İtaliyadan Rusiyaya etiraz - SƏBƏB .....                        Komaya düşən polkovnik vəfat etdi .....                        Xəzər sahilində ölü suitilər aşkarlandı .....                        Sevan deyil, Göyçədir! - Tarixi XƏRİTƏ .....                        İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş .....                        Azərbaycan UNESCO-nun qərarını alqışladı .....                        Vuçiç təslim olur .....                        Həbs edilən icra başçısı apellyasiya vermədi .....                        Simonyan da namizəd oldu .....                       
8-09-2025, 19:42
Amerikada dini geri qaytarmalıyıq


Amerikada dini geri qaytarmalıyıq

“Amerikada dini geri qaytarmalıyıq”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.
O bildirib ki, Amerika iman üzərində qurulub və iman zəiflədikcə ölkə də zəifləyir.
“Biz Tanrıya məxsus millətik və həmişə də olacaq. Biz Amerikada dini əvvəlkindən daha güclü şəkildə qaytarmalıyıq”, - deyə Tramp əlavə edib.
ABŞ Prezidenti ailəsinə məxsus İncili İncil Muzeyinə bağışladığını qeyd edib.
8-09-2025, 18:09
Rusiya ermənilərinin başçısı seçildi


Rusiya ermənilərinin başçısı seçildi

Dövlət Kreml Sarayında Rusiya Ermənilər İttifaqının səkkizinci qurultayı keçirilib.
Təşkilatın mətbuat xidmətinin məlumatına görə, Ara Abramyan yenidən Rusiya Erməniləri İttifaqının sədri seçilib.
Qeyd olunur ki, qurultayda Rusiyanın bütün bölgələrindən olan nümayəndə heyətləri iştirak edib.
8-09-2025, 18:00
Almaniya əhalisi hakimiyyətdən narazıdır


Almaniya əhalisi hakimiyyətdən narazıdır

Almanların 60%-dən çoxu kansler Fridrix Mertsin rəhbərliyi altında CDU/CSU və SPD blokundan ibarət hökumətin işindən narazıdır.
Bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Məlumata görə, respondentlərin 62%-i hakim koalisiyanın fəaliyyətindən razı qalmadığını bildirib. Respondentlərin yalnız 27%-i kabinetin işindən razı qaldığını qeyd edib. Bu o deməkdir ki, hökumətə dəstək səviyyəsi bir neçə həftədir ki, kritik səviyyədə qalıb.
Qəzet qeyd edir ki, iyun ayından bəri koalisiyaya etibar etməyənlərin payı demək olar ki, 20 faiz bəndi (pp) artıb, məmnunluq isə 10 faiz bəndi azalıb.
Nəşrin məlumatına görə, eyni zamanda, almanların 59%-i kanslerin özünün hərəkətlərindən narazıdır. Yalnız 29% onun işindən razıdır.
Hər iki suala cavab verməyənlərin sayı paralel olaraq təxminən 20-dən 10%-dən bir qədər çox azalıb. Görünür, bir çox qərarsız insanlar hökumətin əleyhinə səs veriblər.
Narazılığın bu qədər yüksək səviyyədə qalması onu göstərir ki, Almaniya hökuməti hələ də əhalinin etimadını qaytarmaq yolunu tapmayıb. Sorğu sentyabrın 4-dən 5-dək aparılıb və 1003 nəfər iştirak edib.
8-09-2025, 17:40
Obama 3-cü dəfə bu mükafatın sahibi oldu


Obama 3-cü dəfə bu mükafatın sahibi oldu

ABŞ-nin keçmiş prezidenti Barak Obama üçüncü dəfə "Emmi" mükafatına layiq görülüb.
Məlumata görə, 64 yaşlı siyasətçi Kreativ İncəsənət üzrə 76-cı mükafatların təqdimetmə mərasimində "Görkəmli nağılçı" nominasiyasında qalib olub.
Mükafat Obamanın "Netflix"də "Bizim okeanlarımız" sənədli serialındakı işinə görə verilib. Keçmiş prezident Los-Ancelesdə keçirilən mərasimdə şəxsən iştirak etməsə də, heykəlciyi onun adından aparıcı Cordan Klepper qəbul edib.
"Bizim okeanlar" layihəsi izləyicilərə dünya okeanlarının dərinliklərinə dalmağa imkan verib. Obama Sakit okeandakı donqar balinaların həyatı və onların miqrasiya proseslərindən, morjların Şimal Buzlu okeanında iqlim dəyişikliklərinə adaptasiyasından (uyğunlaşmasından) ətraflı şəkildə danışıb.
Qeyd edək ki, daha əvvəl Barak Obama iki dəfə "Emmi" mükafatının qalibi olub - 2022-ci ildə "Bizim möhtəşəm milli parklarımız" serialı və 2023-cü ildə "İş: Bütün gün nə ilə məşğul oluruq?" layihəsinə görə.
8-09-2025, 17:25
Marqarita Simonyan xərçəngə tutulub - YENİLƏNİB


Marqarita Simonyan xərçəngə tutulub - YENİLƏNİB

Rusiyalı jurnalist Marqarita Simonyana xərçəng diaqnozu qoyulub.
Bu barədə Rusiya mətbuatı yazıb.
Bildirilir ki, hazırda onun “Russia Today”də fəaliyyətini davam etdirməsi məsələsi müzakirə edilir. Belə ki, Simonyan kanaldakı vəzifəsindən azad edilə bilər.

***

09:54

“Russia Today” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, həkimlər ona “dəhşətli, ciddi xəstəlik” diaqnozu qoyublar.
Simonyan bu barədə Vladimir Solovyovun verilişində danışıb.
Simonyan deyib ki, o əməliyyat olunacaq.
O xatırladıb ki, əri, rejissor Tiqran Keosayan da doqquz aydır ki, komadadır.
8-09-2025, 16:11
Ukrayna Ordusu Donetskdə bir kəndi ruslardan azad etdi


Ukrayna Ordusu Donetskdə bir kəndi ruslardan azad etdi

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Vladimirovka kəndini ruslardan azad edib və bir sıra digər yaşayış məntəqələrindən işğalçıları sıxışdırıb.
Bu barədə DeepState analitik layihəsi məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələri Vladimirovkanı təmizləyib, Razino, Zolotoy Kolodeziya və Novotoretske yaxınlığında düşməni geri sıxışdırıb”, - məlumatda deyilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski xatırladıb ki, avqust ayında Ukrayna ordusu Pokrovski istiqamətində 5 kvadrat kilometr ərazi itirib, lakin 26 kvadrat kilometr əraziyə nəzarəti bərpa edə bilib.
8-09-2025, 15:48
Ermənistan günü sabah sərhədləri açmağa hazırdır - Rubinyan


Ermənistan günü sabah sərhədləri açmağa hazırdır - Rubinyan

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü yaxın günlərdə Ermənistanda baş tutacaq.
Bunu jurnalistlərlə söhbətində İrəvanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, qarşıdan gələn iclasda prosesin bütün məsələləri, həyata keçirilən və həyata keçiriləcək addımlar müzakirə olunacaq. Rubinyan son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrlərinin müzakirə edildiyini, tarixi Ani körpüsünün də bərpasının nəzərdə tutulduğunu xatırladıb.
Rubinyan görüşün dəqiq harada - İrəvanda və ya sərhəddə keçiriləcəyini açıqlamayıb.
R.Rubinyan bildirib ki, Ermənistan günü sabah da Türkiyə ilə sərhədlərini açmağa və diplomatik əlaqələr qurmağa hazırdır.
O əmin edib ki, Ermənistan tərəfindən heç bir maneə yoxdur:
“Əgər iradə olarsa, bu, qısa müddətdə baş verəcək”, - deyən Rubinyan Ermənistan tərəfdən heç bir şərt olmadığını xatırladaraq, bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.
“Vaşinqton razılaşmaları, şübhəsiz ki, regionda və ondan kənarda vəziyyətə müsbət təsir edəcək çox mühüm hadisədir”, - deyə Ruben Rubinyan əlavə edib ki, İrəvan nikbindir.
Rubinyan qeyd edib ki, qarşıdakı götrüşdə bütün proses məhz sərhədlərin açılmasına diplomatik münasibətlərin qurulmasına yönəlib.
8-09-2025, 14:41
Ərdoğan İzmirdəki hadisənin araşdırılmasını tapşırdı


Ərdoğan İzmirdəki hadisənin araşdırılmasını tapşırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-2026-cı tədris ilinin açılış mərasimində çıxış edib.
O, çıxışı zamanı bu gün İzmirdə Polis Bölməsində baş verən hadisələrdən söz açıb.
Ərdoğan İzmirdə iki polisin şəhid olduğu hücumu həyata keçirən 16 yaşlı hücumçunun əlaqələrinin araşdırıldığını açıqlayıb.
"İzmirdən şok xəbər aldıq. İki polisimiz şəhid oldu. Mənfur hücumda şəhid olan polislərimizə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. Hücumu həyata keçirən şəxsin hərtərəfli araşdırılmasını tələb edirəm", - deyə Türkiyə lideri ifadə edib.
8-09-2025, 13:52
Rusiya “3+3” formatının bərpasını istəyir - Lavrov


Rusiya "3+3" formatının bərpasını istəyir — Lavrov

Rusiya tərəfi Cənubi Qafqaz dövlətləri ilə onların üç qonşusu, o cümlədən Rusiya arasında «3+3» formatında qarşılıqlı fəaliyyətin tezliklə bərpasına ümid edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin müəllim və tələbələri qarşısında çıxışı zamanı deyib.
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan IRNA-ya müsahibəsində bildirib ki, «3+3» formatında növbəti görüş İrəvan və ya Bakıda baş tuta bilər.
«Biz həqiqətən ümid edirik ki, Türkiyə və Azərbaycanın o zaman irəli sürdüyü təşəbbüs, yəni „3+3“ platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi — Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu — İran, Türkiyə, Rusiya… İndi hesab edirik ki, bu formatı bərpa etməyin vaxtı çoxdan çatıb», — rusiyalı nazir bildirib.
Onun sözlərinə görə, İran bu prosesi dəstəkləyir və platformanın təşəbbüskarları Türkiyə və Azərbaycan olub. Bu kontekstdə Lavrov tez görüşə ümid etdiyini bildirib.
İndiyədək keçirlən görüşlərdə Gürcüstan iştirak etməyib, lakin digər iştirakçılar dəfələrlə bildiriblər ki, qapı Tiflis üçün açıq qalır.
7-09-2025, 17:50
Kreml beynəlxalq hüququ pozur, insanları öldürür - Lyayen


Kreml beynəlxalq hüququ pozur, insanları öldürür - Lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbəsini kəskin şəkildə pisləyib və Kiyevi hərtərəfli dəstəkləyəcəyinə əmin edib.
O, bu barədə X sosial şəbəkəsində yazıb.
"Dünən axşam saatlarında Rusiya həm hökumət binalarını, həm də yaşayış binalarını hədəf alaraq Ukraynaya ən böyük pilotsuz təyyarə və raket hücumlarından birini həyata keçirib.
Kreml növbəti dəfə diplomatiyaya məhəl qoymur, beynəlxalq hüququ pozur, insanları ayrı-seçkilik etmədən öldürür. Avropa Ukraynanı tam dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Biz Ukrayna Silahlı Qüvvələrini gücləndiririk, etibarlı təhlükəsizlik təminatları yaradırıq və Rusiyaya təzyiqi artırmaq üçün sanksiyaları artırırıq. Qətllərə son qoyulmalıdır", - nəşr yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!