Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
1-09-2022, 21:09
Avropa İttifaqının qərarı gülüncdür - Peskov


Avropa İttifaqının qərarı gülüncdür - Peskov

Avropa İttifaqının (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq qərarı digər absurd qərarları kimi gülünc səslənir. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Qərar ruslar üçün pisdir, çünki viza almaq daha uzun və çətin olacaq. Amma təbii ki, bu razılaşmanın geri çəkilməsi həm də avropalılar üçün vəziyyəti çətinləşdirəcək. Ona görə də bu, sadəcə digər absurd qərarlardan əlavə daha gülünc qərardır”, - Kreml sözçüsü Avropa İttifaqının viza ilə bağlı qərarını şərh edərkən deyib.
1-09-2022, 14:10
“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan


“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan

“Brüsseldə müzakirələr geniş keçdi, amma asan olmadı”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlamasında deyib. “Bizim məqsədimiz regionda sülhün olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
1-09-2022, 14:02
Paşinyan Brüsselə “ordu” aparıb - Sui-qəsd qorxusu


Paşinyan Brüsselə “ordu” aparıb - Sui-qəsd qorxusu

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın cangüdənlərinin sayı üç dəfə artırılıb. Bu barədə “Hparak” qəzeti məlumat yayıb. Bildirilir ki, əvvəllər Paşinyanı xarici səfərlərdə 3-4 nəfər təhlükəsizlik xidməti əməkdaşı müşayiət edirdisə, hazırda bu rəqəm üç dəfə artıb. “Maraqlandıq ki, belə böyük bir dəstəni Brüsselə aparmasının səbəbi nədir? O, öz həyatı təhlükəsi üçün qorxur. Hazırda ona qarşı xaricdə sui-qəsd təşkil oluna bilər. Həmçinin Paşinyan erməni icmasının Brüsseldə təşkil edəcəyi etiraz aksiyalarından ehtiyatlanır, müdafiənin gücləndirilməsinin məqsədi budur”, - “Hparak” yazıb. Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
1-09-2022, 13:57
Rusiyanın canlı qüvvə itkisi 48 mini ötüb


Rusiyanın canlı qüvvə itkisi 48 mini ötüb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın döyüş itkilərini açıqlayıb. Baş Qərargahın yaydığı məlumata görə, ötən sutka ərzində Ukraynada 450 rus hərbçisi məhv edilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 350-ə çatıb. Eyni zamanda Rusiyanın 1997 tankı, 4345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopteri, 196 qanadlı raketi sıradan çıxarılıb. Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
31-08-2022, 23:24
İspaniya Kiyevə döyüş sursatları göndərdi


İspaniya Kiyevə döyüş sursatları göndərdi

İspaniya hökuməti Ukraynaya iki təyyarə və altı yük maşınından ibarət hərbi yardım göndərib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Yardım paketinə ağır artilleriya üçün döyüş sursatları da daxildir. “Bu səhər (çərşənbə günü) Rota dəniz bazasından (Əndəlüs əyalətinin Kadiz vilayəti) Ukraynaya İspaniya silahları göndərilib", - deyə məlumatda bildirilir. İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Roblesin sözlərinə görə, tədarüklərin həcmi döyüş sursatı ilə birlikdə 75 uçuş təşkil edəcək.
31-08-2022, 23:16
İsveç Ukraynaya yeni hərbi yardım ayırdı


İsveç Ukraynaya yeni hərbi yardım ayırdı

İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib. O bildirib ki, yeni hərbi yardım paketinə artilleriya mərmiləri də daxildir. Reznikov İsveçin xarici işlər və müdafiə nazirlərinə təşəkkür edib. "Biz birlikdə Avropada sülh və təhlükəsizliyi bərpa edəcəyik", - nazir əlavə edib.
31-08-2022, 23:00
ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır


ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır

ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Yaxın günlərdə yeni təhlükəsizlik yardımı ilə bağlı açıqlamalar olacaq", - deyə ABŞ rəsmisi vurğulayıb. Lakin Kirbi yardımın həcmi və tərkibi barədə məlumat verməyib.
31-08-2022, 22:46
Avropa İttifaqı Rusiya ilə viza sazişini dayandırır


Avropa İttifaqı Rusiya ilə viza sazişini dayandırır

Avropa İttifaqı Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq qərarına gəlib. Bu barədə Macarıstan xarici işlər naziri Peter Sijarto "Facebook" səhifəsində paylaşım edib. O, həmçinin qeyd edib ki, ruslara vizaların verilməsinə qadağa qoyulması ilə bağlı Avropa İttifaqı ölkələri yekdil razılığa gələ bilməyib. Sijartonun sözlərinə görə, Macarıstan bu tədbirə qarşı çıxan dövlətlər sırasında yer alıb.
31-08-2022, 14:27
“Qazprom” Fransanı qazsız qoydu


“Qazprom” Fransanı qazsız qoydu

Rusiyanın "Qazprom" şirkəti Fransanın ən böyük təchizatçısı olan “Engie”yə qaz tədarükünü dayandırıb. Bu barədə "Qazprom" rəsmi açıqlama yayıb. Buna səbəb kimi şirkətin iyul ayı üzrə tədarük məbləğini tam ödəmədiyi əsas gətirilib. “Qazprom”dan bildirilib ki, avqustun 30-da iş gününün sonuna kimi “Engie”dən tələb olunan məbləğin hamısı alınmayıb. Sentyabrın 1-dən hesaba pul daxil olana qədər şirkət Fransaya qaz verməyəcək.
31-08-2022, 14:14
İraqın Baş naziri istefaya gedir


İraqın Baş naziri istefaya gedir

İraqın Baş naziri Mustafa Əl-Kazimi istefa verə bilər. Bu barədə o, özü mediaya açıqlamasında bildirib. Kazımi qeyd edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət davam edərsə, vəzifəsindən istefa verəcək. Baş nazir, həmçinin ölkədə baş verən iğtişaşlardan sonra kabinet iclaslarını növbəti xəbərdarlığa qədər dayandırıb. Qeyd edək ki, bir neçə gündür İraqda müxtəlif siyasi qruplar arasında qarşıdurma yaşanır. Polislə iğtişaşçılar arasında baş verən toqquşmalarda və siyasi qruplar arasındakı siyasi qarşıdurmada 20-dən artıq insan həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!