Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ .....                        Daha 50 nəfər Azərbaycana təxliyə edildi .....                        Qadın güləşçimiz Avropa ikincisi oldu .....                        Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı .....                        Ərdoğandan İrandan raket atılmasına REAKSİYA .....                        İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı .....                        İran diplomatları sığınacaq istəyirlər .....                        Rusiya İrana kömək edir - Tramp .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                       
19-02-2026, 17:28
İşdən çıxarılan agentlik sədri həbs edildi


İşdən çıxarılan agentlik sədri həbs edildi

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.
Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.
27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.
Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.
19-02-2026, 17:20
Gürcüstan qaydaları sərtləşdirir - 3000 azərbaycanlı icazə almalıdır


Gürcüstan qaydaları sərtləşdirir - 3000 azərbaycanlı icazə almalıdır

1 mart 2026-cı il tarixindən etibarən Gürcüstanda işləyən xarici vətəndaşların xüsusi iş icazəsi alması tələb olunacaq. Onların müəyyən peşələrdə işləməsi də məhdudlaşdırılacaq.
Bu barədə Gürcüstan hökumətinin məlumatında bildirilib.
Gürcüstanın elektron sistemində rəsmi olaraq 51.448 əcnəbi qeydiyyatdadır.
Qeydiyyatdan keçmiş əmək miqrantlarının 74%-i kişilər, 26%-i isə qadınlardır. Miqrantların ümumi sayının dörddə biri Rusiya, 13,3%-i Hindistan, 5600-ü Türkiyə və 4900-ü Belarus vətəndaşıdır.
Bundan əlavə, ölkədə 4000 Türkmənistan, 3000 Azərbaycan, 2900 Ukrayna, 2000 Çin, 1900 Qazaxıstan və 1300 İran vətəndaşı əmək miqrantı kimi qeydiyyatdan keçib.
1 mart tarixindən qüvvəyə minəcək yeni qaydalara əsasən, əcnəbilər Gürcüstanda işləmək və ya ölkədə ödənişli iş görmək üçün iş icazəsi almalıdırlar.
İcazə yalnız Gürcüstanda qanuni yaşayan əcnəbilərə veriləcək. Əgər əcnəbi Gürcüstanda qeydiyyatdan keçmiş yerli və ya beynəlxalq şirkətdə işləmək niyyətindədirsə, şirkət iş icazəsi üçün müraciət etməlidir.
19-02-2026, 17:11
Şəhid Cavanşir Həsənovun nəşi Balakəndə torpağa tapşırıldı - FOTO


Şəhid Cavanşir Həsənovun nəşi Balakəndə torpağa tapşırıldı - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Balakən rayonunun Hənifə kənd sakini Cavanşir İsrafil oğlu Həsənovun nəşinin qalıqları 34 il sonra dəfn olunmaq üçün doğulduğu kəndə gətirilib.
Şəhidlə ata yurdunda vida mərasimi keçirilib, cənazə namazı qılınıb.
Balakən Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Şəhidin nəşinin qalıqları dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub. Cavanşir Həsənovun nəşinin büküldüyü Azərbaycan Respublikasının üçrəngli bayrağı şəhidin oğlu Cavanşir Həsənova təhvil verilib.
Qeyd edək ki, Cavanşir Həsənov 1967-ci il martın 21-də Balakənin Hənifə kəndində anadan olub. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 1992-ci ilin iyun ayında itkin düşüb. O, döyüşlərə qoşulanda ailəli idi. İtkin düşməsindən sonra 3 ay sonra oğlu dünyaya gəlib. Ailəsi atasının xatirəsini yaşatmaq üçün körpəyə Cavanşir adı verib.
Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.




19-02-2026, 16:55
Bəhlul Mustafazadə 3 ay yaşıl meydanlardan kənarda qalacaq


Bəhlul Mustafazadə 3 ay yaşıl meydanlardan kənarda qalacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsindən zədə müəyyən edilib.
Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.
İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" ötən gün Bakıda "Nyukasl"a 1:6 hesabı ilə uduzub.
19-02-2026, 16:46
Britaniya kralı qardaşının həbsindən danışdı


Britaniya kralı qardaşının həbsindən danışdı

Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryunun həbsi ilə bağlı danışıb.
O, qardaşının həbsindən dərin narahatlıq keçirdiyini bildirib.
"Endryu ilə bağlı xəbərlərdən və dövlət vəzifəsində qanun pozuntuları iddialarından ən dərin narahatlıqla xəbər tutdum. İnanıram ki, bu məsələ ilə bağlı müvafiq qaydada və aidiyyəti orqanlar tərəfindən tam, ədalətli və düzgün araşdırma aparılacaq",- III Çarlz deyib.
Xatırladaq ki, Jeffrey Epstein işi çərçivəsində aparılan araşdırmalarla əlaqədar keçmiş İngiltərə şahzadəsi Şahzadə Andrey vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.
19-02-2026, 16:45
Abşeronun baş mühasibi və baş memarı işdən çıxarıldı


Abşeronun baş mühasibi və baş memarı işdən çıxarıldı

Abşeron Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyindən sonra bir neçə vəzifəli şəxs işini itirib.
Bununla bağlı icra başçısı Abdin Fərzəliyev müəyyən əmrlər imzalayıb.
Belə ki, RİH-in baş mühasibi və sektor müdiri Nigar Məmmədova vəzifəsindən azad edilib. Onun icrası Sədi Əhmədzadə baş mühasib və İnzibati iş sektorunun idarə edilməsi təyin olunub.
Bundan əlavə, Memarlıq və tikinti dəyişdirvin işləmiş baş memar El Quliyev də vəzifəsindən azad olunub. Kənan Babayevə müdir təyin edilib.
Eynu zamanda, RİH-in Baş mütəxəssisi Nərgiz Sədrova, ərazi və idarəetmə yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi işləmiş Şahlar Həsənov, İctimai-siyasi və humanitar şöbəsində Baş məsləhətçi işləmiş Vüqar Bəşirov, Sosial-iqtisadi inkişafın təhlili və araşdırma şöbəsində Fariz Əliyev də yeni stukturda yer almamışdır.
19-02-2026, 16:29
Ruslan Eyyubovun həbs müddəti uzadıldı


Ruslan Eyyubovun həbs müddəti uzadıldı

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.
Onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
Ruslan Eyyubov bir qədər əvvəl Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.
19-02-2026, 16:03
Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi


Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub.
Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib.
Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib.
Qeyd edək ki, Şahin Kərimov 1973-cü il dekabrın 16-da Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1993-cü ilin aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.
19-02-2026, 15:48
İran vətəndaşından 25 kq narkotik alan şəxslər həbs edildi - VİDEO


İran vətəndaşından 25 kq narkotik alan şəxslər həbs edildi - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti tədbirlər zamanı əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş Namik Şirinov və Əliağa Novruzov saxlanılıblar. Onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
N.Şirinov və Ə.Novruzovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

19-02-2026, 15:30
Azərbaycanda xarici məhkəmə qətnamələri icra olunur


Azərbaycanda xarici məhkəmə qətnamələri icra olunur

Xarici məhkəmələrin qətnamələrinin tanınması və icrası barədə işlər üzrə icraat göstəricilərində artım müşahidə olunub.
Bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında öz əksini tapıb.
2024-cü ildə bu kateqoriya üzrə cəmi icraat 372 iş olduğu halda, 2025-ci ildə bu rəqəm 416-ya yüksəlib ki, bu da 11,8 faiz artım deməkdir. Ötən hesabat dövründən qalıq keçən işlərin sayı 39-dan 49-a çatıb və 25,6 faiz artım qeydə alınıb.
Hesabat dövründə daxil olan işlər 333-dən 367-yə yüksəlib ki, bu da 10,2 faiz artım deməkdir.
Yekunlaşdırılmış işlərin sayı 2024-cü ildə 323, 2025-ci ildə isə 378 olub. Beləliklə, 17 faiz artım qeydə alınıb. Növbəti hesabat dövrünə qalıq keçən işlər isə 49-dan 38-ə enərək 22 faiz azalıb.
Yekunlaşdırılmış 378 iş üzrə qətnamələrin tanınma və icra proseduruna görə təhlil göstərir ki, 324 iş (85,7 faiz) xarici məhkəmə qətnamələrinin tanınması, 54 iş (14,3 faiz) isə həm tanınması, həm də icrası ilə bağlı olub. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 277 iş (89,4 faiz) və 46 iş (10,6 faiz) təşkil edib.
Bundan əlavə, mübahisələrin mahiyyətinə görə bölgüdə 338 iş və ya 89,4 faiz nikahın pozulması ilə bağlı olub. Aliment tələbi üzrə 11 iş (2,9 faiz), uşağın yaşayış yerinin müəyyən edilməsi üzrə 5 iş (1,3 faiz), uşaqlığa götürmə üzrə 2 iş (0,5 faiz), adın dəyişdirilməsi üzrə 2 iş (0,5 faiz), pul vəsaitinin tutulması üzrə 16 iş (4,2 faiz), vərəsəlik şəhadətnaməsinin verilməsi üzrə 1 iş (0,3 faiz) qeydə alınıb. Ümumi yekunlaşdırılmış işlərin sayı isə 378 olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!