3-09-2022, 15:50
“Bayraktar” Rusiyanın 26 milyonluq texnikasını məhv etdi
Üç gün ərzində iki "Bayraktar" pilotsuz uçuş aparatı vasitəsilə Rusiyanın təxminən 26,5 milyon dollar dəyərində texnikası məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram"da yazıb. "Üç gün ərzində, yəni avqustun 31-dən sentyabrın 2-dək iki "Bayraktar" TB-2 PUA düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Məhv edilən texnikalara 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), "Acacia" özüyeriyən silahlar (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalar (0,3 milyon dollar) daxildir", - deyə o, bildirib.
3-09-2022, 14:51
Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürübRusiya ordusunun Ukraynaya silahlı təcavüzü nəticəsində 380 uşaq həlak olub, daha 737 uşaq isə yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, müharibə dövründə uşaqlar ən çox Donetsk vilayətində - 388, Xarkov vilayətində - 204, Kiyev vilayətində - 116, Çerniqov vilayətində - 68, Nikolayev vilayətində - 67, Luqansk vilayətində - 61, Xerson vilayətində - 55, Zaporojya vilayətində - 46 zərər çəkib. Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
3-09-2022, 14:36
ABŞ Lavrova viza vermədiRusiyanın xarici işlər naziri Sergey Lavrov və onun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-Yorka səfəri üçün ABŞ-dan 56 viza istənilib, lakin hələ də buna müsbət cavab verilməyib. Bu barədə Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bildirib. BMT-nin baş katibi Antonio Quterreşə məktub yazan səfir şikayətlərini dilə gətirib. O, ABŞ-ın Rusiya nümayəndə heyətinə viza verməkdən imtina etdiyini diqqətə çatdırıb. Diplomat ABŞ tərəfindən Rusiyanın müraciətinə cavab verilmədiyini, hansı səbəbdən imtina edildiyinə aydınlıq gətirilmədiyini qeyd edib.
3-09-2022, 14:30
Ərdoğan Consonla danışıqlar apardı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Liderlər iki dövlət arasındakı münasibətlər və regional məsələləri müzakirə edib. Ərdoğan Britaniya ilə əlaqələrin qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını qeyd edib.
3-09-2022, 14:27
Rusiyaya qarşı 46 mindən çox cinayət işi açılıb
Ukraynanın hüquq-mühafizə orqanları Rusiyanın genişmiqyaslı işğalı ilə əlaqədar 46 160 cinayət faktı qeydə alıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat paylaşılıb. Bildirilib ki, müharibə başlayandan indiyədək 31 506 təcavüz halı və hərbi cinayətlər müəyyən edilib. Bunlardan 30 315-i müharibə qanunlarının pozulması, 73-ü təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, yaxud buna icazə verilməsi, 30-u isə qanlı müharibənin təbliğatı ilə bağlı olub.
2-09-2022, 22:54
İrəvanda Paşinyanın istefası tələb
edildi
İrəvanda mecalif Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirib.
Butov.az xəbər verir ki, mitinq zamanı müxalifət hərəkatının liderlərindən biri, deputat İşxan Saqatelyan çıxış edib. O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədirlər, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır. Onlar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər.
2-09-2022, 22:48
ABŞ Kiyevə 11.7 milyard yardım ayıracaqBayden administrasiyası Konqresdən Ukraynaya yardım üçün 11,7 milyard dollar istəməyi planlaşdırır. Bu barədə Ağ Ev məlumat yayıb. Vəsaitin 2023-cü maliyyə ilinin birinci rübündə ayrılması istənilir. Pul hərbi və iqtisadi yardım üçün istifadə olunacaq. Açıqlamada qeyd olunur ki, Bayden ABŞ-ın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini açıq şəkildə bildirib.
2-09-2022, 22:35
Avropa Ukraynaya yeni yardım paketi hazırlayır
Avropa İttifaqı Ukraynaya 5 milyard avro dəyərində yeni yardım paketi hazırlayır. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Kredit paketi may ayında elan edilmiş 9 milyard avroluq paketin bir hissəsidir. Bildirilir ki, Macarıstan Ukraynaya yardımın əleyhinədir. Diplomatların sözlərinə görə, Avropa Komissiyası gələn həftəyə kimi kredit paketi təklif edəcək.
2-09-2022, 22:14
Ukrayna və Rusiya arasında
növbəti əsir mübadiləsiRusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. Bu barədə Hərbi əsirlər üzrə Koordinasiya Qərargahı məlumat yayıb. Məlumata görə, 14 ukraynalı hərbçi ölkəyə qaytarılıb. Rusiya tərəfi hələlik məlumatı şərh etməyib. Məlumata görə, azad edilən əsirlər arasında zabit və hərbi həkim də var.
2-09-2022, 21:38
Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü
Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq “müdafiə naziri” Cəlal Arutyunyana qarşı ittiham irəli sürüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, qondarma qurumun rəhbərinin “müşaviri” olan C.Arutyunyanın səlahiyyətləri dayandırılıb. O, vəzifə öhdəliklərinə səhlənkar yanaşmaqda ittiham olunur. Cəlal Arutyunyan 44 günlük müharibə zamanı 2020-ci il oktybarın 27-də ağır yaralanmışdı. Qeyd edək ki, ötən gün qondarma rejimin keçmiş "müdafiə naziri" Mikael Arzumayan isə ikinci Qarabağ müharibəsi dövründə vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı ilə həbs olunub.