Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
4-10-2025, 12:42
Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif


Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif

"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol (Zəngəzur dəhlizi - red.) İran üçün yeni imkanlar yarada bilər".
Bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.
O bildirib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.
Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.
3-10-2025, 23:47
İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı


İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı

Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə Bosfor boğazında yerləşən 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüsü Türk Dünyasının birliyini simvolizə edən Türk Dövlətləri Təşkilatının bayrağının rəngi ilə - firuzəyi rənglə işıqlandırılıb.
Bu barədə Türk Dövlətləri Təşkilatının "X" hesabında paylaşım edilib.
Qeyd edək ki, 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
3-10-2025, 23:26
ABŞ Venezuela gəmisini vurdu


ABŞ Venezuela gəmisini vurdu

ABŞ Venesuelaya məxsus, narkotik daşıdığı deyilən daha bir gəmiyə zərbə endirib.
Bu barədə Müharibə katibi Pit Heqset məlumat yayıb.
O, bildirib ki, zərbə nəticəsində gəmidə olan 4 nəfər ölüb və əməliyyat zamanı heç bir ABŞ qüvvələri zərər çəkməyib:
“Gəmi Amerika istiqamətində xeyli miqdarda narkotik daşıyarkən, Venesuela sahillərinə yaxın beynəlxalq sularda vurulub”.
3-10-2025, 17:10
Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik!


Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik!

“Macarıstan Ukraynadakı müharibəyə qarışmamalıdır”, - Modern.az xəbər verir ki, bunu baş nazir Viktor Orban mətbuata müsahibəsində bildirib.
O, Macarıstanın mövqeyi ilə Avropa İttifaqının(Aİ) yanaşması arasında artan uçurumu vurğulayaraq, "bu fikir ayrılığı deyil, fəaliyyət fərqliliyidir" deyib.
Orban Avropanın hərbi strategiyasını “fundamental səhv” adlandırıb. Belə ki, Rusiyanın Avropadan əvvəl pulunun tükənəcəyi və bu iqtisadi tükənmənin Rusiyanı geri çəkilməyə məcbur edəcəyi ilə bağlı ehtimallar özünü doğrultmayıb.
O, Avropa İttifaqının artıq 170-180 milyard avro xərclədiyini, lakin müharibənin sonunun görünmədiyini qeyd edib. Orbanın sözlərinə görə, bu, qarşı tərəfin danışıqlardan imtina etdiyi müharibələr tarixində görünməmiş bir hadisədir. O, iddia edib ki, Avropa İttifaqı Ukraynanı növbəti münaqişəyə sövq etməməli və bunun əvəzinə Rusiya ilə danışıqlara başlamalıdır.
“Müharibə nə qədər uzun davam etsə, bir o qədər çox insan öləcək”, - o deyib.
Viktor Orbanın qaldırdığı ən aktual məsələlərdən biri Ukraynanın Aİ-yə potensial üzvlüyü olub. O, təkrar edib ki, belə bir addım bütün 27 üzv dövlətin yekdil dəstəyini tələb edəcək - Macarıstan isə bunu dəstəkləməyəcək.
"Macar xalqı Ukrayna ilə ittifaqda olmaq istəmir", - o bildirib. Orbanın fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü Macarıstanı faktiki olaraq müharibəyə sürükləyəcək:
“Biz ukraynalıların qəhrəmancasına mübarizəsinə rəğbət bəsləyirik, lakin onların taleyini bölüşmək istəmirik”.
Baş nazir bəyan edib ki, Macarıstan hökuməti Böyük Britaniya və Türkiyə ilə əldə etdiyi razılaşmalara bənzər Ukrayna ilə ikitərəfli tərəfdaşlığı dəstəkləyir, lakin tam üzvlüklə bağlı deyil.
"Ukraynanı Aİ-yə qəbul etsək, Rusiya ilə müharibə vəziyyətində olacağıq. Biz Ukrayna üçün ölmək istəmirik", - deyə o, macarların həyat və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb.
2-10-2025, 23:06
İlon Mask tarixə düşdü


İlon Mask tarixə düşdü

İlon Mask sərvəti 500 milyard dolları keçən ilk insan olaraq tarixə düşüb. Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask, hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunda sürətlə irəliləyir.
“Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq, Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib. Elektrikli avtomobil istehsalçısının səhmlərinin qiyməti, Maskın aprel ayında şirkətin maliyyə nəticələri ilə bağlı konfransda “Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən getdiyini elan etməsindən sonra təxminən iki dəfə artıb.
“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm payı hazırda 191 milyard dollar dəyərindədir. Ekspertlər hesab edir ki, əgər İlon Mask bu sürətlə irəliləsə, 2033-cü ilin mart ayına qədər dünyanın ilk trilyonçusu ola bilər.
2-10-2025, 22:25
Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!”


Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!”

Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında ABŞ lideri Donald Trampın Moskvanı “kağız pələng” adlandırmasına münasibət bildirib.
Putin Rusiya ordusunun hazırda dünyanın “ən döyüş qabiliyyətli” ordularından biri olduğunu vurğulayıb:
“Kağız pələng? Onda gəlin, bu "kağız pələng"lə bacarın. Biz bütün NATO bloku ilə müharibə aparırıq və irəliləyirik, özümüzü əmin hiss edirik və bu ordu "kağız pələng"dirsə, onda NATO-nun özü nəyi ifadə edir?” – deyə Rusiya lideri bildirib.
Putin qeyd edib ki, əgər Ukrayna “başqalarının əlində dağıdıcı alətə çevrilməsəydi” və NATO Şərqə doğru genişlənməsəydi, münaqişədən qaçmaq mümkün idi.
Onun sözlərinə görə, Rusiya qoşunları cəbhənin demək olar ki, bütün istiqamətlərində irəliləyir, “Qərb” qruplaşması isə Kupyanskın təxminən iki üçünü nəzarətə götürüb.
Putin sentyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 44,7 min itki verdiyini, Rusiya ordusunun itkilərinin isə “dəfələrlə az” olduğunu iddia edib.
Rusiya lideri bildirib ki, ABŞ-la münasibətlərin tam bərpası Moskvanın milli maraqlarından biridir. O həmçinin qeyd edib ki, əgər həmin dövrdə ABŞ-da Donald Tramp hakimiyyətdə olsaydı, Ukraynada müharibə ümumiyyətlə başlamazdı.
Putin Avropanı müharibənin davam etməsində məsuliyyət daşımaqda ittiham edib:
“Təəssüf ki, döyüşləri dayandırmaq hələ mümkün olmayıb. Bunun məsuliyyəti çoxluğun yox, azlığın, ilk növbədə münaqişəni daim alovlandıran Avropanın üzərindədir”, – deyə o bildirib.
Prezident NATO-ya və Qərbə xəbərdarlıq da edib:
“Kiminsə bizimlə hərbi sahədə gücünü sınamaq istəyi yaranarsa, buyursun. Amma unutmasınlar ki, Rusiya heç vaxt zəiflik göstərməyib. Təhlükə yarananda cavabımız sürətli və inandırıcı olacaq”, – deyə Putin vurğulayıb.
O, eyni zamanda Belarus və Şimali Koreyanın münaqişənin həlli üçün göstərdiyi səylərə təşəkkür edib.
2-10-2025, 21:11
Rusiya iki dəfə NATO üzvü olmaq istəyib


Rusiya iki dəfə NATO üzvü olmaq istəyib

Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.
Bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
2-10-2025, 20:10
Növbəti sammit Ermənistanda keçiriləcək


Növbəti sammit Ermənistanda keçiriləcək

Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana rəsmi dəvət etmişəm; onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir", - o deyib.
2-10-2025, 19:37
Ukrayna 185 hərbçini Rusiyaya verdi


Ukrayna 185 hərbçini Rusiyaya verdi

Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki vətəndaşını geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri qarşı tərəfə təhvil verilib.
Rusiya Müdafiə Nazirliyi mübadilənin cari ilin 23 iyulunda İstanbulda əldə olunmuş Rusiya–Ukrayna razılaşmaları əsasında həyata keçirildiyini bildirib.
Geri qaytarılan Rusiya hərbçiləri və mülki şəxslər hazırda Belarus ərazisindədir, onlara zəruri tibbi və psixoloji yardım göstərilir. Onların yaxın vaxtlarda Rusiyaya gətirilmələri, xüsusi ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə və reabilitasiya kursu keçmələri nəzərdə tutulur.
2-10-2025, 19:27
Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı


Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə enerji əməkdaşlığı məsələlərini müzakirə etdiklərini açıqlayıb.
Bu barədə o, "X" sosial media platformasında yazıb.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - o vurğulayıb.
O, liderlərin gələcək təmaslar barədə razılığa gəldiyini bildirib.
"Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram", - Ukrayna Prezidenti qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!