Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
5-09-2022, 01:30
Rusiyaya qarşı 8-ci sanksiyalar paketi hazırlanır


Rusiyaya qarşı 8-ci sanksiyalar paketi hazırlanır

Ukrayna Prezident Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Telefon danışığı zamanı Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi müzakirə edilib. "Biz Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla səkkizinci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik”, - Zelenski deyib. Bundan əlavə, müzakirə zamanı Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması məsələsinə də toxunulub.
5-09-2022, 01:20
Paşinyan Rusiyaya gedir


Paşinyan Rusiyaya gedir

Sentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclası keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İclada Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, digər dövlət və hökumət başçıları iştirak edəcək. Gün ərzində Vladimir Putinin konfransa dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri də nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Məlumata görə, telekonfrans vasitəsilə Myanma, Monqolustan, Çin, Hindistan və Malayziya liderləri də sessiyada iştirak edəcək.
5-09-2022, 00:51
İsrail Türkiyə ilə razılaşmanı təsdiqlədi


İsrail Türkiyə ilə razılaşmanı təsdiqlədi

İsrailin Nazirlər Kabineti aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. Bu barədə İsrailin Baş naziri Yair Lapid twitter səhifəsində məlumat paylaşıb. “Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, - deyə Baş nazir vurğulayıb.
5-09-2022, 00:48
Qonşu ölkənin meşələri yanır


Qonşu ölkənin meşələri yanır

Gürcüstanda bir neçə yerdə eyni anda meşə yanğınları başlayıb. Butov.az xəbər verir ki, qonşu ölkənin Tetricğaro, Kvareli, Mestia və Çoxatauri bələdiyyələrinin ərazisindəki meşə sahələrində yanğın baş verib. Fövqəladə Hallar İdarəsi hadisə yerinə yanğınsöndürmə qruplarının səfərbər olduğunu bildirib. Bundan əlavə, Çoxatauri bələdiyyəsinin Zemo Xeti ərazisində, Mestia bələdiyyəsinin Latali, Kvareli bələdiyyəsinin Şilda, Tetricğaronun isə Asureti kəndində yanğın ocaqlarının söndürüldüyü deyilir. Fövqəladə Hallar İdarəsi digər ərazilərdə yanğının lokallaşdırılması işlərinin davam etdirildiyini qeyd edib.
5-09-2022, 00:40
Çeçen döyüşçülər Donetskdə hücuma keçdi


Çeçen döyüşçülər Donetskdə hücuma keçdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Donetsk ərazisində hücuma başlandığını elan edib. Bu barədə Kadırov Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum "Axmat" xüsusi təyinatlıları və digər korpuslar tərəfindən təşkil edilib. Qeyd olunub ki, qırıcılar Soledar, Yakovlevka və Seversk istiqamətində aktiv şəkildə hərəkətə keçib.
5-09-2022, 00:37
Rusiyanın Çindəki səfiri istefa verdi


Rusiyanın Çindəki səfiri istefa verdi

Rusiyanın Çindəki səfiri Andrey Denisov istefa verib. Butov.az xəbər verir ki, diplomat tezliklə vəzifəsini tərk etmək qərarına gəlib. “Bəli, həqiqətən də, Çin Xarici İşlər Nazirliyinin və digər ölkələrin Pekindəki diplomatik nümayəndəliklərinin artıq bildirdiyi kimi, vəzifəmi yaxın vaxtlarda tərk edirəm”, - rusiyalı diplomat açıqlamasında deyib.
4-09-2022, 23:29
ABŞ səfiri Rusiyanı tərk etdi


ABŞ səfiri Rusiyanı tərk etdi

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bu gün diplomatik missiyasını başa vuraraq Moskvanı tərk edib. Bu barədə səfirlik rəsmi məlumat yayıb. Sallivanın səlahiyyətlərini müvəqqəti olaraq müavini Elizabet Rud icra edəcək. Qeyd edək ki, Con Sallivan 2019-cu ilin dekabr ayında ABŞ-ın Rusiyadakı səfiri təyin edilmişdi.
4-09-2022, 16:28
Qazaxıstanda fövqəladə vəziyyət elan olundu


Qazaxıstanda fövqəladə vəziyyət elan olundu

Qazaxıstanın şimalındakı Kostanay vilayətinin hakimiyyət orqanları meşə yanğınları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib. Bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb. Səlahiyyətlilərin məlumatına görə, bölgədən 1800 nəfər təxliyə edilib. "Məktəblərdə 200-ə yaxın insan yaşayır. Bir çoxları təhlükəsiz olduqlarından əmin olaraq evlərinə qayıdıblar, qalanları qohumlarının yanına gedib. 108 binaya ziyan dəyib, onlardan 98-i tamamilə yanıb”, - mətbuat xidmətindən bildirilib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, on nəfər xəsarət alıb. Yanğının əhatə etdiyi ərazi 43 min hektardan çoxdur.
4-09-2022, 16:21
Fələstində İsrail casusları edam edildi


Fələstində İsrail casusları edam edildi

Qəzzada beş nəfər edam edilib, onlardan ikisi İsrailə casusluqda, üçü isə cinayətdə günahkar bilinib. Butov.az xəbər verir ki, Fələstin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bir məhbusun 2001-ci ildə İsrail kəşfiyyatına informasiya ötürməsi və bunun nəticəsində bir çox fələstinlinin ölümünə səbəb olması faktı təsdiqlənib. Digər şəxsin də İsrail kəşfiyyatına çalışdığı, 1991-ci ildə İsrailə məlumat ötürdüyü, nəticədə bir fələstinlinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olduğu qeyd edilib. Fələstin qanunlarına əsasən, 2 casusun və cinayət törətdiyi təsdiqlənmiş digər 3 nəfərin edam edilməsinə qərar verilib.
4-09-2022, 16:20
Helikopter binaların üzərinə düşdü - Ekipaj öldü


Helikopter binaların üzərinə düşdü - Ekipaj öldü

Suriyanın Həma şəhərində hərbi helikopter qəzaya uğrayaraq, yaşayış binalarının üzərinə düşüb. Butov.az xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi helikopterin ekipajının həlak olduğunu açıqlayıb, lakin binaların sakinləri arasında itkilər barədə məlumat verilməyib. Helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!