Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
31-08-2022, 14:06
Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır


Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır

Ukraynanın bərpası üçün 800 milyard dollara qədər vəsait lazım olacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Hər şeyi bərpa etmək üçün 600-800 milyard dollara ehtiyac var”, - deyə Zelenski qeyd edib. O, həmçinin təhsil, liman, nəqliyyat və yaşayış infrastrukturunun bərpasına diqqət yetirməyi təklif edib.
31-08-2022, 14:04
Tayvan Çin PUA-sına atəş açdı


Tayvan Çin PUA-sına atəş açdı

Tayvan ordusu Çinin pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb. Bu barədə “Focus Taiwan” məlumat yayıb. Bildirilib ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə, təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər. Cavab olaraq PUA-ya atəş açılıb. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
31-08-2022, 14:02
Ağ ev: İran Rusiyaya PUA-lar göndərib


Ağ ev: İran Rusiyaya PUA-lar göndərib

ABŞ administrasiyası Rusiyanın İrandan “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatları aldığını düşünür. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib. “Bizim qiymətləndirməmizə görə, Rusiya avqustda bir neçə gün ərzində İrandan PUA-lar alıb", - deyə o qeyd edib. Ağ ev rəsmisinin sözlərinə görə, bu, ilkin tədarüklərdir, lakin davamı da olacaq.
31-08-2022, 14:01
Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı


Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı

Rusiya parlamentinin keçmiş deputatı, “Ədalətli Rusiya” siyasi partiyasının üzvü İlya Ponomaryov haqqında cinayət işi açılıb. Bu barədə TASS məlumat yayıb. Keçmiş deputat Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunur. Hazırda Ukraynada yaşayan sabiq deputat haqqında qiyabi həbs qərarı verilib. Rusiyada axtarışda olan Ponomaryov 2014-cü ildə parlamentdə Krımın ilhaqının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra deputat təzyiqlərə məruz qalıb.
30-08-2022, 20:42
Zelenski MAQATE rəhbəri ilə görüşdü


Zelenski MAQATE rəhbəri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb. Bu barədə CNN Zelenskinin ofisinə istinadən məlumat yayıb. Görüş zamanı nələrin müzakirə edildiyi açıqlanmayıb, görüş MAQATE missiyasının Ukraynaya səfəri çərçivəsində keçirilib. Avqustun 29-da Qrossinin rəhbərlik etdiyi MAQATE missiyası Zaporojye Atom Elektrik Stansiyasını yoxlamaq üçün Ukraynaya gedib. Yoxlama avqustun 31-dən sentyabrın 3-dək aparılacaq.
30-08-2022, 20:37
Paşinyan Brüsselə getdi


Paşinyan Brüsselə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsselə səfərə gedib. Butov.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Qeyd edək ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü planlaşdırılır.
30-08-2022, 20:34
Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi


Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri görüşüb. Butov.az bildirir ki, görüşdən sonra İttifaqın baş diplomatı Jozep Borrell mətbuata açıqlama verib. O deyib ki, təşkilatın Ukraynaya hərbi yardım missiyasının yaradılması üçün işə başlamaq barədə razılığa gəliblər. “Deyə bilərəm ki, bütün üzv dövlətlər Aİ-nin Ukraynaya hərbi yardım missiyasının parametrlərini müəyyən etmək üçün lazım olan işlərə başlamaq barədə razılığa gəlib”, - deyə Borrel qeyd edib.
30-08-2022, 20:27
Çin Kommunist Partiyasının qurultayı çağırıldı


Çin Kommunist Partiyasının qurultayı çağırıldı

Oktybarın 16-da Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayı keçiriləcək. Bu barədə Çinin dövlət mediası məlumat yayıb. Qurultaya Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinin sədrlik edəcəyi bildirilir. Qurultayın “Çin xüsusiyyətlərinə malik böyük sosializm bayrağı” altında, Mao Tszedunun ideyaları və Den Syaopinin nəzəriyyələri əsasında keçiriləcəyi qeyd edilir. Hazırda partiya strukturları konfransın təşkili ilə bağlı iş aparır. Si Cinpinin yenidən Cin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləcəyi gözlənilir.
30-08-2022, 16:46
Türkiyə İraqdakı vəziyyətdən narahatdır


Türkiyə İraqdakı vəziyyətdən narahatdır

Türkiyə hakimiyyəti İraqdakı vəziyyətdən narahatdır və bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Bağdadda baş verən hadisələr ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid yaradıb. Dost və qardaş İraqda sabitlik və təhlükəsizlik Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Bununla bağlı olaraq biz ölkədə yayılan zorakılıqdan narahatıq və bütün tərəfləri təmkin, sağlam düşüncə nümayiş etdirməyə çağırırıq”, - XİN-dən bildirilib. Türkiyə XİN ümid edir ki, İraqda siyasi fikir ayrılığı hərtərəfli dialoq vasitəsilə sülh yolu ilə həll olunacaq.
30-08-2022, 16:11
Ermənistan kütləvi məzarlıqların yerini açıqlamır - PA rəsmisi


Ermənistan kütləvi məzarlıqların yerini açıqlamır - PA rəsmisi

“Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqiqə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”. Bunu Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl deyib. H.Mikayıl bildirib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”. PA rəsmisi qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!