Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                        Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Xocavəndin daha bir kəndində sakinlərə ev verildi .....                        İranın körfəz ölkələrinə atdığı raketlərin sayı .....                        Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə olundu .....                        Uçuşlar ləğv edildi - 6 milyon sərnişin olduğu yerdə qaldı .....                       
Bu gün, 15:53
Lukaşenko naziri qorxudan zarafat etdi


Lukaşenko naziri qorxudan zarafat etdi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün Mogilyov vilayətinin Drybin rayonuna işgüzar səfəri zamanı kənd təsərrüfatı naziri Yuri Qorlov ilə etdiyi zarafat diqqət çəkib.
Prezident naziri cəbhəyanı bölgəyə göndərməklə hədələyib.
"Hamı qaçır - generallar da, polkovniklər də. Hamı qaçır. Bəs müharibə necə olacaq? Mən qaçacağam, kim dincələcək? Xeyr, uşaqlar. Qorlov əgər buzov sanatoriyası tikməsə, hücumçu kimi irəli gedəcək. O, bir bölüyə komandanlıq edəcək", - deyə dövlət başçısı bildirib.
Nazir isə ona belə cavab verib: "Mən onu tikib gedəcəyəm". Əvəzində Lukaşenko gülümsəyərək deyib: “Onu tikmək daha yaxşıdır, sonra isə...”
Lukaşenko cəbhə bölgəsi deyərkən Ukraynaının müharibə gedən sərhəd ərazisini nəzərdə tutub.
Bu gün, 15:10
"Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı


"Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı

İran Silahlı Qüvvələrinin yüksək vəzifəli sözçüsü, briqada generalı Əbülfəzl Şəkarçi bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisi qaçmağa məcbur edilib.
Bu barədə “Tasnim”in məlumatında bildirilib.
Briqada generalı Əbülfəzl Şəkarçi açıqlamasında deyib ki, "uzun müddət qorxu simvolu” olan ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisi İran İslam Respublikasının gücü sayəsində sıradan çıxarılıb.
O bu hadisəni tarixdə qalacaq əhəmiyyətli "məğlubiyyət" kimi təsvir edib.
İranlı general həmçinin müsəlman ölkələrini ABŞ-a etibar etməmək barədə xəbərdar edib. General bildirib ki, ABŞ müsəlman ölkələrinin və bütövlükdə regionun təhlükəsizliyini təmin edə bilməyəcək.
Bu gün, 14:57
ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi


ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi

ABŞ İranla müharibədən "qələbə elan edib geri çəkilməlidir".
Bu təkliflə Ağ Evin Süni İntellekt Direktoru Devid Saks çıxış edib.
Bu, Donald Tramp administrasiyasının aparıcı şəxsinin İran münaqişəsinə son qoymağa çağırışının nadir nümunəsidir.
Saks "All-In" podkastında çıxışı zamanı deyib: "İndi qələbə elan edib geri çəkilmək üçün mükəmməl vaxtdır".
O, ABŞ-ın İranın hərbi imkanlarını zəiflətdiyini iddia edib.
"Razıyam ki, çıxış yolu tapmağa çalışmalıyıq. Əgər eskalasiya yaxşı bir şeyə gətirib çıxarmazsa, onda necə deeskalasiya edə biləcəyiniz barədə düşünməlisiniz. Düşünürəm ki, deeskalasiya İranla bir növ atəşkəsə və ya danışıqlar yolu ilə bir razılaşmaya nail olmağı əhatə edir",- Saks deyib.
Bu gün, 14:45
9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu


9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Bu gün, 14:36
Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ


Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bu gün, 14:20
Xocavəndin daha bir kəndində sakinlərə ev verildi


Xocavəndin daha bir kəndində sakinlərə ev verildi

Bu gün ilk köç karvanı ilə Xocavənd rayonu Xanoba kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar. Yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, ilk mərhələdə Xocavənd rayonu Xanoba kəndinə 25 ailə olmaqla 114 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir
Bu gün, 13:28
İranın körfəz ölkələrinə atdığı raketlərin sayı


İranın körfəz ölkələrinə atdığı raketlərin sayı

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə gərginlik sürətlə genişlənərək regional müharibə təhlükəsini daha da artırıb. Tehran “qisas əməliyyatları” çərçivəsində Körfəz ölkələrində bir sıra strateji hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
İranın cavab hücumlarından ən çox zərər çəkən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri yalnız son hücum dalğasında İrandan atılan 7 ballistik raket və 27 dronu məhv edib.
Ümumilikdə isə müharibə başlayandan bəri ölkənin müdafiə sistemləri 285 ballistik raket, 15 qanadlı raket və 1567 dronu zərərsizləşdirib. Hücumlar nəticəsində müxtəlif millətlərdən 6 nəfər həlak olub, 141 nəfər yaralanıb.
Son iki həftə ərzində digər ərəb ölkələri Küveyt, Bəhreyn, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı, Oman da İranın raket və dron hücumlarının hədəfi olub.
Bu müddət ərzində Küveyt 251 ballistik raket və 472 dron, Bəhreyn 121 raket və 193 dron, Qətər 166 ballistik raket, 75 dron və 2 Su-24 qırıcı təyyarəsi ilə hücuma məruz qalıb. İordaniyaya 60 raket, 59 dron, Səudiyyə Ərəbistanına 19 raket, 249 dron, Omana isə 16 dron hücumu həyata keçirilib.
İran tərəfi isə müharibənin başlanğıcından bəri 700-dən çox dron və yüzlərlə raketdən istifadə etdiyini, 60 strateji obyekt və 500 ABŞ-İsrail hərbi hədəfinin vurulduğunu iddia edib.
Bu gün, 12:58
Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə olundu


Azərbaycan-Çin strateji əməkdaşlığı müzakirə olundu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi və Çinin Azərbaycandakı keçmiş səfiri Vu Hunqbo ilə görüşüb.
Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüşdə Azərbaycan-Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb və regionda baş verən əsas məsələləri müzakirə edilib.
“Bu, ikitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu”, - H.Hacıyev bildirib.
Bu gün, 12:57
Uçuşlar ləğv edildi - 6 milyon sərnişin olduğu yerdə qaldı


Uçuşlar ləğv edildi - 6 milyon sərnişin olduğu yerdə qaldı

ABŞ və İsrailin İrana hücumlarının başlamasından bəri Yaxın Şərqdə 52 000-dən çox uçuş ləğv edilib.
Bu barədə analitik şirkət kimi fəaliyyət göstərən Cirium məlumat yayıb.
Cirium-un məlumatına görə, bu, Yaxın Şərqlə bağlı təxminən 98 000 planlaşdırılan uçuşun yarısından çoxunu təşkil edir.
Ümumilikdə, uçuşların ləğvi təxminən 6 milyon sərnişinə təsir edib.
Bu gün, 12:46
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə edib


Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP-i müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.
Hikmət hacıyev bu barədə “X” hesabında paylaşım edib.
Prezidentin köməkçisi qeyd edib ki, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü nəzərə alınarsa, bu format çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!