Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
4-09-2022, 16:17
Conson hakimiyyətdə qalmaq istəyir


Conson hakimiyyətdə qalmaq istəyir

Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Conson hakimiyyətə geri qayıtmağa cəhd edə bilər. Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, Consonun siyasi ambisiyaları göz qabağındadır: "Consonun dostları və həmkarları əmindirlər ki, o, Böyük Britaniya baş nazirinin rəsmi iqamətgahı olan “Downing Street, 10” ünvanına qayıtmaq şansını əldən verməyəcək". Qeyd edək ki, bir neçə ay əvvəl Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı Boris Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırıb. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib. İyulun 7-də Conson vəzifəsindən getmək qərarına gəlib.
4-09-2022, 15:52
Gürcüstan Qara dənizdə süni yarımadalar yaradır


Gürcüstan Qara dənizdə süni yarımadalar yaradır

Gürcüstanın Batumi şəhərində, Qara dənizdə iki süni yarımada yaradılacaq. Bu gün sözügedən layihənin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimdə çıxış edən qonşu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib ki, layihənin həyata keçirilməsi üçün ən azı 100 milyon dollar xərclənəcək və 2000-dək sakin işlə təmin ediləcək: “Bu gün biz regionumuzda həqiqətən də unikal, dünya standartlarına uyğun layihənin həyata keçirilməsinə başlayırıq. Layihə iki süni yarımadadan ibarətdir. Həmçinin bir ada yaradılacaq ki, bu da özlüyündə əyləncə, sağlamlıq, idman, təhsil kommersiya, yaşayış və turizm sahələrini birləşdirəcək. Bölgədəki ən böyük investisiya layihəsi olan bu layihə bölgənin inkişafına, Batuminin onsuz da mövcud olan güclü beynəlxalq nüfuzuna və Acarıstanın iqtisadi tərəqqisinə zəmin yaradacaq. Mən layihənin təşəbbüskarını və investorumuzu, Ambassador Groupun rəhbəri cənab Keburiyanı və ailəsini salamlamaq və öz təşəkkürümü bildirmək istəyirəm. Bu şirkət artıq on milyonlarla dollar dəyərində sərmayələr qoyub. Əminliklə deyə bilərik ki, onlar Gürcüstanın müxtəlif regionlarında, o cümlədən Tbilisi, Kaxeti, Acarıstanda həqiqətən unikal layihələr həyata keçiriblər", - deyə baş nazir Qaribaşvili bildirib.
4-09-2022, 15:47
Yanğın qardaş ölkəni iflic etdi


Yanğın qardaş ölkəni iflic etdi

Qazaxıstanın şimalında yanğınlar səbəbindən 6 sərnişin və 11 yük qatarı gecikib. Nəqliyyat vasitələri vaxtında mənzil başına çata bilməyiblər. Butov.az xəbər verir ki, yanğınlar nəticəsində 10-a yaxın insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətiinin ağır olduğu bildirilir. Ümumilikdə yanğınlar 108 binaya ziyan vurub. Son məlumata görə, yanğın sahəsi 9400 hektarı əhatə edir.
4-09-2022, 15:46
Türkiyə Pakistana 11 təyyarə yardım göndərib


Türkiyə Pakistana 11 təyyarə yardım göndərib

Türkiyədən göndərilən humanitar yardımı daşıyan 11-ci təyyarə seldən zərər çəkən Pakistana çatıb. Butov.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə humanitar yardımların daşqından zərər çəkən Pakistana çatdırılması istiqamətində işlər davam etdirilir. Artıq 11-ci yardım təyyarəsi Pakistana çatıb. Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265-ə yüksəlib. Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, ölkədə son 24 saatda 57 nəfər ölüb. Sel və daşqınlar 33,4 milyon sakinə ziyan vurub. Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında qaldığı bildirilir.
4-09-2022, 15:41
Putin G-20 sammitinə getməyəcək?


Putin G-20 sammitinə getməyəcək?

"Prezident Putinin G20 sammitində iştirakı ilə bağlı qərar qəbul edilərkən “təhlükəsizlik faktoru da daxil olmaqla bütün amillər” nəzərə alınacaq". Bunu Kremlin mətbuat katibi Dimitri Peskov deyib. Kremlin sözçüsü bildirib ki, bu istiqamətdə qarşı tərəfdən onları qane edəcək bildiriş gəlməyib.
4-09-2022, 15:33
Xarkova yenidən raket zərbəsi endirildi


Xarkova yenidən raket zərbəsi endirildi

Rusiya ordusu gecə saatlarında Xarkova raket zərbəsi endirib. Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib. Onun sözlərinə görə, Xarkov şəhərinin Kiyevski rayonuna iki raket zərbəsi endirilib. Zərbə nəticəsində restoranın binasında genişmiqyaslı yanğın başlayıb. Raket hücumu zamanı bir nəfərin öldüyü məlum olub.
4-09-2022, 15:31
Consonun yerinə keçmək istəyən nazir nüfuzunu itirdi


Consonun yerinə keçmək istəyən nazir nüfuzunu itirdi

Böyük Britaniyanın xarici işlər naziri, baş nazir postuna namizəd Liz Trass Mühafizəkarlar Partiyasının tərəfdarlarının etimadını kəskin şəkildə itirib. Bu barədə “The Guardian” nəşri yazıb. Bildirilib ki, xanım siyasətçinin reytinqi aşağı düşüb. Qeyd edək ki, sentyabrın 2-də Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sədri postuna seçkilər başa çatıb. Seçkilərin nəticələri sentyabrın 5-də açıqlanacaq. Yeni sədr həm də ölkənin Baş naziri olacaq. Seçkilərdə ölkənin xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak iştirak edib.
4-09-2022, 15:29
İsveçin baş naziri: Ağır böhran qapıdadır


İsveçin baş naziri: Ağır böhran qapıdadır

"Avropada artan enerji problemləri fonunda İsveç ağır maliyyə böhranı ilə üzləşə bilər. Artıq risk qapıdadır". Bunu Krallığın Baş naziri Maqdalena Anderson jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. Onun sözlərinə görə, əgər İsveç hökuməti fəaliyyətsizliyini davam etdirsə, onda ölkə qısa müddət ərzində son bir neçə ilin ən güclü maliyyə böhranı ilə üzləşə bilər. “Ən pis halda, biz maliyyə böhranına düşə bilərik”, – Baş nazir deyib.
4-09-2022, 15:27
Rusiya Ukraynada ikinci cəbhə açır


Rusiya Ukraynada ikinci cəbhə açır

"Belarusda hərbi texnika karvanının Ukrayna sərhədinə toplanması işğal təhlükəsi kimi qiymətləndirilməlidir". Butov.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Oleq Jdanov səsləndirib. “Bizim kəşfiyyat bildirir ki, onlar sərhədin yaxınlığına tanklar, zirehli maşınlar, artilleriya və HHM sistemləri yığırlar. Çox güman ki, Belarus istiqamətindən Rusiya ordusu hərbi provokasiya edə bilər. Belarus ordusunun bu müharibəyə girmək istəyinə inanmıram, amma belarusların bu məsələyə “daxil olduğunu” da istisna edə bilmərik”, - Jdanov deyib. Ekspert bildirib ki, Rusiyaya ikinci cəbhə çox lazımdır: “Onlar Donetsk vilayətini götürə bilərlər, buna görə də hərbi provokasiyaya çalışırlar”. Jdanov Belarus istiqamətindən tammiqyaslı hücum olmayacağını düşünür: “Bir eşelon – bir batalyon, uzağı artilleriya və tanklarla gücləndirilmiş bir batalyon-taktiki qrup deməkdir. Bu güc hücuma qadir deyil, onlar yalnız döyüş kəşfiyyatı və silahlı provokasiya apara bilərlər”. Qeyd edək ki, bundan öncə Belarus istiqamətindən sərhəddə aktivlik müşahidə olunduğu, hərbi texnika, o cümlədən S-300, “Qrad” və digər sistemlər cəmləşdiyi bildirilib.
4-09-2022, 15:17
Çexiyada gərginlik: minlərlə insan etiraza qalxdı


Çexiyada gərginlik: minlərlə insan etiraza qalxdı

Çexiyada 20 minə yaxın insan hökumətə qarşı çıxıb. Butov.az xəbər verir ki, onlar Vatslav meydanına toplaşaraq etiraz ediblər. Aksiyada Çexiyanın mövcud siyasəti ilə razılaşmayan və siyasi kursun dəyişdirilməsini istəyən təşkilatların, siyasi partiyaların nümayəndələri və vətəndaşlar toplaşıb. Etirazçılar Avropa İttifaqı, NATO, Baş nazir Petar Fiala və Avropa üçün yaşıl iqtisadiyyat əleyhinə şüarlarla çıxış ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!