ


EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına (EUMA) yeni rəhbər təyin olunub.
Fevralın 17-də Avropa İttifaqı Şurası Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına (EUMA) yeni rəhbər təyin edib. Bu vəzifəyə Satu Koivu gətirilib. O, bir neçə gün sonra missiyanın hazırkı rəhbəri Markus Ritteri əvəz edəcək.
Məlumata görə, Koivu Avropa İttifaqının mülki böhran idarəetməsi mexanizmləri çərçivəsində fəaliyyət göstərib, müxtəlif regionlarda Aİ-nin müşahidə və monitorinq missiyalarında rəhbər vəzifələrdə çalışıb. O, əsasən təhlükəsizlik, sərhəd monitorinqi və mülki missiyaların koordinasiyası sahəsində ixtisaslaşıb.
Bu gün, 00:20
ABŞ-İran müharibəsinə hazırlıq gedir?


ABŞ-İran müharibəsinə hazırlıq gedir?

ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması İranla bağlı mümkün birbaşa əməliyyatlara hazırlıq kimi qiymətləndirilir.
"BBC Verify" nəşri Britaniyanın hərbi kəşfiyyat şirkətinin analitiklərinə istinadən bildirir ki, regiona əlavə qüvvələrin göndərilməsi geniş hədəf spektrinə qarşı hərəkət planını göstərə bilər.
Məlumata görə, "USS Gerald R. Ford" aviadaşıyıcısı Aralıq dənizinə doğru hərəkət edə bilər. Bundan başqa, döyüş əməliyyatlarının idarə olunmasını təmin edən iki ABŞ AWACS təyyarəsi Böyük Britaniyaya enib. Analitiklər bölgəyə yanacaqdaşıyan və nəqliyyat təyyarələrinin davamlı uçuşlarının uzunmüddətli əməliyyat hazırlığını göstərdiyini bildirirlər.
"Axios" nəşrinin yazdığına görə, son 24 saat ərzində ABŞ Yaxın Şərqə 50-dən çox F-35, F-22 və F-16 qırıcı təyyarəsi yerləşdirib.
Bununla paralel olaraq, fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarının növbəti raundu başa çatıb. Oman xarici işlər naziri Bədr əl-Busaidi görüşün “ümumi məqsədlərin və texniki məsələlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli irəliləyişlə” yekunlaşdığını bildirib. ABŞ rəsmisi tərəflərin irəliləyiş əldə etdiyini, lakin hələ çox detalın müzakirə edilməli olduğunu deyib.
İranın xarici işlər naziri Abbas Araqçi tərəflərin potensial saziş layihələri üzərində işləmək, təklifləri mübadilə etmək və növbəti görüşün tarixini müəyyənləşdirmək barədə razılığa gəldiyini açıqlayıb.
Bu gün, 00:09
TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək


TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək

“Terrordan azad Türkiyə” hesabatı ilə bağlı tarixi məsuliyyət yerinə yetiriləcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Terrordan azad Türkiyə” hesabatı ilə bağlı açıqlama verib.
TBMM sədri bildirib ki, sözügedən hesabatın hazırlanması ilə parlament üzərinə düşən tarixi məsuliyyət də yerinə yetirilmiş olacaq. Onun sözlərinə görə, bundan sonrakı mərhələdə zəruri addımlar Türkiyə Böyük Millət Məclisi çərçivəsində atılacaq.
Kurtulmuş vurğulayıb ki, prosesin davamı artıq qanunverici orqanın səlahiyyətləri daxilində həyata keçiriləcək.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!