Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                       
5-07-2025, 15:04
Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət


Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət

Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır.
“Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür”.
Ərdoğan, bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:
“Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.
5-07-2025, 13:56
İran nüvə proqramından imtina etməyib - Tramp


İran nüvə proqramından imtina etməyib - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə proqramının beynəlxalq yoxlamalarına razılıq verməyib və uranın zənginləşdirilməsindən imtina etməyib.
Bunu prezident Nyu-Cersiyə gedərkən təyyarədə jurnalistlərə bildirib.
"Deyərdim ki, onların proqramı həmişəlik dayandırılıb. Əgər onlar yenidən başlamağa cəhd etsələr, böyük ehtimalla, başqa bir obyektdə olacaq. Əgər başlasalar - bu problem olacaq", - D.Tramp qeyd edib.
ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, İranın nüvə proqramının bərpasına imkan verməyəcək.
Qeyd edək ki, İran parlamenti artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın nüvə infrastrukturunun təhlükəsizliyi və toxunulmazlığı təmin edilənə qədər dayandırılması haqqında qanun qəbul edib.
5-07-2025, 12:55
CHP-li bələdiyyə sədrləri SAXLANILDI


CHP-li bələdiyyə sədrləri SAXLANILDI

Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədrlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar aparılıb.
Əməliyyatlar nəticəsində Adana Böyükşehər Bələdiyyə sədri Seydan Karalar ve Adıyaman Bələdiyyə sədri Abdurrahman Tutdere haqqında həbs qətimkan tədbiri seçilib.
Böyükçəkməcə Bələdiyyə sədrinin müavini Ahmet Şahin ve sürücüsü, Seyhan Bələdiyyəsinin təmizlik işlər müdiri Özcan Zenger haqqında da eyni qərar verilib.
5-07-2025, 09:51
ABŞ-də daşqınlar - 24 ölü


ABŞ-də daşqınlar - 24 ölü

ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.
Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qızların yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.
Qeyd edək ki, bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib. ABŞ Sahil Mühafizəsi sakinlərin təxliyyəsinə kömək edir.
4-07-2025, 23:34
Zelenski və Putindən sonra onlara zəng etdi


Zelenski və Putindən sonra onlara zəng etdi

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.
Bu barədə "CNN" məlumat yayıb.
Danışıqların təfərrüatı açıqlanmayıb.
Xatırladaq ki, Tramp ötən gün Rusiya Prezidenti Vladimir Putinlə, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
4-07-2025, 19:57
Ermənistan Rusiyaya nota verdi


Ermənistan Rusiyaya nota verdi

Ermənistan Rusiyaya nota verib.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.
Bildirilib ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur.
Eyni zamanda, Rusiya mediasında Ermənistan hökumətinə qarşı açıq-aşkar dost olmayan təbliğata qəti etiraz ifadə edilib.
4-07-2025, 18:05
Trampla Zelenski telefonla danışdı


Trampla Zelenski telefonla danışdı

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
4-07-2025, 17:43
Türkiyəyə qar yağdı


Türkiyəyə qar yağdı

Türkiyənin Trabzon və Rizə şəhərlərinə qar yağıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
"İzmirdə meşə yanğınları ilə mübarizə davam edərkən, Trabzon və Rizənin yüksək dağlıq ərazilərinə güclü qar yağıb", - media qeyd edib.
4-07-2025, 00:47
İranın hava məkanı yenidən açılır


İranın hava məkanı yenidən açılır

İran öz hava məkanını yenidən açıb və əksər hava limanlarının işini bərpa edib.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatı bildirib.
"Mehrabad və İmam Xomeyni adına hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənub hava limanları yenidən fəaliyyətə başlayıb və bütün xidmətləri təqdim etməyə hazırdırlar", - açıqlamada deyilir.
Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, bütün hava limanlarında daxili və beynəlxalq uçuşlar saat 05:00-dan (Bakı vaxtı ilə 05:30) 18:00-a (18:30) qədər həyata keçiriləcək.
3-07-2025, 23:16
Rusiya Əfqanıstanı tanıdı


Rusiya Əfqanıstanı tanıdı

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.
Bu barədə Rusiya Xarici İşlər Nazilriyindən məlumat verilib.
Daha əvvəl bildirilib ki, 2021-ci ildən hakimiyyətə gələn Taliban tərəfindən qəbul olunan Əfqanıstanın yeni bayrağı ölkənin Moskvadakı səfirliyinin üzərində dalğalanmağa başlayıb.
Qeyd edək ki, Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkə olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!