Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
25-04-2026, 13:54
Silahlar aşkar edilərək götürülüb

Silahlar aşkar edilərək götürülüb

Silah və sursat qaçaqmalçılığı ilə mübarizə aparmaq və sərhəd zolağında nəzarət tədbirlərini gücləndirmək üçün əyalət sərhədinin əlçatmaz yüksəkliklərində yerləşən sərhədçilər 28 ədəd tapança silahı aşkar edib və götürüblər.
Bunu Qərbi Azərbaycan əyalətinin Sərhəd Mühafizəsinin komandanı Məhəmməd Əhmədi deyib.
O, silahlarla yanaşı 55 ədəd mərmi darağı və 978 ədəd döyüş gülləsinin də götürüldüyünü bildirib.
Əhmədi, silah qaçaqmalçılarının qonşu ölkəyə (İraq-G.Tv) qaçdıqlarını və onların müəyyən edilərək saxlanılmaları üçün iş aparıldığını söyləyib.
25-04-2026, 13:49
41 nəfərə ağır cəza verildi


41 nəfərə ağır cəza verildi

Həmədan əyalətində müharibə ilə əlaqədar həbs edilən 41 barəsində ağır cəza hökmləri verilib.
Bu barədə Həmədan əyalətinin ictimai və inqilab prokuroru Abbas Nəcəfi bildirib.
Saxlanılanları "muzdlu" və "düşmən ünsür"ləri adlandıran prokuror onların bir neçəsi barədə edam qərarı çıxarldığını bildirib:
"41 düşmən muzdlusuna qarşı cinayət işi açılıb və onlara əmlak müsadirəsi, həbs və edam cəzası da daxil olmaqla ağır cəzalar verilib".
Onun iddiasına görə, bu şəxslərin bir qismi xarici ölkələrdə yaşayır və casusluq xidmətlərinə qulluq etmək üçün rejimə qarşı təbliğat aparırıblar.
Nəcəfi, həmin şəxslərin aktivlərinin müəyyən edilərək müsadirə edildiyini bildirib.
25-04-2026, 13:38
Qəbələdə Prezidentlərin   görüşü olub

Qəbələdə Prezidentlərin

görüşü olub


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu.
Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
25-04-2026, 13:24
Xankəndidə 3 marşrut xətti istifadəyə verildi


Xankəndidə 3 marşrut

xətti istifadəyə verildi
FOTO

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir. Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən faydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi qiymətləndirirlər.Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət göstərir.
Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşıma isə “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.Avtobuslarda ödəniş nağdsız qaydada aparılır. Sərnişinlər “BakıKart”, QR-bilet və NFC texnologiyası vasitəsilə bank kartları, eləcə də “Google Pay” və “Apple Pay” kimi mobil ödəniş sistemlərindən istifadə edə bilirlər.Qeyd edək ki, avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir.






25-04-2026, 13:05
Yusif Hüseynov olduğu kimi


Yusif Hüseynov

olduğu kimi


Dost sözü
Bəşər övladı “qanadlı sözləri əsir etdikdən” - yazının kəşfindən bu yana, insan əlinə qələm alıb yazmağa başladığı gündən ta bu günə kimi söz adamı müxtəlif yazı nümunələrinin ünvanına və qəhrəmanına çevrilərək yazının əli və dili ilə şərəflənərək ucalmış, tanınmış və yazının yaddaşında əbədilik qazanmışdır. Lakin az qisim insan var ki, yazılar onların deyil, onların həyatı yazıların bəzəyidir.
Belə insanlar haqqında nə qədər çılğın istək, coşqun həvəs, zəngin təxəyyül və yanar ürəklə yazılsa da, yenə də onların şəxsiyyəti dolğun, olduğu kimi yazılarda özünü tapmır. Sadəcə ona görə ki, o insanlar sözdən ucada dururlar. Və onlar hamıdan varlıdırlar. Var-dövlət baxımımdan demirəm, mənəvi dünyaları ilə çoxundan çox yüksəkdə dayanırlar. Bu isə minnətsiz, təmənnasız, ilahi bir örnəkdir.
O, layiqli Vətən övladıdır.
Nümunəvi ailə başçısı, könül dostudur.
Həyatda nə qazanıbsa, nə əldə edibsə, hamısını biliyi, alnının təri, halal zəhməti ilə qazanıb.
Əsl xalq adamıdır. Biliyi, bacarığı və sevgisi ilə həmişə xalqın yanında yer alıb, dövlətin və dövlətçiliyimizin əsgəri olub, elə bu gün də ön sırada addımlayır.

Şərəflə yaşayıb, ömrünün 70-ci baharını da şərəfləndirib – Yusif Həsən oğlu Hüseynov. 1956-cı ilin mart ayının 10-da Şəki şəhərində anadan olub. Orta təhsilini də doğulduğu şəhərdəki 2 saylı orta məktəbdə alıb. 1978-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirib, ömür yollarında ürəyi və qələmi ilə yoldaşlıq edib, indi də jurnalistikanın sehri ilə baş-başa, onun cazibəsi içindədir. Təhsilini başa vurduqdan sonra respublikanın nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq etmiş Yusifin qələmindən çıxan bir çox yazıların sədası bu gün də yadımdadır: “Tanrının bizə bəxş etdiyi adam”, “Son görüşün təəssüratları”, “Şəkidən gələn səslər” və adını çəkmədiyim yazıları bu qəbildəndir. Əslən şəkili olub Moskvanın Sakolniki rayonu İK-nın sədri işləmiş P.A. Babayevin (İndi Moskva karamel fabriklərindən biri azərbaycanlı Hakim Babayevin adını daşıyır) fəaliyyəti istiqamətindəki araşdırma və axtarışlarının nəticəsi olaraq Şəkidə P. Babayevin adını daşıyan mədəniyyət və istirahət parkının salınması, büstünün ucaldılması hələ də yaşlı şəkililərin yaddaşında Yusif Hüseynovun “könül işi” kimi daşlaşıb.
Azərbaycan KP MK-nın nəzdində fəaliyyət göstərən Partiya Tarixi İnstitutunda, sonra ölkənin ali icra hakimiyyəti orqanında – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycanda ilk ictimai yayım institutunda – İctimai Teleradio Şirkətindəki fəaliyyəti də onun bilik və bacarığının həyata vəsiqə qazandığı ünvanları və fəaliyyət dövrlərini çevrələyir. Amma qarşınızdakı bu kiçik yazımızla Yusif Hüseynovun nə jurnalist kimi peşə fəaliyyətini, nə də tutduğu vəzifələrdəki iş keyfiyyətlərini təhlil etmək, onu gündəmə gətirmək kimi bir məqsəd qarşıya qoymamış, bu istəkdən gələn sətirlər də elə bir missiyanı öz üzərinə götürməyib. Bir dünyagörmüşdən soruşurlar:
–Siz yaş yetirmisiniz, üzlər görmüsünüz, çox adam tanıyırsınız. Bu filankəs necə adamdır, bəlkə, siz deyəsiz?
Müdrikin cavabı qısa və aydın olmuş:
–Mən onunla yoldaşlıq etməmişəm.
Məncə də əlavə şərhə ehtiyac yoxdur.
Sanki Yusif bu dünyaya yaxşılıqlar etmək üçün gəlib. Daimi ünvanı da belədir: xeyirxahlıqlar küçəsi, ürək- yaxşılıqlar məskəni. Təmənnasızlar xiyabanı.
Sözün geniş anlamında Yusif Hüseynovun əlindən heç bir pislik gəlməyib desəm, yanılmaram. Çünki o, yaxşılıq etməyi özünün mənəvi, əxlaqi borcu hesab edir. Ona görə də onun “mən”i daxilindəki Yusiflə həyatdakı Yusifi bərabərləşdirir və eyniləşdirir. Bu mənada belə keyfiyyətləri hər adamda görmək və ya sezmək bu gün çətindir. Cəmiyyətdə tutduğu mövqe, daşıdığı vəzifələr, xarakterindəki mərdanəlik və alicənablıq onu öz-özündən fərqlənməsinə gətirib çıxarmayıb. Necə idisə, elə də qalmağı bacarıb, heç nə onu dəyişə bilməyib. Necə deyərlər, bir ömür boyu olduğu kimi görünüb, həyatda da göründüyü kimi olub. Elə bu keyfiyyəti də onu başqalarından fərqləndirir.

Yusifdə hər adamda olmayan, çoxlarının həsəd apara biləcəyi bir alicənablıq da var. Əgər Yusif Hüseynovu əxlaqi baxımdan, humanist mövqedən qiymətləndirmək mümkün olsaydı, tanıdığım və bir əlin barmaqları ilə sayıla biləcək yaxşıların və təmənnasızların ön sırasında onun adını yazardım. Kiməsə qarşı həsəd aparmaq, paxıllıq hissi kimi emosiyalar onda anadangəlmə olmayıb. Qan və gen yaddaşına, soykökünə sadiqliyini həmişə qoruyub saxlaya bilib. Nəfsini, emosiya və hisslərini idarə etmək gücünü də özündə tapıb. Heç vaxt onları nəyinsə xatirinə bada verməyib. Bu da onun böyüklüyüdür. Ucaldığı o böyüklük zirvəsində bu gün də olduğu kimi görünür. Adam ona yaxşı mənada həsəd aparmaya bilmir.
Yusif Hüseynov ətrafındakıların diqqətini özünə cəlb etmək üçün özünü hər kəsdən və hər şeydən təcrid edən, özünə qapanan, qınına çəkilmiş və ya maskalanmış fərd deyil. Sözün həqiqi mənasında, o, şəxsiyyətdir. Öz “mən”ini təsdiqləyən şəxsiyyət.
Şəxsiyyətin sosial parametrləri var, şəxsiyyətin prinsipləri var; həyati prinsiplər, dünyagörüşü, həyata və dünyaya, gerçəkliyə və təxəyyülə münasibət modeli onda elə formalaşıb ki, onu artıq paradiqma kimi, nümunə kimi göstərməyə imkan verir. Əgər humanizm prinsipi şəxsiyyətin əsasında dayanırsa, onun həyat tərzini, fəaliyyətini tənzimləməklə müşayiət edirsə, deməli, o adam humanistdir. Yusif Hüseynovda bu özünü daha qabarıq göstərir. Cəmiyyət tərəfindən qəbul olunmuş əxlaqi normalar onun həyat norması, fəaliyyət prinsipidir.
Yusif dosta və dostluğa münasibətdə olduğu kimi, dünyaya və zamana münasibətdə də ardıcıl və safdır, ülvidir. Ülviyyət də onda fəaliyyət meyarına, həyat tərzinə çevrilib. Mən heç bir halda onun səsinin ucaldığını eşitmədim, həmişə səbr və təmkinini qoruyub, haqqın yanında dayanan gördüm. Hərdən düşünürsən ki, o, bunu necə bacarır? Sonra da öz-özünə pıçıldayırsan ki, yəqin əsəbləri poladdandır...
Bu gün Yusif Hüseynovun cild-cild kitabları çap olunmasa da, onun bir həyat tərzi nümunəsi var, bir insanlıq obrazı var, şəxsiyyət nümunəsi var. Elə bir nümunə ki, o həyatının böyük hissəsini onu əhatə edən mühitə, mühitin yetirmələri olan insanlara və insanlığa həsr etmişdir.
Ümumiyyətlə, Yusif Hüseynovun mənsub olduğu, təmsil etdiyi nəsil Şəkidə şirin nəsil kimi ad çıxarıb, elə də tanınır. Yusif də, şəkililər demiş, şirin narın köküdür. Bu şirinlik onun qanında və canında, sözündə və özündədir.
70 yaşını çevrələyən Yusif Hüseynov indi müdriklik məqamında və müdriklik ovqatındadır. Dostlara da ona baxıb sevinmək və öyünmək qalır. 70-in mübarək! Müdriklik məqamın və müdriklik ovqatın həmişə səninlə olsun, əziz insan!

Ramiz Orsər
şair-publisist








25-04-2026, 11:51
"Azeri Light" bahalaşır

Neftinin qiyməti bahalaşır

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dollar artıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 1,74 % artaraq 113,97 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
25-04-2026, 09:26
Avropa İttifaqı 25 milyard avro itirib


Avropa İttifaqı 25 milyard avro itirib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, ABŞ və İsrailin İranla bağlı münaqişəsi fonunda Avropa İttifaqı 25 milyard avro itki ilə üzləşib. Bu barədə o, Kiprdə keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, münaqişənin başlanmasından ötən 54 gün ərzində Aİ-nin enerji xərcləri kəskin artıb.
“Bu müddətdə karbon resurslarının alınmasına görə hesabımız 25 milyard avro artıb, halbuki biz artıq resurs almamışıq”, – deyə o bildirib.
O, əlavə edib ki, üzv ölkələr tərəfindən strateji enerji ehtiyatlarından istifadə ciddi şəkildə məhdudlaşdırılmalıdır, xüsusilə də aviasiya yanacağı üzrə.
Avropa Komissiyasının sədri vurğulayıb ki, Aİ alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməlidir.
25-04-2026, 09:18
600 min döyüşçüdən 13-ü sağdır

600 min döyüşçüdən 13-ü sağdır

Prezident İlham Əliyev 1941–1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi iştirakçılarına maddi yardımın ödənilməsilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, İkinci Dünya müharibəsindəki Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından 13 nəfər sağdır. Bu il mayın 9-da İkinci Dünya müharibəsindəki qələbənin 81-ci ili tamam olur.
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı da iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb...
Müharibədən qayıdan 300 min azərbaycanlıdan cəmi 13 nəfəri bu günə sağ gəlib çatıb...
Keçən il 1941-1945-ci illər müharibəsi iştirakçılarının sayı 18 nəfər olub. Bir il ərzində onlardan 5-i dünyasını dəyişib.
25-04-2026, 09:05

Makron eynəyin çıxarır

Həmin an gəlib, Avropa oyanmalıdır deyən Makron özünü ağıllı və cəsur göstərməyə çalışır.
Unikal an gəlib, ABŞ, Rusiya və Çin liderləri Avropaya qarşıdır. Situasiyanı düzgün dəyərləndirməliyik. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Artıq oyanmağımızın vaxtıdır”, - deyə o bildirib.
Xatırladaq ki, Fransa prezidenti bir müddət əvvəl ABŞ-ın artıq əvvəlki qədər etibarlı müttəfiq olmadığını bildirmişdi.
25-04-2026, 08:59
Ordumuzun ən yaxşı snayperi

Ordumuzun ən yaxşı snayperi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən məlumatda bildirilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında olub.
Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər.
Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!