4-09-2022, 15:15
9 miqrant çayda boğulduMeksika ilə ABŞ arasındakı sərhədi keçmək istəyən 9 miqrant çayda boğulub.
Butov.az xəbər verir ki, ABŞ sərhədçiləri su basmış Rio-Qrandedə 6 meyit aşkarlayıblar. Öz növbəsində onların Meksikadan olan həmkarları daha üç meyit tapıblar.
4-09-2022, 15:12
Kaliforniyada meşə yanğınları 100-ə yaxın evi məhv edib
ABŞ-ın Kaliforniya bölgəsində baş verən meşə yanğınları 100-ə yaxın ev və digər tikililəri məhv edib. Bu barədə AP agentliyi yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb. Yanğın zamanı ən azı iki nəfər yaralanıb, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yanğın sentyabrın 2-də San-Fransiskodan 402 kilometr aralıda yerləşən, təxminən 2,6 min nəfər əhalisi olan Viid şəhərinin şimalında başlayıb.
4-09-2022, 15:05
İran müdafiəni gücləndirdi - İsrailin hücumu gözlənilirİran İsrail ilə gərginlik fonunda 51 şəhəri mülki müdafiə sistemləri ilə təchiz edib. Bu barədə İranın müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərahi bildirib. O qeyd edib ki, mümkün xarici hücumların qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin hazırlığı artırılıb. Nazir müavini, həmçinin deyib ki, mülki müdafiə avadanlığı risk növünə görə gecə-gündüz proqram təminatından istifadə etməklə təhdidləri müəyyən etmək və izləmək imkanı verəcək. Qeyd edək ki, Qərb və İran arasında nüvə sazişinin bərpası ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb. İsrail nüvə sazişinə qarşıdır və bu ölkənin ordusuna bütün ssenarilərə hazır olmaq tapşırılıb.
4-09-2022, 15:01
Çexiyada Ukraynaya qarşı genişmiqyaslı mitinq keçirildiÇexiyanın paytaxtı Praqa şəhərinin mərkəzində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib.
Butov.az yerli mətbuata istinadən xəbər verir ki, mitinqdə 70 minə yaxın insan iştirak edib. Etirazçıların tələbləri arasında Ukraynaya silah tədarükünün dayandırılması, Rusiyaya qarşı sanksiyaların ləğvi, qazın aşağı qiymətlərlə tədarükü üçün müqavilələrin bağlanması və digər məsələlər yer alıb. Baş nazir Petr Fiala nümayişə cavab olaraq Çexiyada Rusiyayönlü dezinformasiya kampaniyasının getdiyini və bəzi insanların buna məruz qaldığını bildirib.
3-09-2022, 22:36
İran, Rusiya və Çin ABŞ-a qarşı birləşir
ABŞ-ın geosiyasi rəqibləri aramla Vaşinqtona qarşı birləşirlər. Bu barədə "Bloomberg" agentliyi yazıb. Məqalədə bildirilir ki, söhbət İran, Çin və Rusiyadan gedir. Bu dövlətlər ABŞ-a qarşı mübarizə aparmaq üçün güclərini birləşdirir. Nəşr qeyd edir ki, Rusiya və Çin Ukraynada hərbi əməliyyatın başlamasından az əvvəl “məhdudiyyətlər olmadan” strateji tərəfdaşlıq elan ediblər. İran da Rusiya Prezidenti Vladimir Putinə hərbi yardım edir. Bundan əlavə, Pekin və Tehranın strateji əlaqələri güclənir. Agentliyin yaydığı məlumata görə, Vaşinqton hələ düşmən güclərin tamhüquqlu ittifaqı ilə üzləşməyib. Bununla belə, İran, Çin və Rusiya Federasiyası Birləşmiş Ştatlara qarşı eyni cəbhədə mübarizə aparır.
3-09-2022, 22:33
Pakistanda yağışdan ölənlərin sayı artdı
Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265 nəfərə çatıb. Bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ölkədə son sutkada daşqınlar nəticəsində 57 nəfər ölüb. Ümumilikdə 33,4 milyon insan zərər çəkib. Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında olduğu bildirilir.
3-09-2022, 22:31
Türkiyədə ağır qəza - 54 nəfər yaralandı
Türkiyənin Çanaqqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Butov.az yerli mətbuata istinadən xəbər verir ki, qəza zamanı turistləri daşıyan avtobus aşıb və su kanalına düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb. Qəza yerinə polis və xilasetmə qrupları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
3-09-2022, 22:23
NASA Ay missiyasını yenə təxirə saldı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Artemis 1" adlı Ay missiyasını yenidən təxirə salıb. Bu barədə təşkilatın saytında məlumat yayılıb. “Üçüncü nasazlıqların aradan qaldırılması cəhdindən sonra maye hidrogen sızması yenidən baş verdi. Komandalar növbəti addımları müzakirə edirlər”, - NASA-dan bildirilib. "Reuters" agentliyi qeyd edir ki, NASA komandaları buraxılış direktoruna planlaşdırılan buraxılışdan imtina etməyi tövsiyə edir. “The New York Times” qəzetinin yazdığına görə, texniki nasazlıq avqustun 29-da Ay missiyasının başlanmasına mane olub. Mühəndislər problemi həll etməli idi, NASA missiyaya bu gün, sentyabrın 3-də başlamağı planlaşdırırdı.
3-09-2022, 22:03
Lavrov iranlı həmkarı ilə telefon danışığı apardı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər cari ilin avqustun 31-də Moskvada keçirilmiş danışıqların yekunları üzrə razılaşmaların hazırlanmasında ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edib. XİN başçıları yüksək və yuxarı səviyyələrdə qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Bundan əlavə, nazirlər beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
3-09-2022, 21:55
"Bir gecə qəfil gələrik" - Ərdoğandan yunanlara xəbərdarlıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana xəbərdarlıq edib.
Butov.az xəbər verir ki, ölkə lideri bu barədə Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalında danışıb. “Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstana deyəcək bir cümləmiz var: İzmiri unutma! Adaları işğal etməyiniz bizi saxlamaz. Vaxtı gələndə lazım olanı edəcəyik. Bir gecə qəfil gələ bilərik”, - deyə Ərdoğan bildirib.