Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
30-11-2023, 17:23
Donbasda hər şey çox çətin olacaq - Zelenski


Donbasda hər şey çox çətin olacaq - Zelenski

Ukrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.
29-11-2023, 22:52
Rusiyaya getmək istəyənlər sənəd imzalayıb öhdəlik götürməlidir


Rusiyaya getmək istəyənlər sənəd imzalayıb öhdəlik götürməlidir

Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi”
hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
Bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub.
Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur.
“Sadiqlik müqaviləsi - bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır”, - deyə sənəddə bildirilir.
Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətləri nəzərdə tutan nəzarətdə qalma rejimi tətbiq etməyi də təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması, nikah qeydiyyatı və pul köçürməsinə aid qadağalar daxil edilib.
Bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.
29-11-2023, 21:47
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Qəzzadakı vəziyyət müzakirə olunub.
İclasın sonunda yayılan bəyanatda deyilir ki, Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnəcəyinə ümid edir.
“Türkiyə Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək”, - bəyanatda bildirilir.
İclasda qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.
29-11-2023, 18:43
Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi


Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi

Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) icraiyyə komitəsinə seçilə bilməyib.
Bu barədə qurum X hesabında məlumat yayıb.
TASS bildirir ki, səsvermənin nəticələrinə əsasən, Rusiya tələb olunan minimum 66 səsdən 65 səs toplayıb. Gələn il üçün şuraya 21 ölkə seçilib.
Şərqi Avropa Qrupundan Polşa, Litva və Ukrayna, Afrika ölkələrindən Qana, Əlcəzair, Nigeriya və Cənubi Afrika, Asiya qrupundan Banqladeş, Pakistan, Malayziya və İran Latın Amerikası və Karib hövzəsindən Qvatemala, El Salvador, Çili və Ekvador, Qərbi Avropa qrupunda Belçika, Yunanıstan, Danimarka, Yeni Zelandiya və İspaniya seçilib.
Qeyd edək ki, noyabrın 27-dən dekabrın 1-dək Haaqada KSQT iştirakçısı olan Dövlətlərin Konfransının 28-ci sessiyası keçirilir.
29-11-2023, 18:05
Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başladı


Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başladı

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.İttihama görə, təqsirləndirilən şəxs 2007-ci ildə qəsdən və tamah məqsədilə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. Hacı Əliyev orada olarkən Behişti təxəllüsünü götürüb.
O, 2007-2014-cü illərdə Bakının Binə, Maştağa və Nardaran ərazilərində olan məscidlərə gedib, orada İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb.
Təqsirləndirilən şəxs bu məlumatlar qarşılığında 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500 və 2013-cü ildə 1000 dollar alıb.
Hacı Əliyev özünü təqsirli bilmədiyini deyib.
Daha sonra şahid qismində Rasim Niftullayev ifadə verib. O, təqsirləndirilən şəxslə Qum şəhərində tanış olduğunu deyib: "10 il Qumda dini təhsil almışam. Hacı Əli Əliyevlə orada tanış olmuşam. Orada oxuyan hər kəsə təxəllüs verilirdi. Bu, orada soyad kimi istifadə edilirdi. Azərbaycanca gələndən sonra da Hacı ilə əlaqəmiz qalıb. O, bizə gəlirdi və ya mən gedirdim onlara. Telefonla danışırdıq. Danışıqlarımız əsasən, dini məsələlər üzərində olurdu. Məsələn, Ramazanda Ayın görünüb-görünməməsi barədə söhbətlərimiz olurdu. Hacı da, mən də camaat içində ruhani kimi tanınırıq".
Təqsirləndirilən şəxs Hacı Əli Əliyev məhkəməyə Azərbaycan Ruhanilər Məclisi adında icmalarının olduğunu, orada gündəlik məsələlər və dini söhbətlər etdiklərini deyib.
Digər şahid Yaşar Əliyev təqsirləndirilən şəxsi uzun müddətdir tanıdığını bildirib: "İran İslam Respublikasının Qum şəhərində dini təhsil alarkən tanış olmuşuq. Azərbaycanda İslam Universitetini bitirəndən sonra İrana təhsil üçün getmişəm. Yaş fərqimiz çox olduğu üçün təhsil aldığımız zaman kənarda görüşürdük. Təhsilimi bitirib gələndən sonra da əlaqəmiz qalmışdı. Azərbaycan Ruhanilər Məclisinin üzvüyəm. Bu məclisin İran İslam Respublikası tərəfindən qurulduğu barədə deyilir. Bu məclisi biz özümüz qurmuşuq. Gündəlik məsələlər barədə söhbətlər aparırdıq".
Məhkəmə prosesi dekabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
29-11-2023, 17:42
Rusiya ilə NATO arasında silahlı münaqişə baş verə bilər - XİN müavini


Rusiya ilə NATO arasında silahlı münaqişə baş verə bilər - XİN müavini

“Rusiya ilə NATO arasında silahlı münaqişə istisna edilmir, lakin onun başlayıb-başlamaması Şimali Atlantika Alyansının hərəkətlərindən asılıdır”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində bildirib.
“Eyni zamanda, Moskva bütün mümkün vasitələrlə öz milli maraqlarını müdafiə etməyə hazırdır”, - deyə Ryabkov əlavə edib.
Onun sözlərinə görə, Rusiya ilə NATO arasındakı münasibətlərin yaxın gələcəkdə bərpa olunma ehtimalı yoxdur:
“Güman etmirəm ki, yaxın gələcəkdə Rusiya ilə NATO arasında münasibətlər bu və ya digər formada bərpa olunacaq. Bu həm prinsipiallıq, həm də praktiklik baxımından istisna edilir. Əgər Qərbdə kimsə düşünürsə ki, bu əlaqələr Moskvaya lazımdır və nə vaxtsa gedib onların bərpasını xahiş edəcəyik, bu, böyük səhvdir”.
Ryabkov dünən ABŞ-ı ittiham edərək bildirmişdi ki, Vaşinqton Rusiya daxilində iğtişaşlar təşkil etməklə hakimiyyəti dəyişmək istəyir.
29-11-2023, 17:31
Türkiyə prezidenti Bahçeli ilə görüşdü


Türkiyə prezidenti Bahçeli ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb.
Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyası məlumat yayıb.
Qəbul Prezident İqamətgahında baş tutub.
Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
29-11-2023, 17:07
Paşinyan Qarabağ erməniləri ilə ayrıca idarənin yaradılmasından imtina etdi


Paşinyan Qarabağ erməniləri ilə ayrıca idarənin yaradılmasından imtina etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarənin yaradılmasından imtina edib.
Bunu özünü buraxmış qondarma rejimin keçmiş "TŞ katibi" və sabiq "müdafiə naziri" olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib.
Babayanın sözlərinə görə, Paşinyanın bu qərarının və imtinanın səbəbləri ona məlum deyil. O əlavə edib ki, Ermənistan baş naziri ilə bu məsələ ilə əlaqədar olaraq şəxsən əlaqə saxlamayıb.
Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.
29-11-2023, 16:55
Rusiya və Özbəkistan Prezidentləri telefon danışığı apardı


Rusiya və Özbəkistan Prezidentləri telefon danışığı apardı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
İkitərəfli gündəlikdəki cari məsələlər, o cümlədən bu il oktyabrın 5-7-də Rusiya Federasiyasına yüksək səviyyəli səfər zamanı əldə olunmuş razılaşmaların praktiki icrası müzakirə edilib. Hər iki ölkənin liderləri Özbəkistan-Rusiya münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsini məmnunluqla qeyd ediblər. O cümlədən çoxşaxəli əməkdaşlığın genişləndirilməsi vurğulanıb.
"Qarşılıqlı ticarət dövriyyəsi göstəricilərində artım dinamikası davam edir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri həyata keçirilir, səmərəli regionlararası əlaqələr inkişaf edir. Bir gün əvvəl Cizzax rayonunda böyük müştərək aqrooloji kompleks işə salınıb", - deyə qeyd olunub.
Özbəkistan və Rusiya dövlət başçıları həmçinin səhiyyə sektorunda fəal mədəni-humanitar mübadiləni və davam edən proqramları alqışlayıblar.
29-11-2023, 16:28
F-16-ların Ukraynaya tədarükü vəziyyəti kökündən dəyişməyəcək - NATO


F-16-ların Ukraynaya tədarükü vəziyyəti kökündən dəyişməyəcək - NATO

F-16-ların Ukraynaya tədarükü cəbhədəki vəziyyəti kökündən dəyişməyəcək.
Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu təyyarələrin Kiyevə tədarükü Rusiya ordusuna itkilər verməyə kömək edəcək, lakin onlar özlüyündə bütün problemləri həll edə və cəbhədəki vəziyyəti kökündən dəyişə biləcək “gümüş güllələr” deyillər.
Eyni zamanda, baş katib Kiyevin bu təyyarələri nə vaxt alacağı ilə bağlı konkret müddət deyə bilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!