Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
22-04-2026, 17:34
Metrodakı insidentə görə cəzalandırılan var

Metrodakı insidentə görə

cəzalandırılan var


Dünən təxminən saat 12:10 radələrində Bakı metrosunun "Ulduz-Nərimanov" mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Nəticədə saat 15:00-a kimi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu səbəbdən minlərlə sərnişinin gediş-gəlişinə problem yaranıb.
Qaynarinfo xəbər verir ki, Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov hadisəyə görə bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb və bəzilərinə töhmət elan olunub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə sözügedən mövzu ilə bağlı belə cavab verib:
"Hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır".
Mətbuat katibi onu da bildirib ki, bundan sonra, "Bakı Metropoliteni"ndə qatarların hərəkəti, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və ən vacibi bir daha belə bir hadisənin təkrarlanmaması üçün ən vacib və doğru qərarlar qəbul ediləcək.
22-04-2026, 14:38
Onu sevgi və ehtiramla anırıq


Onu sevgi və

ehtiramla anırıq


Bu gün tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun anadan olmasının 84-cü ildönümüdür.
H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.
Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.
Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.
Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.
O, cəmi 52 il yaşadı. Ruhu şad olsun!
22-04-2026, 14:15
YAP yeni namizədlərini müəyyənləşdirib

YAP yeni namizədlərini

müəyyənləşdirib


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
İclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
22-04-2026, 08:56
Trampın zehni qabiliyyətli sorğulanır

Trampın zehni

qabiliyyətli sorğulanır


ABŞ-lıların əksəriyyəti Trampın zehni qabiliyyətlərinin zəiflədiyini düşünür - SORĞU
ABŞ-də aparılan sorğunun nəticələrinə görə, vətəndaşların böyük hissəsi Prezident Donald Trampın zehni və idrak qabiliyyətlərinin zəiflədiyini hesab edir.
Sorğu "Reuters" agentliyi və "Ipsos" beynəlxalq tədqiqat xidməti tərəfindən keçirilib.
Məlumata görə, respondentlərin əhəmiyyətli hissəsi 79 yaşlı siyasətçinin İranla müharibə fonunda və Roma Papası ilə yaşanan gərginlik zamanı emosional sabitliyini qorumaq qabiliyyətinə şübhə ilə yanaşır.
Sorğu nəticələri göstərir ki, ictimai rəydə Trampın liderlik qabiliyyəti və psixoloji dayanıqlığı ilə bağlı narahatlıqlar artmaqdadır.
22-04-2026, 08:51
Türkiyə ilə bağlı açıqlama aydınlaşdı

Türkiyə ilə bağlı

açıqlama aydınlaşdı


Avropa Komissiyası Ursula Fon der Lyayen Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.
Deyib ki, Türkiyənin adı çəkilməsi onun geosiyasi təsirinin, miqyasının və ambisiyalarının, xüsusilə Qərbi Balkanlarda rolunun tanınması deməkdir və bu, hər hansı başqa ölkə ilə müqayisə məqsədi daşımır.
Açıqlamada vurğulanıb ki, Avropa İttifaqı Türkiyəni həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaş hesab edir və xüsusilə nəqliyyat əlaqələri və miqrasiya sahəsində əməkdaşlıq ön plandadır. Türkiyə eyni zamanda NATO üzrə vacib müttəfiq və Avropa İttifaqına namizəd ölkədir və bu da onu dialoq üçün əsas tərəfdaşlardan birinə çevirir.
Xatırladaq ki, daha əvvəl Ursula Fon der Lyayen Avropa İttifaqının elə bir məkan formalaşdırmalı olduğunu bildirib ki, bu məkan Rusiya Federasiyası, Türkiyə və Çin Xalq Respublikası kimi ölkələrin təsiri altında qalmasın.
21-04-2026, 22:09
Əhməd Obalının yazısını təqdim edirik:


Əhməd Obalı “The Jerusalem Post” üçün

Əhməd Obalının

yazısını təqdim edirik:


Güney azərbaycanlı müxalif jurnalist kimi, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricani kimi bir zalımın olmadığı bir dünyada yaşadığım üçün böyük sevinc hissi keçirirəm. O, İran rejiminin siyasətinin böyük hissəsinin əsas memarlarından biri və Azərbaycan xalqına qarşı uzun illər davam edən təzyiq siyasətinin aparıcı simalarından biri idi.
İran çoxmillətli bir ölkədir; farslar, azərbaycanlı türklər, kürdlər, bəluclar, əhvaz ərəbləri, lorlar və türkmənlərdən ibarətdir və bu qrupların heç biri əhalinin 50 faizini təşkil etmir. Güney azərbaycanlılar əhalinin ən azı üçdə birini təşkil edir və məhz bu səbəbdən Laricaninin aradan götürülməsi bu qədər mühüm hesab olunur.
Düzdür, keçmiş ali rəhbər Əli Xamənei və keçmiş SEPAH komandanı Qasım Süleymani də azərbaycanlılara qarşı düşmən münasibətləri ilə tanınırdılar. Süleymani Ermənistan–Azərbaycan münaqişəsi dövründə Azərbaycana qarşı çox fəal idi. O, dəfələrlə İranı Ermənistana daha çox silah göndərməyə və onları açıq şəkildə dəstəkləməyə çağırmış, azərbaycanlıların “qeyri-irani xalq” olduğunu iddia etmişdi. Süleymani, həmçinin azərbaycanlı mənşəli SEPAH üzvlərinin dəfələrlə yoxlanılmasını və Güney Azərbaycan və onun xalqına simpatiyaları olduğu təqdirdə, yüksək vəzifələrdən uzaqlaşdırılmasını tələb edirdi. Ancaq İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani azərbaycanlılara qarşı xüsusi və fərqli bir nifrət bəsləyirdi.
Diskriminasiya siyasətinin institusionallaşdırılması
Laricani İran siyasi elitasında azərbaycanlıları aşağılayan televiziya və radio proqramlarının – uşaq verilişləri, filmlər, seriallar və hətta xəbər buraxılışlarının-hazırlanmasını tövsiyə edən və həyata keçirən ilk yüksək vəzifəli şəxslərdən biri idi. O, İran İslam Respublikası Yayım Qurumunun rəhbəri olduğu dövrdə 1995-ci ildə keçirilmiş məşhur sorğunun əsas təşkilatçısı olmuşdu; bu sorğu sonradan azərbaycanlı kimliyinə və etnik mənsubiyyətinə qarşı hücumların gücləndirilməsi üçün bəhanəyə çevrildi.
Professor Brenda Şaffer “Iran is More Than Persia” adlı kitabında yazır ki, 8 may 1995-ci ildə İranın “Əhrar” qəzeti IRIB-in (İran Radio və Televizyası) İrandakı “türk” vətəndaşlara – yəni azərbaycanlılara – münasibətlə bağlı sorğu keçirdiyini bildirmişdi. Sorğuda belə suallar yer almışdı:
“Bir türklə evlənmək istərdinizmi? Qızınızın bir türklə evlənməsinə razı olardınızmı? Dini mərasimlərdə (məsələn, Aşura) türklərlə birlikdə iştirak edərdinizmi? Ev alsanız, türklə qonşu olmağa razı olardınızmı? Türk çoxluğunun yaşadığı məhəllə və ya şəhərdə yaşamaq istərdinizmi? Türklə dost olmaq istərdinizmi? Türklərin evinə qonaq getmək istərdinizmi?”
Şafferə görə, “nəticələr fars cəmiyyətində bu qrupa qarşı son dərəcə mənfi münasibətin olduğunu göstərdi; respondentlərin əksəriyyəti İran azərbaycanlıları ilə ünsiyyətdən qaçmaq istədiklərini bildirdilər. Bu sorğu 9 may 1995-ci ildən başlayaraq azərbaycanlıların etiraz dalğasına səbəb oldu.”
Etirazlara universitet tələbələri rəhbərlik edirdi. Onlar fars cəmiyyətində son yüz ildə davam edən aryançı irqçi siyasətə və IRIB-in belə bölücü sorğunu keçirmə motivlərinə qarşı çıxırdılar. Etirazlar Tehran Universitetində başladı. Azərbaycanlı tələbələr ümid edirdilər ki, fars tələbələr də onlara qoşulacaq, ancaq bu baş vermədi. Nəticədə azərbaycanlı tələbələr öz təşkilatlarını - Azərbaycan Akademik Cəmiyyətini yaratdılar.
Şaffer yazır: “O vaxta qədər etnik əsasda ayrıca tələbə birlikləri yox idi.” Etirazlar daha sonra Təbriz və azərbaycanlıların digər sıx yaşadığı şəhərlərə yayıldı. Təbriz Universitetində minlərlə tələbə 9 may aksiyalarında iştirak etdi. Azərbaycanlı tələbələr eyni zamanda prezident aparatına, parlamentə, cümə namazı imamlarına və Şərqi Azərbaycan, Zəncan və Ərdəbil vilayətlərinin rəhbərlərinə məktublar göndərərək bu sorğunu pislədilər və Təbriz Universitetində Azərbaycan dilində təhsil hüququ tələb etdilər.
Mahmud Əhmədinejad dövründə isə “Iran” qəzetində məşhur təhqiramiz karikatura yayımlandı. Bu qəzet və IRNA xəbər agentliyi 2006-cı ilin yazında daha bir genişmiqyaslı azərbaycanlı etirazlarını alovlandıran dövlət qurumları oldular.
Milyonlarla azərbaycanlı küçələrə çıxdı. Bəzi şəhərlərdə etirazlar o qədər genişləndi ki, insanlar qısa müddət ərzində bəzi məhəllələrə nəzarəti ələ keçirdilər, ancaq sonradan etirazlar rejim tərəfindən sərt şəkildə yatırıldı. Minlərlə insan həbs olundu, rəsmi məlumatlara görə ən azı 12 nəfər öldürüldü, qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm daha yüksək idi.
Əli Xamənei özü televiziya vasitəsilə üzr istəməyə məcbur oldu. Həmin karikaturada azərbaycanlılar “bitməz hamamböcəkləri” kimi təsvir edilir, Azərbaycan dili isə “hamamböcəyi dili” adlandırılırdı və azərbaycanlıların “nəcis ilə qidalandığı” iddia edilirdi.
2006-cı il etirazları birbaşa Laricaninin daha əvvəl yaratdığı anti-azərbaycanlı siyasətin nəticəsi idi. Daha sonra bir televiziya proqramında azərbaycanlıların guya diş fırçasından istifadə etməyi bilmədiyi iddia edilərək azərbaycanlı bir uşağa tualet fırçası göstərilib “azərbaycanlılar dişlərini belə fırçalayır” deyilmişdi. Rejim bu cür təhqirlərin təkrarlanmayacağını vəd etsə də, Laricaninin yaratdığı sistem səbəbindən bunun davam edəcəyi aydın idi.
Laricani azərbaycanlı məsələsində o qədər sərt mövqedə idi ki, hətta rejim tərəfdarı olan azərbaycanlılara belə etibar etmirdi. O, Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildikdən sonra prezident Məsud Pezeşkianı kənara çəkərək idarəetməni faktiki olaraq özü həyata keçirirdi.
Bütün bu səbəblərə görə, Laricaninin aradan götürülməsi məni sevindirir. O, yalnız Qərbə və İsrailə qarşı sərt xətt tərəfdarı deyildi, eyni zamanda Güney Azərbaycan xalqının ən böyük düşmənlərindən biri idi.
Ümid edirəm və dua edirəm ki, onsuz bölgənin və dünyanın gələcəyi daha parlaq olacaq.


21-04-2026, 21:38
Urmudan şad xəbər

Urmudan şad xəbər

Urmiya gölündə mövcud olan su miqdarı 2 milyard 890 milyon kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin sədri Məcid Rəstqari məlumat yayıb. Bildirilib ki, son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması Urmiya gölünün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub. Göldə canlanmanın güclü mövsümi yağışlarla da əlaqəli olduğunu deyən Rəstqari bunu gölün bərpası deyil, bərpa prosesinin başlaması adlandırıb.

21-04-2026, 21:25
Latviya Prezidenti Bakıya gəldi

Latviya Prezidenti

Bakıya gəldi


Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycana rəsmi səfərə gəlib.
Butov.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
E.Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
21-04-2026, 21:19
Pakistan İrandan cavab gözləyir

Pakistan İrandan

cavab gözləyir


Vasitəçi rolunu öz üzərinə götürən Pakistan hələ ki, İrandan ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməklə bağlı rəsmi cavab almayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataullah Tarar bildirib. Tarar "X" sosial şəbəkəsində yazıb: "İran tərəfinin nümayəndə heyətinin İslamabadda keçiriləcək sülh danışıqlarında iştirakı ilə bağlı rəsmi cavabı hələ də gözəyirik".
O, müharibə edən tərəflər arasında iki həftəlik atəşkəsin bağlanmasına bir neçə saat qaldığı üçün qərarın "kritik" olduğunu söylədi. Prezident Donald Tramp daha əvvəl İranla atəşkəsin uzadılmasını istəmədiyini və danışıqların uğursuz olacağı təqdirdə ABŞ ordusunun hərəkətə keçməyə hazır olduğunu deyib.
21-04-2026, 21:08
Şoyqu musqul şişirdir

Şoyqu musqul şişirdir

Moskva, lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə deyib.
"Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onların maraqları və təhlükəsizliyi Kiyev və Kişinyovun məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. Lazım gələrsə, Rusiya bütün lazımi addımları atacaq və onları konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək", - Şoyqu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya Kişinyovun Dnestryanı ilə bağlı bütün mümkün ssenarilərini, o cümlədən ən gözlənilməz olanları belə izləyir.
Qeyd edilir ki, Şoyqunun bu açıqlamasına səbəb Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun Ukrayna ordusunun Dnestryanıya nəzarəti ələ keçirməsi ehtimalı ilə bağlı açıqlamaları olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!