Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
9-08-2022, 20:54
Bayden NATO-nun gözlədiyi qərarı verəcək


Bayden NATO-nun gözlədiyi qərarı verəcək

ABŞ Prezidenti Co Bayden bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmasını təsdiq edən sənədləri imzalayacaq. Bu barədə Ağ Ev məlumat yayıb. Keçən həftə ABŞ Senatı səs çoxluğu ilə dövlətlərin NATO-ya üzv olmasına razılıq verib. Həm Demokrat, həm də Respublikaçı senatorlar iki şimali Avropa ölkəsinin üzvlüyünü qətiyyətlə təsdiqləyib. NATO-nun 30 müttəfiqi ötən ay İsveç və Finlandiyanın üzvlük protokolunu imzalayıb və bütün üzv dövlətlər qərarı ratifikasiya etdikdən sonra iki ölkə təşkilata tam üzv ola biləcək.
9-08-2022, 20:43
Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi


Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi

Rusiya və Ukrayna beşinci dəfə ölən hərbçilərin cəsədlərini mübadilə ediblər. Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Rusiya tərəfi mübadilə barədə məlumat verməyib. Qeyd olunur ki, Ukrayna tərəfi həlak olan hərbçilərdən 17-nin cəsədini qaytarmağa nail olub. Ukraynanın Rusiyaya nə qədər cəsəd verdiyi barədə məlumat verilmir. Bundan əvvəlki mübadilə iyulun 19-da, digər mübadilələr isə 4, 14 və 28 iyunda baş tutub.

9-08-2022, 20:29
Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama


Rusiyadan Krımdakı partlayışla bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyi ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsindəki hərbi aerodromda baş verən partlayışla bağlı açıqlama yayıb. Butov.az xəbər verir ki, nazirlik Saki aerodromunda saxlanma anbarında bir neçə aviasiya sursatında detonasiya baş verdiyini bildirib. Qeyd olunub ki, partlayış nəticəsində heç kəs xəsarət almayıb. Nazirlik hazırda yanğının söndürülməsinə cəhd edildiyini açıqlayıb.
9-08-2022, 20:19
Krımda hərbi aerodromda partlayış


Krımda hərbi aerodromda partlayış

Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda partlayış olub. Məlumatı UNIAN agentliyi yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarələri oradakı aviabazadan Xerson, Nikolayev və Zaporojye vilayətlərini bombalayıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib.
9-08-2022, 20:00
Zelenski Putinə görə bunu etməyə razıdır


Zelenski Putinə görə bunu etməyə razıdır

Ukrayna Prezidenti Volodimir Zelenski G20 ölkələrinin İndoneziyada keçiriləcək payız sammitinə gedə bilər. Bu barədə BBC-yə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, əslində, Zelenski sammitə onlayn qoşulmaq niyyətindədir. "Ancaq Rusiya Prezidenti Vladimir Putin iclasa gələrsə, Ukrayna nümayəndə heyəti birbaşa sammitdə iştirak imkanlarını nəzərdən keçirməli olacaq", - deyə Podolyak vurğulayıb.
8-08-2022, 22:00
İranda bir gündə minlərlə yoluxma olub


İranda bir gündə minlərlə yoluxma olub

İranda ötən sutka ərzində 3379 nəfər koronavirusa yoluxub, 54 nəfər dünyasını dəyişib. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib. İranda virusdan ölənlərin sayı 142 515 nəfərə çatıb, yoluxanların sayı 7,44 milyondan çoxdur. Virus daşıyıcılarından 1493 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə indiyədək 7,1 milyonda çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib. Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.
8-08-2022, 21:44
Meymunçiçəyi bu ölkəyə də çatdı


Meymunçiçəyi bu ölkəyə də çatdı

Moldovada meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb. Butov.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Qeyd edək ki, Avropada 30-dan çox ölkədə 15 minə yaxın şəxs meymunçiçəyinə yoluxub.
8-08-2022, 21:41
ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı


ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb. Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:
- HIMARS raket sistemləri üçün sursatlar
- 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi
- "Javelin" tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket
- 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi
- NASAMS zenit-raket kompleksləri üçün sursatlar
- 50 ədəd tibbi zirehli maşın
- Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular
- Tibbi avadanlıqlar və s.
8-08-2022, 21:38
Putin BMT-yə getməyəcək, yerinə Lavrovu göndərir


Putin BMT-yə getməyəcək, yerinə Lavrovu göndərir

Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasında iştirak etməyəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin BMT-də çıxış etməyi planlaşdırmır.
Qeyd edək ki, BMT Baş Assambleyası bu ilin sentyabr ayında Nyu-Yorkda keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında (BA) Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
8-08-2022, 21:33
Yaşayış binasını tankla vuran rus əsgər həbs edildi


Yaşayış binasını tankla vuran rus əsgər həbs edildi

Ukrayna məhkəməsi Rusiya ordusunun hərbi qulluqçusunu 10 il azadlıqdan məhrum edib. Bu barədə Ukraynanın daxili işlər nazirinin köməkçisi Anton Qeraşenko məlumat verib. Rusiyalı hərbçi Ukraynada çoxmərtəbəli yaşayış binasını tankla atəşə tutaraq müharibə qanunlarını pozmaqda təqsirli bilinib. Çerniqovun şimal-şərqindəki məhkəmə döyüş zamanı əsir düşən Mixail Kulikov Rusiyanın Ukraynaya müdaxiləsindən iki gün sonra, fevralın 26-da yaşayış binasını vurmaqda ittiham olunur. Ukrayna Baş Prokurorluğu bildirib ki, Kulikov məhkəmədə təqsirli olduğunu etiraf edib və əmrlərə əməl etdiyini bildirərək daha yüngül cəza istəyib. Çerniqov şəhərində vurulan yaşayış məhəlləsinin hərbi hədəf olmadığı və ya hərbi məqsədlər üçün istifadə olunmadığı bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!