Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-04-2026, 20:47
İstanbulda 5500 illik türk məzarları

İstanbulda 5500 illik türk məzarları

İstanbulun mərkəzində 5500 illik türk məzarları - "Kurqanlar" və qədim "Ak Ana" və "Umay" damğaları aşkar edilib
İstanbulun mərkəzindəki Beşiktaş məhəlləsində davam edən metro qazıntıları 5500 illik tarixi kəşfi aşkar edib.
Yerin bir neçə metr dərinliyində tapılan Kurqan bənzəri məzarlıqlar, Anadolu və İstanbulda türklərin mövcudluğu ilə bağlı bütün tarixi prosesi dəyişdirə bilər.
Türkiyə mediasına görə, bu, İstanbul tarixində əvvəllər heç vaxt görünməmiş bir kəşfdir. Beşiktaş metro qazıntıları zamanı aşkar edilən məzarlıqlar eramızdan əvvəl 3500-cü ilə aiddir.
Bu qazıntıda tapılan məzarlıqlar adi tikililər deyil. Bu məzarlıqlar Kurqan və ya qurqan adlanan Altay-Türk tiplidir. Onlar Türküstan bölgəsində tapılan məzar daşlarına bir çox oxşarlıqlar daşıyır və Türküstandan Şimali Qara dənizə qədər türklərin ənənələrini əks etdirir.
Bölgədə çalışan arxeoloqlar kəşfi tamamilə "sürpriz" kimi təsvir edirlər.
23-04-2026, 20:43
Rusiyaya  sanksiya paketi

Rusiyaya sanksiya paketi

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib. Aİ-nin sanksiya paketində Rusiyaya tətbiq olunan məhdudiyyətlər məlum olub.
Enerji sahəsində tətbiq olunan məhdudiyyətlərə görə, Aİ Rusiya neftinin dəniz yolu ilə daşınmasını qadağan etməsə də, gələcəkdə belə bir qadağa üçün hüquqi əsas yaradıb. Rusiyanın 46 tankeri qara siyahıya salınıb. ​​Onların ümumi sayı hazırda 632-dir.
2027-ci ilin yanvar ayından etibarən LNG terminallarına Rusiya şirkətlərinə xidmət göstərmək qadağan olunub.
Rusiya LNG tankerlərinə və buzqıran gəmilərinə texniki xidmət və digər xidmətlərin göstərilməsi də qadağan olunub.
Murmansk və Tuapse limanları, eləcə də İndoneziyanın Karimun limanındakı neft terminalı ilə əməliyyatlara da qadağa tətbiq olunub.
Maliyyə sahəsindəki sanskiyalara gəldikdə isə, 20 Rusiya bankı ilə əməliyyatlara qadağa qoyulub.
Bundan əlavə, kripto aktivlərinin mübadiləsinə icazə verən Rusiya platformalarına qarşı sektoral sanksiyalar da tətbiq olunub. RUBx kriptovalyutası ilə əməliyyatlar qadağan olunub.
Avropa İttifaqı rəqəmsal rublun inkişafına hər hansı dəstəyi qadağan edib.
İdxal və ixrac sahəsində məhdudiyyətlərə isə Rusiyaya 360 milyon avro dəyərində bir sıra malların və 570 milyon avro dəyərində Rusiya mallarının idxalına qadağa daxil edilib.

23-04-2026, 19:50
Xameneini kim   müalicə edir?

Xameneini kim

müalicə edir?


İranın yüksək vəzifəli rəsmiləri hazırda yaralı halda olan ali rəhbər Müctəba Xamenei ilə birbaşa təmasdan çəkinirlər.
“Nyu-York Tayms” qəzetinin iddialarına görə, yüksək çinli İran rəsmiləri İsrailin onların hərəkətlərini izləyərək zərbə endirə biləcəyindən - öldürüləcəklərindən ehtiyat edirlər.
Mənbələrin sözlərinə görə, ağır yaralanmasına baxmayaraq, Müctəba Xamenei şüur aydınlığını qoruyur və proseslərdə iştiraka davam edir.
Bildirilir ki, o, ayaq və qol nahiyəsindən bir neçə əməliyyat keçirib, ali liderə protez qoyulması gözlənilir. Həmçinin üz nahiyəsindən ciddi yanıqlar aldığı, bu səbəbdən danışmaqda çətinlik çəkdiyi və əlavə tibbi müdaxilələrə ehtiyac ola biləcəyi qeyd olunur.
Məlumatda deyilir ki, İran prezidenti Məsud Pezeşkian (ixtisasca kardiocərrahdır) və səhiyyə naziri müalicə prosesində şəxsən iştirak edirlər.
Müctəba Xamenei ilə əlaqənin isə etibarlı kuryerlər vasitəsilə ötürülən əl yazısı qeydlərilə saxlandığı bildirilir.
23-04-2026, 18:13
İrlandiya parlamentariləri Xankəndidə

İrlandiya

parlamentariləri

Xankəndidə


Aprelin 23-də İrlandiya Respublikası Parlamentinin İrlandiya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Qonaqlar şəhərdə aparılan infrastruktur layihələri, yaşayış, o cümlədən sosial təyinatlı obyektlərin tikintisi ilə yaxından tanış olub, görülən işlərin miqyası və şəhərin inkişaf perspektivləri ilə maraqlanıblar. Qeyd edək ki, Qarabağa səfər çərçivəsində nümayəndə heyəti bu gün Şuşa şəhərini də ziyarət edib.





23-04-2026, 14:40
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycanda aprelin 24-də havanın 25 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
23-04-2026, 09:31
Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Aprelin 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0378 manat təşkil edib. Avro 1.9890 manatadək, Rusiyanın 100 rublu isə 2.2640 manatadək ucuzlaşıb.

Valyuta Kod Kurs
1 ABŞ dolları USD 1,7
1 Avro EUR 1,989
1 Avstraliya dolları AUD 1,2151
1 Belarus rublu BYN 0,5824
1 BƏƏ dirhəmi AED 0,4628
100 Cənubi Koreya vonu KRW 0,1148
1 Çexiya kronu CZK 0,0816
1 Çin yuanı CNY 0,2488
1 Danimarka kronu DKK 0,2661
1 Gürcüstan larisi GEL 0,6318
1 Honq Konq dolları HKD 0,2171
1 Hindistan rupisi INR 0,0181
1 Britaniya funt sterlinqi GBP 2,2932
1 İsveç kronu SEK 0,184
1 İsveçrə frankı CHF 2,1641
1 İsrail şekeli ILS 0,5665
1 Kanada dolları CAD 1,2435
1 Küveyt dinarı KWD 5,5146
100 Qazaxıstan tengəsi KZT 0,3667
1 Qətər Realı QAR 0,4663
1 Qırğızıstan somu KGS 0,0194
100 Macarıstan forinti HUF 0,5443
1 Moldova leyi MDL 0,0984
1 Norveç kronu NOK 0,1827
100 Özbəkistan somu UZS 0,0141
100 Pakistan rupisi PKR 0,6083
1 Polşa zlotısı PLN 0,4684
1 Rumıniya leyi RON 0,3908
100 Rusiya rublu RUB 2,264
1 Serbiya dinarı RSD 0,0169
1 Sinqapur dolları SGD 1,3317
1 Səudiyyə Ərəbistanı rialı SAR 0,4533
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) xdr 2,3327
1 Türkiyə lirəsi TRY 0,0378
1 Türkmənistan manatı TMT 0,4857
1 Ukrayna qrivnası UAH 0,0387
100 Yaponiya yeni JPY 1,0655
1 Yeni Zelandiya dolları NZD 1,0005
1 Qızıl XAU 7998,305
1 Gümüş XAG 129,606
1 Platin XPT 3471,647
1 Palladium XPD 2599,547
23-04-2026, 09:31
Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Aprelin 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0378 manat təşkil edib. Avro 1.9890 manatadək, Rusiyanın 100 rublu isə 2.2640 manatadək ucuzlaşıb.

Valyuta Kod Kurs
1 ABŞ dolları USD 1,7
1 Avro EUR 1,989
1 Avstraliya dolları AUD 1,2151
1 Belarus rublu BYN 0,5824
1 BƏƏ dirhəmi AED 0,4628
100 Cənubi Koreya vonu KRW 0,1148
1 Çexiya kronu CZK 0,0816
1 Çin yuanı CNY 0,2488
1 Danimarka kronu DKK 0,2661
1 Gürcüstan larisi GEL 0,6318
1 Honq Konq dolları HKD 0,2171
1 Hindistan rupisi INR 0,0181
1 Britaniya funt sterlinqi GBP 2,2932
1 İsveç kronu SEK 0,184
1 İsveçrə frankı CHF 2,1641
1 İsrail şekeli ILS 0,5665
1 Kanada dolları CAD 1,2435
1 Küveyt dinarı KWD 5,5146
100 Qazaxıstan tengəsi KZT 0,3667
1 Qətər Realı QAR 0,4663
1 Qırğızıstan somu KGS 0,0194
100 Macarıstan forinti HUF 0,5443
1 Moldova leyi MDL 0,0984
1 Norveç kronu NOK 0,1827
100 Özbəkistan somu UZS 0,0141
100 Pakistan rupisi PKR 0,6083
1 Polşa zlotısı PLN 0,4684
1 Rumıniya leyi RON 0,3908
100 Rusiya rublu RUB 2,264
1 Serbiya dinarı RSD 0,0169
1 Sinqapur dolları SGD 1,3317
1 Səudiyyə Ərəbistanı rialı SAR 0,4533
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) xdr 2,3327
1 Türkiyə lirəsi TRY 0,0378
1 Türkmənistan manatı TMT 0,4857
1 Ukrayna qrivnası UAH 0,0387
100 Yaponiya yeni JPY 1,0655
1 Yeni Zelandiya dolları NZD 1,0005
1 Qızıl XAU 7998,305
1 Gümüş XAG 129,606
1 Platin XPT 3471,647
1 Palladium XPD 2599,547
23-04-2026, 08:15
Nadir Diridağlının "Saralmış" xatirələri

Nadir Diridağlının

"Saralmış" xatirələri


Bəzən dilsiz, ağızsız bir kağız parçası, hətta saralmış bir foto belə illərin içində itən izlərə yol göstərir... Hansı bədii proqramı hazırladığımı xatırlamıram, ilin hansı fəsli olduğunu da bilmirəm. Amma bir həqiqət dəyişməz qalır: o xatirənin ünvanı Xəzər studiyası idi.Yanımda isə bədii qiraətin ustadı - ömrünü çəkiliş meydançalarına, radio dalğalarına, dublyaj otaqlarının səssiz sehrinə həsr etmiş Həsən Əbluç əyləşmişdi. Onun səsi sanki zamanın dərin qatlarından süzülüb gələn bir nəfəs idi. Hər kəlməsi yaddaşlara toxunan, hər pauzası ürəklərdə iz buraxan ecazkar və doğma səs. 1942-ci ilin bu günündə dünyaya göz açan, kökü Güneyə bağlı olan Həsən müəllimin baxışlarında qəribə bir nisgil, bir də tükənməz həyat eşqi vardı. İndi o anları xatırlayanda, saralmış xatirələr yenidən boy verir.Kağız susur, foto danışır… və bir səs - uzaqlardan gələn o doğma, kövrək səs – yaddaşın dərinliyində təzədən səslənir.Ruhu şad, məkanı cənnət olsun...
23-04-2026, 04:24
Şəhla Cabbarlı yazır


Şəhla Cabbarlı yazır:

Artıq Paşinyan yeni konstitusiya haqqında danışmağa başladı. O deyir ki, yeni konstitusiyamız müstəqillik bəyannaməmizə istinad etməli deyil.
Bu nə deməkdir? Deməli, Ermənistanda həmin bəyannamədə Qarabağın da, Azərbaycanın bəzi regionlarının da Ermənistana birləşdirilməsi məqsədi var.
Əgər ona istinad edilsə, o zaman sülh müqaviləsi olmayacaq, yeni müharibələr olacaq və o başa düşür ki, bununla da Ermənistan yox ola bilər.
Əslində Paşinyan Ermənistanı qoruyan biridir. O düşünür ki, sülh bağlayım, Azərbaycanın ərazi bütövlüyünü tanıyım, onlar da Ermənistanın ərazi bütövlüyünü tanısınlar, bizə bəsdir. Bununla da özümüzü sığortalamış olacağıq. Üstəlik də dəhliz keçsin, ölkəmə pul gəlsin.
Ermənistan üçün ağıllı düşünür. Amma ermənilər olduqca radikaldırlar, qan, gen sözünü deyir və yenidən Qarabağ şüarları səsləndirirlər, sosial şəbəkələrdə aktivləşiblər. Xüsusən də, Rusiyada yaşayanlar, ora ilə əlaqələri olanlar...
P. S. Ermənistanda konstitusiya dəyişikliyi tələbini ilk təmaslar başlayanda Azərbaycan tərəfi edib və bu tələbə görə sülh müqaviləsi prosesi uzanr.
Çünki o konstitusiya ilə sülh müqaviləsi bağlana bilməz. Orada müstəqillik bəyannaməsinə istinad edilib və torpaqarımıza qarşı iddia var.
23-04-2026, 04:13
ABŞ kəşfiyyatı təkzib etdi

ABŞ kəşfiyyatı

təkzib etdi


İran ABŞ hakimiyyətinin açıq şəkildə etiraf etdiyindən xeyli daha böyük hərbi imkanlarını qoruyub saxlayır.
Bu barədə “CBS Nyus” ABŞ kəşfiyyat məlumatları ilə tanış olan rəsmilərə istinadən məlumat verib.
Onların sözlərinə görə, aprelin əvvəlində əldə olunan atəşkəs zamanı İranın sərəncamında ballistik raket arsenalının təxminən yarısı, eləcə də müvafiq buraxılış qurğuları qalmaqda idi:
“Bu qiymətləndirmə Donald Tramp administrasiyasının daha əvvəl verdiyi açıqlamalarla ziddiyyət təşkil edir. Həmin açıqlamalarda deyilirdi ki, zərbələr nəticəsində İranın hərbi potensialı əhəmiyyətli dərəcədə zəiflədilib”.
Mənbələr qeyd edir ki, vurulan ziyana baxmayaraq, Tehran raket sistemlərindən istifadə də daxil olmaqla, gələcək hərbi əməliyyatlar aparmaq qabiliyyətini qoruyub saxlayır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!