Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur .....                        Tramp: "Biz, həqiqətən yaxşı iş görürük" .....                        Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır" .....                        Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb .....                        Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO .....                        Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir .....                        Rusiyaya üzərlik aparmayın! - AZAL-dan xəbərdarlıq .....                        Suriyada 20 mindən çox məhbus qaçıb .....                        Xəzərdə zəlzələ oldu .....                       
Bu gün, 19:00
Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur


Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur

"Kulevi neft terminalı Rusiya əleyhinə tətbiq olunan sanksiyalardan yan keçmək məqsədilə istifadə edilmir".
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziriIrakli Kobakhidze deyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti sanksiya rejiminə ciddi əməl edir və məsələ ilə bağlı ABŞ, Avropa və Britaniyadan gələn monitorinq missiyaları iddiaların əsassız olduğunu təsdiqləyib. Bu barədə Avropa qurumlarına da ətraflı məlumat təqdim edilib.
Qeyd edək ki, daha əvvəl Reuters Aİ-nin 42 tankeri qara siyahıya salmağı, həmçinin ilk dəfə olaraq üçüncü ölkələrin – İndoneziya və Gürcüstan limanlarına, o cümlədən Kulevi terminalına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını yazmışdı.
Bu gün, 18:50
Tramp: "Biz, həqiqətən yaxşı iş görürük"


Tramp: "Biz, həqiqətən yaxşı iş görürük"

"Biz, həqiqətən yaxşı iş görürük və bizimlə olan liderlərdən bəziləri mənə çox kömək etdi".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.
Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyib: “Düşünürəm ki, doqquzuncu da gələcək. Düşünürdük, o, ən asanı olacaq, amma daha çətin oldu. Amma müharibə ilə nəyin asan, nəyin çətin olduğunu heç vaxt bilmirsən. Bizim əla münasibətlərimiz olub və mən bir çox insanla dostlaşmışam. Burada olduğunuz üçün minnətdaram. Bunlar əla insanlardır. Bunlar əla liderlərdir”.
Bu gün, 18:46
Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır"


Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır"

"Sülh Şurası istənilən ölkəyə açıqdır".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının birinci iclasında çıxışı zamanı deyib.
Bu gün, 18:40
Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb


Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.
Onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar. Hazırda onların ifadələri alınır.
Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçınıın haqqında təhqiramiz ifadələr işlədib.
Bu gün, 18:26
Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO


Qonşusunun evinə oğurluğa girən şəxs saxlanılıb - VİDEO

Bakıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayənişin saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11 min 500 manat pulu talayaraq ələ keçirib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmalarla V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu gün, 18:16
Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir


Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir

Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.
Bu gün, 17:57
Rusiyaya üzərlik aparmayın! - AZAL-dan xəbərdarlıq


]Rusiyaya üzərlik aparmayın! - AZAL-dan xəbərdarlıq

Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər.
Bu barədə AZAL məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyaya səfər etməyi planlaşdıran vətəndaşlardan üzərlik və oxşar bitkiləri özləri ilə aparmamaq, səfərdən öncə mövcud qaydalarla diqqətlə tanış olmaq xahiş olunur.
Qanunları əvvəlcədən bilmək sizi ciddi problemlərdən qoruyar.
Bu gün, 17:51
Suriyada 20 mindən çox məhbus qaçıb


Suriyada 20 mindən çox məhbus qaçıb

Suriyanın şimal-şərqindəki İŞİD terror qruplaşmasının tərəfdarları üçün nəzərdə tutulmuş Əl-Hol həbs düşərgəsindən 20 mindən çox məhbus qaçıb.
Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Suriya hökumətinin təhlükəsizlik qüvvələri ətraf ərazilərə nəzarət edən kürd qüvvələrini qovduqdan sonra son bir ay ərzində 24 min məhbusun demək olar ki, hamısı "səssizcə yoxa çıxıb".
Düşərgədə saxlanılan minlərlə məhbus hasarın deşilməsindən qaçmağı bacarıb və artıq ölkə daxilində dağılıb, bəziləri qanunsuz olaraq İraq və Türkiyəyə çatıb.
Qəzet yazır ki, düşərgədə təxminən 2000 İraq və Suriya vətəndaşı qalıb. Qəzet vurğulayır ki, məhbusların qaçmasına kimin kömək etdiyi bəlli deyil. Bəziləri bunun hökumət rəsmiləri ola biləcəyini, digərləri isə bunun İŞİD ilə əməkdaşlıq edən yerli qəbilələrin köməyi olduğunu deyir.
Bu gün, 17:42
Xəzərdə zəlzələ oldu


Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3.6 maqnitudada zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 16:46-da qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Bu gün, 17:28
İşdən çıxarılan agentlik sədri həbs edildi


İşdən çıxarılan agentlik sədri həbs edildi

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.
Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.
27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.
Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!