Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-04-2026, 20:51
Avarçəkənlərinin paradı olub


Avarçəkənlərinin paradı olub- FOTO

İlk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonundakı Sərsəng su anbarından start götürən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının bu gün Mingəçevir şəhərində rəsmi paradı baş tutub. Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının ikinci günündə 16 ölkənin- Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandalarının Heydər Əliyev prospektindən “Kür” Olimpiya Təlim və İdman Mərkəzinə qədər yürüşü olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, beynəlxalq reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel-1may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yürüşləri keçiriləcək və qaliblər müəyyənləşəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku 2026” beynəlxalq avarçəkmə və kanoe reqatasına mayın 1-də yekun vurulacaq. Xatırladaq ki, yarışda 20-dək ölkədən 100-dən çox idmançı iştirak edir.




28-04-2026, 20:42
Nağdsız ödənişlər iqtisadi artımı necə formalaşdırır?


Nağdsız ödənişlər iqtisadi

artımı necə formalaşdırır?
–
Müsahibə
Rəqəmsal transformasiya fonunda nağdsız ödəniş sistemlərinin genişlənməsi həm qlobal, həm də milli iqtisadiyyatlarda mühüm dəyişikliklərə səbəb olur. Bu prosesin iqtisadi artıma təsiri, üstünlükləri və mümkün riskləri ilə bağlı suallarımızı iqtisadçı ekspert e.ü.f.d Gündüz Camalzadə cavablandırır:
- Nağdsız ödəniş sisteminə keçidin iqtisadiyyata əsas təsirləri necə qiymətləndirilə bilər?
- Nağdsız ödəniş sistemləri qlobal maliyyə strukturunda köklü dəyişikliklərə səbəb olub. Tədqiqatlar göstərir ki, bu keçid yalnız rahatlıq təmin etmir, həm də iqtisadi artıma ciddi töhfə verir. Məsələn, Avropa İttifaqı ölkələri üzərində aparılan araşdırmalarda nağdsız ödəniş metodlarının (kart ödənişləri, elektron pul və s.) iqtisadiyyata təsirinin uzun müddətdə daha qabarıq nəzərə çarpdığını göstərir. Qısa müddətdə bu ödəniş növləri arasında qarşılıqlı əvəzetmə müşahidə olunsa da, uzun müddətdə ÜDM-ə mənfi təsiri olmayan, əksinə, iqtisadi fəallığı artıran bir dinamika formalaşır. İndoneziya nümunəsinə əsasən COVID-19 pandemiyası dövründə e-pul (e-money) vasitəsilə nağdsız ödənişlərin iqtisadi artıma təsirinin əhəmiyyətli dərəcədə artdığı sübut edilib. Bu o deməkdir ki, rəqəmsal iqtisadiyyatın inkişafında nağdsız ödəmə vasitələri xüsusilə böhran dövrlərində iqtisadi sabitliyin təminatçısına çevrilir.
- Nağdsız ödəniş vasitələrinin rəqəmsal iqtisadiyyata müsbət və mənfi tərəfləri nələrdir?
- Tədqiqatlar göstərir ki, nağdsız ödənişlər nağd pulun daşınması risklərini azaldır, bank xidmətlərinin xərclərini aşağı salır və korrupsiya ilə mübarizədə mühüm rol oynayır. Bundan əlavə, bu sistemlər maliyyə daxilolmalarının -financial inclusion artmasına şərait yaradır, yəni bank xidmətlərinə çıxışı məhdud olan əhali qrupları da iqtisadi dövriyyəyə cəlb olunur. Lakin mənfi tərəfləri də nəzərə almaq lazımdır. Əsas risk məlumat təhlükəsizliyi və kiberhücumlar ilə bağlıdır. Rəqəmsal sistemlərə keçid, texnoloji imkanlardan məhrum və ya rəqəmsal savadı aşağı olan əhali qruplarının iqtisadi fəallıqdan kənarlaşmasına səbəb ola bilər. Bu, “rəqəmsal bölünmə” adlanan vəziyyəti dərinləşdirərək, sosial bərabərsizliyi artırmaq potensialına malik risk faktorudur.
- İstifadəçilərin bu sistemləri qəbul etməsində hansı amillər daha çox rol oynayır?
- Burada maraqlı bir nüans var. Bir qrup tələbələr ilə aparılan tədqiqatlar göstərir ki, “Sosial Təsir” və ya “Asanlaşdırıcı Şərtlər” kimi amillər bəzən texnalogiyanın qəbulunda həlledici rol oynamır. Əsas həlledici amillər “Gözlənilən Performans” və “Texnologiya Təhlükəsizliyi” hesab olunur.
Yəni insanlar bu sistemləri yalnız rahat və təhlükəsiz hesab etdikləri təqdirdə qəbul edirlər. Digər tərəfdən, istehlakçı davranışlarına təsir edən “etibar” amili də kritik əhəmiyyət kəsb edir. Onlayn alış-verişdə etibarın formalaşması, nağdsız həyata keçirilən rəqəmsal iqtisadiyyatın uğurunun açarıdır.
- Azərbaycanda rəqəmsal və alternativ ödəniş alətlərinin inkişafını necə qiymətləndirirsiniz?
- Azərbaycanda qlobal tendensiyalara uyğun olaraq, “Rəqəmsal Ödəniş Ekosistemi”nin formalaşması istiqamətində qətiyyətli addımlar atılır. Hindistan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar üzərində aparılan tədqiqatlar göstərir ki, kiçik pərakəndə satış mağazalarından tutmuş böyük ticarət platformalarına qədər geniş spektrdə rəqəmsal ödənişlərin tətbiqi mümkündür. Azərbaycanda da son illərdə “pərakəndə satış nöqtələri”nin (POS) sayının artması, mobil tətbiqetmələrin və QR-kod vasitəsilə ödənişlərin geniş yayılması bu istiqamətdə irəliləyişin bariz nümunəsidir. Lakin Azərbaycan üçün əsas çağırış, “təhlükəsizlik” və “etibar” amillərinin maksimum təmin edilməsidir. İndoneziya təcrübəsindən göründüyü kimi, nağdsız ödənişlərin ÜDM-ə təsiri pandemiya şəraitində daha da artıb. Azərbaycanda da pandemiya sonrası dövrdə vətəndaşların rəqəmsal ödənişlərə marağı artıb. Gələcəkdə hökumətin nağdsız ödənişləri daha da təşviq etməklə yanaşı, kiber-təhlükəsizlik infrastrukturunu gücləndirməsi və rəqəmsal savadın artırılması istiqamətində addımlar atması, iqtisadiyyatın şəffaflığı və effektivliyi üçün strateji əhəmiyyət daşıyır.
- Yekun olaraq, Azərbaycan üçün hansı tövsiyələri vermək olar?
- Azərbaycan iqtisadiyyatı üçün nağdsız ödənişlər, pul dövriyyəsinin sürətlənməsi və vergi bazasının genişləndirilməsi baxımından böyük fürsətdir. Lakin bu keçid təkcə texnoloji infrastrukturun yaradılması ilə məhdudlaşmamalıdır. Təhlükəsizliyin gücləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin bu sistemlərə inteqrasiyası vacibdir. Qlobal təcrübə, o cümlədən Nigeriya və Hindistan nümunələri göstərir ki, doğru tənzimləmə və təhlükəsizlik tədbirləri görüldükdə, nağdsız ödəniş alətləri rəqəmsal iqtisadiyyatda korrupsiyanın azalmasına və iqtisadi artıma mühüm töhfə verir.

Qəmər Qurbanova,
Aysun Hüseynova,

BDU Jurnalistika fakültəsinin tələbələri
28-04-2026, 20:32
Rəqəmsal pullar ənənəvi nağd pulu əvəz edə bilər?

Rəqəmsal pullar ənənəvi nağd pulu

əvəz edə bilər?


İnternet dövrünün yaranması ilə gündəlik həyatımızda istifadə etdiyimiz hər şey rəqəmsallaşıb və ya rəqəmsallaşmağa doğru yönəlib. Rəqəmsallaşan amillərdən biri də pul, valyutadır. Rəqəmsal pul, rəqəmsal valyuta- əsasən rəqəmsal kompüter sistemlərində, xüsusən də internet üzərindən idarə olunan, saxlanılan və ya dəyişdirilən hər hansı valyuta, pul və ya pula bənzər aktivdir.
Rəqəmsal valyuta növlərinə kriptovalyuta, virtual valyuta və mərkəzi bank rəqəmsal valyutası daxildir. Günümüzdə rəqəmsal valyutalardan (kriptovalyutalar, stabilkoinlər və mərkəzi bank rəqəmsal valyutaları - CBDC) istifadə həm qlobal miqyasda, həm də Azərbaycanda sürətlə artmaqdadır. Azərbaycan Mərkəzi Bankının 2025-ci il üzrə statistikasına görə, milli ödəniş sistemində əməliyyatların sayı və həcmi rekord həddə çatıb.
Qlobal statistikaya əsasən 2024-cü ilin sonuna olan məlumatlara görə, dünyada kriptovalyuta sahiblərinin sayı 560 milyonu keçib. Bu, əhalinin təxminən 7%-ni təşkil edir.
Bəs rəqəmsal pulun ənənəvi pulu əvəz edəcəyi gözlənilirmi?
Günümüzdə hələ də üstünlük ənənəvi valyutayadır. Rəqəmsal valyutaya keçid edilməsi üçün əlbəttə ilk olaraq əhalinin buna hazır olması və məlumatlı olması lazımdır. Bu da qısa zamanda hazır olacaq bir vəziyyət deyil. Həmçinin rəqəmsal valyutanın bir sıra təhlükəli və mənfi cəhətləri də var.
Rəqəmsal valyuta dedikdə ağla gələn əsas təhlükə kibertəhlükəsizlik riskləridir. Rəqəmsal pul kisələrinin oğurlanması, birjaların sındırılması və ya şəxsi açarların itirilməsi vəsaitlərin tamamilə itməsinə səbəb ola bilər. 2024 və 2025-ci illərə dair qlobal statistik nümunələr bu təhlükənin miqyasını aydın göstərir. FBI-ın 2025-ci il hesabatına görə, kriptovalyuta ilə bağlı fırıldaqçılıq itkiləri rekord həddə -11,36 milyard dollara çatıb. Bu, 2024-cü illə müqayisədə 22% artım deməkdir.
Beynəlxalq pul köçürmələri ənənəvi bank sistemlərində uzun vaxt tələb etdiyi halda, rəqəmsal valyutalarla bu proses dəqiqələr ərzində baş tutur. Buna baxmayaraq mənfi cəhətlərindən biri də kriptovalyutaların qiymətinin çox qısa müddətdə kəskin arta və ya azala bilməsidir. Bu, investorlar üçün böyük risk yaradır. Bir çox ölkədə hələ də rəqəmsal valyutalarla bağlı tam hüquqi baza yoxdur. Bu da istifadəçiləri dələduzluq hallarında müdafiəsiz qoyur. Məsələn, Azərbaycanda rəqəmsal aktivlərin alqı-satqısından əldə edilən gəlir fiziki şəxslərin gəlir vergisinə cəlb olunsa da, bu sahədə spesifik bir qanun ("Kriptoaktivlər haqqında qanun") hələ mövcud deyil. Bu qeyri-müəyyənlik həm böyük investorların bazara girməsinə mane olur, həm də sıravi vətəndaşları riskə atır.
Ümumiləşdirsək deyə bilərik ki, rəqəmsal pulun yaxın gələcəkdə ənənəvi nağd və bank pullarını tamamilə əvəz etməsi ehtimalı şox aşağıdır. Əsas səbəblər isə ilkin olaraq psixoloji amil və “nəsil fərqi” olması, texniki infrastruktur çatışmazlığdır.
Fatimə Aslanova,
Aləmzər İbrahimova

BDU Jurnalistika fakültəsinin tələbələri
28-04-2026, 20:22
Prezident Fərman imzaladı


Prezident Fərman imzaladı

Qrant müsabiqələrinin keçirilməsi qaydası üç ay müddətində təsdiq ediləcək.

Prezident İlham Əliyev “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. Müəyyən edilsin ki:

1.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. Həmin Qanunun 45.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 122 (Cild I); 2026, № 1, maddə 41) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “45.1-ci maddələrində” sözlərindən sonra “, 45.4-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;
3.2. 2.2-1-ci bəndə “maddəsində” sözündən sonra “və 45.4-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 7, maddə 662; 2026, № 1, maddə 41; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.14-cü yarımbəndində “mədəniyyət sənayesinin” sözləri “mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.
28-04-2026, 15:12
İlham İsmayıl yazır:


İlham İsmayıl yazır:

Rusiyanın birbaşa namizədi Samvel Karapetyan qeyd edib ki, "Ermənistan xalqını tədricən oyadırıq. Xalq canlanıb; onlar tezliklə dəyişiklik edəcəyimizi hiss edirlər". Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” siyasi bloku faktiki olaraq 6 fevral 2021-ci ildə “Güclü Ermənistan -Rusiya ilə” adı altında təsis edilib. Rusiyanın adı indi rəsmiləşdirilməsə də, Karapetyanın düşündüyü “dəyişiklik” şimaldan-Kremldən qaynaqlanır. Koçaryanın da “pəncərəsi”ndən dünya yox, yalnız Qırmızı meydan görünür. Sonuncu Putin -Paşinyan görüşməsində Qarabağın adının Rusiya prezidenti tərəfindən səsləndirilməsi bir daha sübut edir ki, İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Kremlin strateji hədəfində Azərbaycana qarşı təxribat planları mövcuddur. Anti Paşinyan qüvvələrin hakimiyyətə gəlişi baş verərsə Azərbaycana qarşı hansı təxribatlar mümkündür? Belə bir çevriliş az ehtimal olsa da Rusiyanın müdaxiləsi ilə gözləniləndir. Əlbəttə, Ermənistan Azərbaycana qarşı müharibə elan etmək imkanından uzaqdır və daha çox daxili hesablaşmaların şahidi ola bilərik. Amma, KTMT-də dondurulmuş fəaliyyət gecikmədən bərpa olacaq və Rusiya ilə birgə hərbi təlimlərə başlanacaq. Həm daxildə, həm beynəlxalq müstəvidə Qarabağ mövzusunu daim gündəmdə saxlayıb həm hərbi, həm də beynəlxalq müstəvidə Azərbaycana təzyiq vasitəsi kimi istifadə edəcəklər.
Bu planlar məhz Koçaryan, Karapetyan və onlar kimi düşünən ermənilərin, arxalarında dayanan qüvvələrin xəyalı olaraq da qalacaq. Azərbaycan bu gün yalnız bölgədə deyil, dünyada baş verən proseslərə təsir etmək gücündə olan söz sahibidir. Azərbaycanın apardığı hərtərəfli düzgün siyasət nəticəsində ermənilərin güvənə bildiyi hətta qlobal güclərin dövlətimizlə hesablaşdığı və strateji əməkdaşlığa önəm verdikləri reallıqdır. Azərbaycan dövləti Koçaryanın fikirləşdiyi “pəncərəni” dəmir yumruqla əbədi bağlayıb. Amma, xisləti xəyanətdən yoğrulmuş və daim başqa güclər üçün alət rolu oynayan erməni kimi qonşudan arxayın olmaq zərərlidir.
28-04-2026, 11:57
Rusiyanın süqutunu qaçılmaz edən beş şərt

Xaqani Cəfərli yazır:

·
Rusiyanın süqutunu qaçılmaz

edən beş şərt


Rusiyanın süqutunu qaçılmaz edən çoxsaylı səbəblər olsa da, qənaətimcə əsas beş amil var. Rus xalqının tarixdə qurduğu digər iki imperiya, Rusiya İmperiyası və Sovet İttifaqı kimi Rusiya Federasiyası da militarist dövlətdir. Militarist dövlətlərin taleyini müəyyən edən ən əsas amil ordunun vəziyyəti və cəmiyyətdə orduya münasibətdir. Birinci dünya müharibəsində rus ordusunun fəlakətli itgiləri imperiyanın dağılmasını şərtləndirən əsas amil idi. Əfqanistanda uzun və yorucu müharibənin nəticəsiz bitməsi dərin iqtisadi böhran keçirən Sovet İttifaqının çöküşünü tətiklədi.
Ukraynaya qarşı cinayətkar müharibədə Rusiya ordusu çox ağır itgilər verərək sağalmaz yara alıb. Mediazona internet resursunun aprelin 24-nə olan məlumatına görə, BBC və könüllülər qrupu ilə birlikdə Ukraynaya qarşı cinayətkar müharibədə həlak olanlardan 213 858 nəfərinin adbaad kimliyini müəəyyən edə bilib. Açıq mənbələr üzərindən tərtib edilmiş siyahıda təbii ki, Rusiyanın Ukraynada itirdiyi əsgərlərin hamsıının adı yoxdur. Rusiya itgilərini gizli saxlayır və əsgər ölümləri barədə ictimaiyyətə məlumat verilmir. Buna görə də Mediazona qeyd edir ki, kimlikləri aşkara çıxarılanlar həlak olmuş hərbiçilərin təxminən yarısını təşkil edir. Mediazonanın bu məlumatı Ukraynaya qarşı cinayətkar müharibədə həlak olan Rusiya hərbiçilərinin sayının 415 mindən artıq olması haqqında Qərb kəşfiyyatının hesabatlarının gerçəklikləri əks etdirdiyini göstərir. Fəlakətli dərəcədə böyük itgi Rusiya ordusunun döyüş qabliyyətini itirməsinə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi və digər rəsmi qurumlar itgilər barəsində məlumat verməsələr də, internet əsrində hər şeyi sona kimi gizlətmək mümkün deyil. Rusiya cəmiyyəti də fəlakətli itgilərin miqyası barədə məlumatlandıqca cəmiyyətdə ordu ilə bağlı ruh düşkünlüyü dərinləşir. Bütün bunlara görə də rusiyalı ekspertlərin özləri belə Rusiyanın indiki vəziyyətini çar Rusiyasının 1916-cı ilin qışındakı vəziyyətinə bənzədiyini bildirirlər. Ordu müharibədə qalib gəlmək qüdrətində deyil və bu cəmiyyətə bəllidir.
Rusiyanın süqutunu qaçılmaz edən ikinci amil Putinə inamın itməsidir. İmperator II Nikolaya inamın itməsi çarı elitanın dəstəyindən məhrum elədi və bu monarxiyanın devrilməsi ilə nəticələndi. Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qarbaçova qarşı etimadın itməsi “QKÇP qiyamı”nı (Dövlət Fövqəladə Vəziyyət Komitəsi) doğurdu. Bu isə hakimiyyət böhranı yaratdı və SSRİ dağıldı. Rusiya İmperiyasının və Sovet İttifaqının çöküşünün oxşar tərəfi ondan ibarətdir ki, hakimiyyət böhranı dövlətin çökməsini tətikləyir. İndi də Rusiya elitasında Putinə inam itib və bu hal hakimiyyət böhranını qaçılmaz edir. Hakimiyyət böhranı yaranan kimi Rusiya çökməyə başlayacaq. Onu da qeyd etmək yerinə düşər ki, Rusiyada mövcud olan avtoritar rejim mütləqiyyət rejimlərinin içərisində ən zəifidir. Monarxiya varlığını ilahi iradə, totlaitar rejim isə cəlbedici ideologiya ilə əsaslandırdığı üçün cəmiyyətin nəzərində bir şəxsin ətrafında formalaşmış avtoritar hakimiyyətdən daha çox ligitimliyə malikdir. Monarxiya və totalitar rejimlərdə böhranlı vəziyyətdə hakimiyyətin ligitim yolla ötürülməsi mexanizmi mövcud olsa da, avtoritar rejimdə belə mexanizm mövcud deyil.
Alman politoloqu, “Avtoritar İdarəetmənin İki Məntiqi” (The Two Logics of Autocratic Rule) əsərinin müəllifi Yohannes Gerşevski (Johannes Gerschewski) “Davamlılığın Üç Sütunu: Avtoritar Rejimlərdə Legitimlik, Repressiya və Kooptasiya" ((The Three Pillars of Stability: Legitimation, Repression, and Co-optation in Autocratic Regimes) əsərində qeyd etdiyi kimi rejimin mövcudluğu üçün ligitimlik həyati önəmə malikdir. Represiya şoddətlənsə də, kooptasiya, yəni resursların və imtiyazların bölüşdürülməsi yolu ilə elitaları sistemə inteqrasiya etmək qeyri-mümkündür.
Putinin müharibə cinayətkarı kimi mühakimə olunmasını bəyan etdikdən sonra psixiatrik xəstəxanaya salınan Z-bloqçu İlya Remeslo xəstəxanadan çıxdıqdan sonra yenə Putini hədəf alaraq onu ölkədəki bütün problemlərin tək səbəbi adlandırıb. Uzun illər rejimin təbliğatçılarından olmuş Remeslonun çıxışları təsdiq edir ki, Putinin avtoritar rejimi ligitimliyini itirib və mövcudluğunu uzun müddət davam etdirə bilməz.
Rusiyanın çöküşünü qaçılmaz edən üçüncü şərt iqtisadiyyatın çöküşüdür. Qərbin tətbiq etdiyi sanksiyaların nəticəsində Rusiya qlobal iqtisadiyyatdan önəmli şəkildə təcrid olunub. Sovet İttifaqının dağılmasından sonra sürətlə qlobal iqtisadiyyata intiqrasiya olunan Rusiya indiki təcrid vəziyyətində uzun müddət yaşaya bilməz. Nəhayət ki, sanksiyalar öz bəhrəsini verməyə başlayıb və Rusiya iqtisadiyyatı çökür. Bu çox geniş mövzu olsa da, oxucuları yormadan iki statistik məlumatla Rusiya iqtisadiyyatında vəziyyətin nə yerdə olduğunu göstərməyə çalışacağam.
Rusiyanın ən varlı subyektlərindən olan Leninqrad vilayətinin büdcəsində Ukraynaya qarşı müharibə iştirakçılarına ödənişlər etmək üçün 8.5 milyard rubl çatışmır. Digər bir məlumat isə ondan ibarətdir ki, maliyyə naziri Anton Siluanovun xəbərdarlıq etdiyi kimi əyalətlərin büdcə kəsirləri dəhşətli miqyas almağa başlayaraq 2 trilyon rubla çatıb. Aydın görünür ki, Rusiya büdcə kəsirləri dövlətin öz öhdəliklərini yerinə yetirməsinə imkan vermir.
Dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi isə Rusiyanın çöküşünü qaçılmaz edən dördüncü şərti doğurur. Bu idarəçiliyin pozulması və mərkəzdənqaçmadır. Dövlət öz öhdəliklərini yerinə yetirə bilmədiyi zaman əyalətlər özlərini xilas etmək üçün müstəqil davranmağa başlayırlar. Sovet İttifaqının son bir ilində baş verən hadisələr bunun bariz nümunəsidir.
Rusiyanın çöküşünü qaçılmaz edən beşinci şərt əlverişsiz beynəlxalq münasibətlərdir. Rusiyanın beynəlxalq müansibətdlərdən təcridi onun süqutunu qaçılmaz edən şərtlərin bəlkə də birincisidir. Rusiya son 300 ildə beynəlxalq münasibətlərin müəyyənedici dövlətlərindən biri və bəzən də birincisi olub. İndi isə, keçmiş əyalətlər belə Rusiya ilə adi məsləhətləşmələr aparmağa ehtiyac görmədən qlobal layihələrə imza atırlar. Beynəlxalq münasibətlərdən təcrid olunmağın nəticəsidir ki, Rusiya Suriyadakı ənənəvi təsir dairəsini qoruya bilmədiyi kimi, Nikolas Maduro və Seyyid Əli Xameneini ABŞ-dan qorumaqda aciz qaldı.
Kanadanın ingilisdilli National Post qəzetinin redaktoru və Atlantic Council-un baş elmi işçisi xanım Dayan Fransisin son məqalələrinin birində qeyd etdiyi kimi Rusiya artıq ölüm zonasındadır və imperiyanın süqutu qaçılmazdır.
21 may Azərbaycanda Şimal torpaqları (Dərbənd) günüdür. Ümid edirəm ki, bu mənhus tarixi sonuncu dəfə anacağıq. Rusiya imperiyası dağılacaq və Dərbənd başda olmaqla Şimal torpaqlarımız azadlığına qovuşaraq Azərbaycanla bütövləşəcək. Dərbənd Azərbaycanın iki müqəddəs şəhərindən biri, Azərbaycan xalqının vahid toplum kimi formalaşmasının və dövlətçiliyinin beşiyidir.
Dərbənd Azərbaycandır!
28-04-2026, 11:25
Azərbaycan və Ukrayna münasibətləri yeni mərhələdə


Azərbaycan və Ukrayna

münasibətləri yeni mərhələdə


Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, ölkə liderləri arasında görüşlər artıq müntəzəm xarakter alıb və son dörd il ərzində bu, yeddinci görüşdür. Görüşlərin əksəriyyəti beynəlxalq tədbirlər çərçivəsində keçirilsə də, ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyev xatırladıb ki, Volodimir Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və həmin dövrdən etibarən liderlər arasında şəxsi münasibətlər formalaşıb. O, həmçinin 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri qeyd edərək, həmin təmasların Azərbaycan-Ukrayna əlaqələrinin daha yüksək səviyyəyə qalxmasına təkan verdiyini vurğulayıb.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın möhkəm siyasi təmələ söykəndiyini diqqətə çatdırıb. Bildirilib ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri qarşılıqlı şəkildə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərini təsbit edir. Azərbaycan və Ukrayna beynəlxalq platformalarda bu prinsiplərə qarşılıqlı dəstəyini davam etdirir.
İlham Əliyev qeyd edib ki, ötən il Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası keçirilib. Tərəflər bu tədbirlərin növbəti mərhələsinin Ukraynada təşkil olunması imkanlarını da müzakirə ediblər. Onun sözlərinə görə, hazırda iki ölkə bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir və bu əməkdaşlıq bugünkü görüşdə bir daha təsdiqlənib.
Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Prezident bildirib ki, SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərir. Bununla yanaşı, yeni birgə layihələr, sərmayə qoyuluşları və təşəbbüslər üzrə geniş perspektivlərin mövcud olduğu qeyd olunub. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları ötüdüyünü deyən dövlət başçısı, yaxın illərdə bu göstəricinin daha da artacağına ümidvar olduğunu bildirib.
Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. İlham Əliyev qeyd edib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal üçün geniş imkanlar mövcuddur.
Prezident İlham Əliyev vurğulayıb ki, dövlət başçıları səviyyəsində intensiv təmaslar, o cümlədən sonuncu görüşün iki ay əvvəl Münxendə keçirilməsi münasibətlərin dinamik inkişafının göstəricisidir. O, qarşılıqlı hörmət və maraqlar əsasında qurulan əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev sonda bildirib ki, Ukrayna Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Şahin Tağıyev
Novxanı bələdiyyəsinin sədri
28-04-2026, 09:32
Gəmilərə xəbərdarlıq edilib


Gəmilərə xəbərdarlıq edilib

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
DDLA-dan verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək. "Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur.
Dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.
28-04-2026, 09:27
23 uşaq qaçırılıb

23 uşaq qaçırılıb

Silahlı şəxslər mərkəzi Nigeriyanın cənubunda Kogi ştatındakı “Dahallukitab School Group” uşaq evindən 23 uşağı qaçırıblar.
Təxminən 15 uşaq xilas edilib, səkkiz uşaq isə itkin düşmüş hesab olunur. Bu barədə hakimiyyət orqanları bazar ertəsi bildirib.
Nigeriyada müntəzəm olaraq kütləvi oğurluqlar baş verir. Bu hadisələr adətən fidyə tələb edən və təhlükəsiz olmayan kənd yerlərində həssas qrupları hədəf alan cinayətkar dəstələr tərəfindən törədilir.
Kogi ştatının informasiya komissarı Kingsli Fanvonun sözlərinə görə, uşaq evi direktorunun həyat yoldaşı da qaçırılıb.
“Qalan səkkiz qurbanın azad edilməsi və cinayətkarların tutulması üçün intensiv əməliyyatlar aparılır.”
28-04-2026, 09:24
“Brent” neft bahalaşmaqda davam edir


“Brent” neft bahalaşmaqda davam edir

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 0,95% artaraq 1 barelə görə 102,66 ABŞ dolları təşkil edib. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 1,11% artaraq 97,44 ABŞ dollarına bərabər olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!