Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
27-12-2025, 21:16
Məsciddəki partlayışı kim törədib?


Məsciddəki partlayışı kim törədib?

Suriyanın Homs şəhərində məsciddə baş verən partlayışın məsuliyyətini Sarayə Ansar əs-Sünnə adlı silahlı qruplaşma üzərinə götürüb. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Qruplaşma ideoloji və əməliyyat baxımından İŞİD ilə əlaqəlidir.
“Sarayə Ansar əs-Sünnə” radikal silahlı birlik kimi tanınır və Suriyada fəaliyyət göstərir. Qruplaşma 1 fevral 2025-ci ildə Əbu Ayiş əş-Şami tərəfindən yaradılıb. O, daha əvvəl Heyət Təhrir əş-Şam (HTŞ) sıralarında olub, lakin daha sonra təşkilatı tərk edib. Qrupun say tərkibinin bir neçə yüz döyüşçüdən ibarət olduğu, əsasən Homs və Hama vilayətlərində, eləcə də Dəməşq ətrafında xırda hücrələr şəklində fəaliyyət göstərdiyi bildirilir.
Məlumatda xatırladılır ki, Suriya prezidenti Əhməd əş-Şaraa əvvəllər Əbu Məhəmməd əl-Culanı adı ilə tanınıb və uzun müddət HTŞ-nin lideri olub. Sözügedən qruplaşma vaxtilə Suriyada Əl-Qaidə şəbəkəsinin yerli qolu əsasında formalaşmış, sonradan beynəlxalq terror şəbəkəsi ilə əlaqələrini kəsdiyini bəyan etmişdi.
27-12-2025, 20:36
907-ci düzəlişin ləğvinə hazırlıq gedir


907-ci düzəlişin ləğvinə hazırlıq gedir

ABŞ Konqresinin Nümayəndələr Palatasında H.R. 6534 nömrəli qanun layihəsi rəsmi olaraq qeydiyyata alınıb.
Sənədin məqsədi ABŞ qanunvericiliyində Azərbaycana göstərilən yardımlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
Qanun layihəsi “Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvi haqqında” adlanır və Azadlığı Müdafiə Aktı çərçivəsində tətbiq edilən, məşhur 907-ci düzəlişin (Section 907) ləğvini nəzərdə tutur. Məhz bu maddə uzun illər ərzində ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırıb.
Sənəddə Konqresin mövqeyi belə əsaslandırılır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ və onun müttəfiqləri üçün etibarlı tərəfdaş kimi çıxış edib, həm sülh, həm də müharibə dövrlərində kritik əməkdaşlıq göstərib. Layihədə həmçinin vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet elan olunmasına sadiqlik nümayiş etdirib və regionda sülh razılaşmasına nail olunub, tərəflərin sərhədləri və ərazi bütövlüyü razılaşdırılıb.
Qanun layihəsinə əsasən, Azadlığı Müdafiə Aktının 907-ci maddəsinin tam şəkildə ləğvi təklif olunur və bununla bağlı qanunun məzmununda texniki dəyişikliklər də nəzərdə tutulur. Sənəd hazırda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilib və müzakirə mərhələsindədir.
Qeyd edək ki, 907-ci düzəliş 1990-cı illərin əvvəllərindən etibarən ABŞ–Azərbaycan münasibətlərində ən mübahisəli mövzulardan biri olub və müxtəlif administrasiyalar dövründə yalnız müvəqqəti istisnalarla tətbiqi dayandırılıb. Yeni qanun layihəsi qəbul olunacağı təqdirdə, bu məhdudiyyətlərin hüquqi əsasının tam aradan qalxması ilə nəticələnə bilər.
Müşahidəçilər hesab edirlər ki, sənədin Konqres gündəminə çıxarılması ABŞ–Azərbaycan münasibətlərində yeni siyasi mərhələnin və Vaşinqtonun regiondakı geosiyasi yanaşmasının dəyişdiyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər.
27-12-2025, 20:11
Rusiya dronları Naftoqazı vurdu


Rusiya dronları Naftoqazı vurdu

Rusiya hərbçiləri dekabrın 27-də Ukraynanın qaz və enerji infrastrukturuna növbəti zərbələr endirib.
Hücumlar zamanı “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə edildiyi, Naftoqaz şirkətinə məxsus qaz hasilatı obyektləri və istilik-elektrik mərkəzinin (İEM) hədəfə alındığı bildirilir.
Şirkətdən verilən açıqlamada İEM-lərə və qaz hasilatı ilə məşğul olan müəssisələrə birbaşa düşən zərbələrin olduğu təsdiqlənib.
Rusiya tərəfi şaxtalı hava şəraitindən və enerji sisteminə düşən maksimal yüklənmədən istifadə edərək sistemi destabilizasiya etməyə çalışır.
Qeyd olunur ki, fövqəladə briqadalar, texniki xidmətlər və aidiyyəti qurumlar gücləndirilmiş rejimdə işləyərək zərbələrin nəticələrinin aradan qaldırılması və obyektlərin bərpası ilə məşğuldur.
Ukraynanın energetika naziri vəzifəsini icra edən Artem Nekrasov isə açıqlamasında Kiyev və Kiyev vilayətində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması obyektlərinin hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, dron və raketlərlə zərbələr gecə, səhər və gün ərzində davam edib. Nəticədə yarımstansiyalar, yüksək gərginlikli hava xətləri və bir sıra generasiya obyektləri ciddi zədələnib.
Energetika Nazirliyindən bildirilib ki, yaranmış vəziyyət səbəbindən Kiyev və Kiyev vilayətində məcburi qəza söndürmələri tətbiq olunub.
27-12-2025, 18:21
Zelenski Trampla 5 məsələni müzakirə edəcək


Zelenski Trampla 5 məsələni müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşəcək.
Görüşdə Rusiya ilə münaqişənin həlli üçün beş məsələ müzakirə ediləcək.
Zelenski Trampla danışıqlar zamanı ABŞ və AB-dən Kiyevə təhlükəsizlik zəmanətləri, Avropadan hərbi komponentlərin verilməsi və Ukraynanın inkişafı, bərpası planlarının müzakirə olunacağını deyib.
Onun sözlərinə görə, Kiyev və Vaşinqton ardıcıl tədbirlər planını ayrıca nəzərdən keçirəcəklər.
Qeyd edək ki, bu gün Zelenski Kanadaya gedib və oradan ABŞ-yə yollanacaq.
27-12-2025, 00:50
İranda xalçaçılıq məhv olur


İranda xalçaçılıq məhv olur

Qərb sanksiyaları İranın məşhur fars xalçalarının satışını demək olar ki, dayandırıb.
İran Ticarət Palatasının Xalça və Əl İşləri Komissiyasının məlumatına görə, 2026-cı ilin martına qədər ölkənin xalça ixracı 40 milyon dollardan da aşağı düşə bilər.
Qeyd edək ki, 1990-cı İran xalça ixracından ildə 2 milyard dollar qazanırdı.
Xalça sahəsinin nümayəndələri FT nəşrinə bildiriblər ki, 2018-ci ildə ABŞ-nin İranla nüvə sazişindən çıxması və ardınca tətbiq olunan sanksiyalar əsas dönüş nöqtəsi olub. Bunun ardınca ixracatçılara xarici valyuta gəlirlərinin bir hissəsini rəsmi məzənnə ilə mərkəzi banka satmaq tələbi qoyulub ki, bu da xalça ixracını iqtisadi baxımdan mənasız hala gətirib. Nəticədə İranın vaxtilə məhsul göndərdiyi 80-ə yaxın ölkə ilə əlaqələri kəsilib, bazarlarda Türkiyə, Hindistan və Çin kimi rəqiblər önə çıxıb.
Daxildə isə inflyasiya, alıcılıq qabiliyyətinin azalması və istehlakçı zövqlərinin dəyişməsi ənənəvi fars xalçalarına tələbi zəiflədib. Mütəxəssislərin sözlərinə görə, bu gün istehsal olunan xalçaların cəmi 3 faizə yaxını ölkə daxilində istifadə olunur. Bir vaxtlar milyonlarla insanın çalışdığı sahədə hazırda toxucuların sayı 700 mindən də azdır.
Rəsmi Tehran ixracın dəstəklənməsi üçün yeni mexanizmlər vəd etsə də, sektor nümayəndələrinin əksəriyyəti vəziyyətin tezliklə dəyişəcəyinə inanmır. Onların fikrincə, sanksiyalar aradan qalxmasa və beynəlxalq əlaqələr bərpa olunmasa, fars xalçalarının qlobal bazardakı əvvəlki mövqeyinə qayıtması çətin olacaq.
27-12-2025, 00:15
Paris metrosunda bıçaqlı hücum -  Üç qadın yaraladı


Paris metrosunda bıçaqlı hücum - Üç qadın yaraladı

Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli vaxtla saat 16:15 ilə 16:45 arasında qeydə alınıb.
Metro rəsmilərinin təsdiqlədiyi məlumatlara əsasən, hücum edən şəxs əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, ardınca “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına hücum edib. Yaralanan qadınların həyatına təhlükə yoxdur.
Hücumlardan sonra qaçan şəxs daha sonra Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.
Hadisədən sonra metro xəttində təhlükəsizliyi təmin etmək üçün əlavə mühafizə qüvvələri cəlb edilib. Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları hücumun motivlərini müəyyənləşdirməyə çalışır.
26-12-2025, 22:27
Rusiya-Ermənistan münasibətlərində çətin mərhələ


Rusiya-Ermənistan münasibətlərində çətin mərhələ

Moskva–İrəvan münasibətləri hazırda “asan olmayan mərhələdən” keçir və bu proses regionda və dünyada baş verən ümumi hadisələrdən kənarda qiymətləndirilə bilməz.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mediaya müsahibəsində deyib.
Səfir vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, münasibətlərin əsasını təşkil edən siyasi və mənəvi sütunun qorunub saxlanılması vacibdir. Onun sözlərinə görə, həm Rusiya, həm də Ermənistan tərəfdən bu münasibətləri davam etdirmək üçün siyasi iradə mövcuddur və qarşılıqlı olaraq əlaqələrin əhəmiyyəti dərk olunur.
Kopırkin qeyd edib ki, Rusiya Ermənistan xalqını qardaş xalq, Ermənistanı isə müttəfiq dövlət kimi görür.
Səfir eyni zamanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalmasına da toxunub. Onun sözlərinə görə, bu azalma diqqətdən kənarda qalmamalıdır, lakin panikaya əsas yoxdur. Kopyrkin bildirib ki, ticarətin azalması əsasən əvvəlki illərdə dövriyyənin artmasına təsir edən müvəqqəti və konyunktur amillərlə bağlıdır. O xatırladıb ki, Ermənistanın ümumi xarici ticarətinin təxminən 35 faizi Rusiyanın payına düşür və bu, kifayət qədər ciddi göstəricidir. Diplomat münasibətlərin hazırkı mərhələsini “yetkinləşmə və transformasiya dövrü” kimi xarakterizə edib.
Səfirin sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olması texniki baxımdan mümkün deyil. O bildirib ki, bu barədə təkcə Rusiya tərəfi deyil, Ermənistanın baş naziri də açıq şəkildə danışıb və hansısa mərhələdə ölkənin seçim etməli olacağını bəyan edib.
Rusiya səfiri vurğulayıb ki, Moskva Ermənistanın və erməni xalqının suveren qərarlarına hörmətlə yanaşır. Bununla belə, onun fikrincə, Ermənistan cəmiyyətinə Avrasiya inteqrasiyasından imtinanın və Avropa istiqamətinin seçilməsinin hansı nəticələr doğura biləcəyi aydın şəkildə izah olunmalıdır.
26-12-2025, 21:28
Münaqişənin həlli yaxındır, son cəhd qalıb - Moskvadan AÇIQLAMA


Münaqişənin həlli yaxındır, son cəhd qalıb - Moskvadan AÇIQLAMA

Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb, tərəflərin son dəfə cəhd etməsi lazımdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yerli mediaya açıqlamasında deyib.
"Düşünürəm ki, 2025-ci il dekabrın 25-də hamımızın yaddaşında həqiqətən də həllə yaxınlaşdığımız bir hədd kimi qalacaq, lakin son cəhdi edib razılaşmaya çıxa biləcəyikmi? Bax bu, qarşı tərəfin siyasi iradəsindən asılıdır", - diplomat bildirib.
Onun sözlərinə görə, əgər tərəflər Ankoricdə razılaşdırılan məsələlərdən uzaqlaşsalar, heç bir kompromis əldə etmək mümkün olmayacaq.
O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanı dost ölkə kimi görmək istərdi.
26-12-2025, 20:36
Rusiya Ukrayna ilə atəşkəsə razılıq verib - KİV


Rusiya Ukrayna ilə atəşkəsə razılıq verib - KİV

Rusiya Ukrayna ilə yekun sülh sazişi imzalanana qədər müvəqqəti atəşkəsə razılıq verib.
Bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, atəşkəs Ukraynanın mübahisəli ərazilərlə bağlı referendum keçirməsi üçün nəzərdə tutulur.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ayrı-ayrılıqda Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparıblar. Rusiya tərəfini bu təmaslarda prezidentin köməkçisi Yuri Uşakov təmsil edib.
Rəsmi şəxslərin bildirdiyinə görə, razılaşmanın əsas parametrlərinin böyük hissəsi artıq Vaşinqton və Kiyev arasında razılaşdırılıb. Söhbət, ilk növbədə, Ukraynanın ABŞ və Avropa ölkələrindən alacağı təhlükəsizlik zəmanətlərindən gedir. Yüksək rütbəli amerikalı rəsmi təsdiqləyib ki, ABŞ bu zəmanətlərlə bağlı sənədi ratifikasiya üçün Senata təqdim etməyə hazırdır. Həmin sənədin mətni NATO nizamnaməsinin 5-ci maddəsinə əsaslanır.
Məlumata əsasən, razılaşma yolunda əsas maneə Rusiyanın istənilən sülh sənədi çərçivəsində Donbasın bütün ərazisinə nəzarət tələbi olaraq qalır. Nəşr qeyd edir ki, ABŞ tərəfi sazişin təsdiqi üçün atəşkəs ideyasını dəstəkləsə də, bunun logistik baxımdan çətin olacağını vurğulayır.
Mənbələrin sözlərinə görə, daha əvvəl yekun razılaşma imzalanmadan atəşkəsə qarşı çıxan Rusiya tərəfi referenduma şərait yaratmaq üçün mövqeyini dəyişib. Bununla belə, Ukrayna 60 günlük atəşkəs tələb etsə də, Moskva daha qısa müddətə üstünlük verə bilər.
26-12-2025, 19:49
İsrail bu ölkəni tanıdı


İsrail bu ölkəni tanıdı

İsrail Somaliləndi rəsmi şəkildə tanıyan ilk ölkə olub.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “bununla bağlı sənədi İsrailin Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar, Somalilənd tərəfdən isə prezident Abdirahman Mohamed Abdullahi imzalayıb”.
Qeyd edək ki, Somalilənd 1991-ci ildə Somalidən müstəqilliyini elan edib və heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!