Ordumuz hazırdır, barmaqlar tətikdədir - İran XİN .....                        “Qarabağ”-“Liverpul” matçında ikinci qol vuruldu .....                        Qara dəniz sahilində mina tapıldı .....                        FED faiz qərarını AÇIQLADI .....                        Həmyerlilərimiz “Qarabağ” üçün bir araya gəldilər - FOTO .....                        Avropadan Ermənistana 20 milyonluq hərbi yardım .....                        Marneulidə faciə - iki azərbaycanlı həlak oldu .....                        DİM bunun üçün 230 min xərcləyəcək .....                        İrandakı rejimin sayılı günləri qalıb - Kansler .....                       
Tarix : 2-03-2017, 18:23
Suriya ordusu Palmiraya girdi

Suriya ordusu İŞİD terrorçularının əlində olan qədim Palmira şəhərinə girib.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Palmira UNESCO-nun dünya miras siyahısına əlavə edilib və 2016-cı ilin sonlarında İŞİD terrorçularının əlinə keçmişdi.

Verilən məlumata əsasən, Suriya ordusu və onu dəstəkləyən qrupların başladığı hücum səbəbindən şəhərdə toqquşmalar baş verib və atəş səsləri gəlir.

Şəhərin qərb hissəsində bir ərazi də Suriya ordusunun nəzarəti altına keçib. Suriya hökumət qüvvələrini dəstəkləyən Livanın "Hizbullah" qruplaşmasının mətbuat xidməti bildirib ki, ordu qədim Roma dövründən qalmış dağıntıların yaxınlığındakı təpədəki qala artıq ələ keçirilib.
Rəsmi "Sana" xəbər agentliyi isə "Palmira üçbucağı" olaraq tanınan strateji bölgənin də təmizləndiyini bildirib.

Qeyd edək ki, İŞİD terrorçuları 2015-ci ildə Palmiranı işğal etsə də, 10 ay sonra Rusiyanın dəstəyi ilə Suriya ordusu şəhəri geri almışdı. Amma 2016-cı ilin sonlarında Palmira yenidən terrorçuların nəzarəti altına keçmişdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!