Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
4-10-2025, 15:54
Məşhur serialın aktyoru vəfat etdi


Məşhur serialın aktyoru vəfat etdi

Məşhur “Sprut” serialının italiyalı aktyoru Remo Cirone vəfat edib.
Aktyor və rejissor bir müddətdir yaşadığı Monte Karloda 76 yaşında dünyasını dəyişib.
O, “Sprut” serialında Tano Kariddi obrazı ilə məşhurluq qazanıb. Mafiya haqqında italyan televiziya dram serialı olan “Sprut” 1984-2001-ci illərdə yayımlanıb.
Aktyorun son filmi 2023-cü ildə Denzel Vaşinqtonun oynadığı “Ekvalayzer 3” olub. O, bir neçə Hollivud filmində də rol alıb.
4-10-2025, 15:30
HƏMAS-ın hücumundan heç kimin xəbəri yox imiş


HƏMAS-ın hücumundan heç kimin xəbəri yox imiş

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani 2023-cü ilin 7 oktyabrında HƏMAS tərəfindən İsrailə qarşı həyata keçirilən “Əl-Əqsa tufanı” əməliyyatı barədə yeni açıqlamalar verib.
Qaani İran televiziyasına müsahibəsində bildirib ki, əməliyyatın gizlilik dərəcəsi “müasir dövrün ən yüksək səviyyəsində” olub.
Onun sözlərinə görə, əməliyyat o qədər məxfi şəkildə hazırlanıb ki, hətta HƏMAS-ın mərhum siyasi büro rəhbəri İsmayıl Haniyyə və “Hizbullah” lideri Həsən Nəsrullah belə hücumun vaxtından xəbərdar olmayıb.
“Ən maraqlı məqam ondan ibarət idi ki, nə biz, nə Səyyid Həsən, nə də HƏMAS-ın yüksək rəhbərliyi əməliyyatın dəqiq vaxtı barədə məlumatlı deyildi. Qəzzada əməliyyat başladığı an Haniyyə İraqa səfərə çıxmaq üçün hava limanına gedirdi və hadisədən qayıdarkən xəbər tutdu”, – deyə Qaani qeyd edib.
O əlavə edib ki, “hər kəsdən gizli saxlanılsa da”, Səyyid Həsən Nəsrullah əməliyyatın mərhələlərini diqqətlə və planlı şəkildə müəyyənləşdirib. General həmçinin bildirib ki, “Hizbullah”ın İsrailə qarşı yaratdığı hərbi təzyiq nəticəsində İsrail ordusunun üçdə biri Cənubi Livana yönəldilib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları İsrailin cənubuna qəfil hücum təşkil edərək təxminən 1200 nəfəri öldürmüş, 250-dən çox şəxsi girov götürərək Qəzzaya aparmışdı. Girovlardan bir qismi daha sonra azad edilib, bəziləri isə həlak olub. İsrail buna cavab olaraq Qəzzaya hücum edib, indiyədək on minlərlə insan həlak olub.
4-10-2025, 14:31
İsrail ordusuna “dayan” əmri verildi


İsrail ordusuna “dayan” əmri verildi

İsrail ordusu Qəzza zolağında həyata keçirdiyi hücum əməliyyatlarını dayandırıb.
Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, bu qərar ABŞ Prezidenti Donald Trampın çağırışından sonra qəbul edilib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) qərargah rəisi Eyal Zamir bildirib ki, ordu “siyasi rəhbərliyin göstərişinə əsasən” hazırda yalnız müdafiə xarakterli əməliyyatlar aparır və məqsəd “mövcud təhlükələri aradan qaldırmaqdır”.
Tramp cümə axşamı axşam saatlarında “Truth Social” sosial platformasında paylaşım edərək İsraildən Qəzzaya hava zərbələrini dərhal dayandırmağı tələb edib. ABŞ prezidenti bildirib ki, HƏMAS onun sülh planının bəzi bəndlərini qəbul etməyə hazır olduğunu açıqlayıb və bu çərçivədə əsirlərin azad olunması məsələsinin müzakirə edildiyini vurğulayıb.
“İsrail dərhal bombardmanları dayandırmalıdır ki, biz əsirlərin təhlükəsiz və sürətli azad olunmasını təmin edə bilək”, - deyə Tramp qeyd edib. O, hazırda “Yaxın Şərqdə çoxdan gözlənilən sülhün təmin olunması” istiqamətində danışıqların aparıldığını əlavə edib.
Bundan sonra İsrail Baş naziri Binyamin Netanyahunun ofisi bəyan edib ki, Tel-Əviv Trampın Qəzzaya dair planının birinci mərhələsinin dərhal icrasına hazırlaşır. Planın ilk mərhələsi HƏMAS tərəfindən saxlanılan israilli girovların azad olunmasını nəzərdə tutur.
4-10-2025, 14:20
Türkiyədə fabrikdə partlayış - Ölənlər var


Türkiyədə fabrikdə partlayış - Ölənlər var

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən sənaye bölgəsindəki fabriklərin birində partlayış baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 2 fəhlə həyatını itirib. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Kocaeli Valiliyindən bununla bağlı verilən açıqlamada qəza ilə bağlı istintaqın başlanıldığı bildirilib.
4-10-2025, 14:10
Türkiyə Ermənistanla quru sərhədlərini açır?


Türkiyə Ermənistanla quru sərhədlərini açır?

"Türk Hava Yolları" (THY) aviaşirkəti Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşlara başlayır. Şirkətin İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) üzərindən bildirilib ki, qərar şirkətin mövcud imkanlarından və bazar şərtlərindən asılı olaraq qəbul edilib.
Xatırlatmaq lazımdır ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin 8 avqust Vaşinqton görüşündən sonra Türkiyə ilə Ermənistan arasında da dialoqun sürətləndiyi nəzərə çarpmaqdadır.
Vaşinqton görüşündən bir neçə gün sonra Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib. Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Serdar Kılıçla görüşüb. Söhbətin əsas müzakirə mövzusu Türkiyə-Ermənistan sərhədlərinin açılması olub. Tərəflərin hər hansı razılığa gəlməsi barədə heç bir məlumat yayılmayıb.
Türk Hava Yollarının yuxarıda qeyd etdiyimiz qərarı verməsi yenidən iki ölkə arasında quru sərhədlərin fəaliyyətinin bərpası məsələsini gündəmə gətirir. Növbəti addımın məhz bu istiqamətdə atılması gözlənilir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Türk Hava Yollarının Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşlara başlamaq barədə qərarını normal qarşılamaq lazımdır:
"Biz işğala son qoyub, ərazi bütövlüyümüzü təmin etmişik. Azərbaycanla Ermənistan arasında dialoq mövcuddur. Üstəgəl, Azərbaycanla Ermənistan bir-birlərinin hava məkanından da istifadə edirlər. Elə bu yaxınlarda Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyan da beynəlxalq tədbirdə iştirak etmək üçün təyyarə ilə gəlmiş, onun təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Aeroporta eniş etmişdi. Bu baxımdan da Türkiyənin Ermənistanla dialoqu genişlənir".
E.Şahinoğlu hesab edir ki, hava xətlərinin açılmasına baxmayaraq, hələ quru sərhədlərinin açılması mümkün deyil:
"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir. Sülh sazişi imzalanan kimi,bəli, Türkiyə quru sərhədlərini də açacaq, diplomatik münasibətləri də bərpa edəcək. Onsuz da Azərbaycanın özü də sülhdən sonra Ermənistanla sərhədlərini açacaq. Və bundan sonra yəqin ki, üç ölkə arasında ticarət əlaqələri başlayacaq".
4-10-2025, 14:06
Ukrayna Rusiyanın hərbi gəmisinə zərbə endirdi


Ukrayna Rusiyanın hərbi gəmisinə zərbə endirdi

Oktyabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ötən gecə Ukrayna qüvvələri “Kirişinefteorqsintez” müəssisəsinə zərbələr endirib. Bu obyekt Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir. Obyektdə partlayışlar və yanğın qeydə alınıb.
Bu, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. İllik gücü 18,4 milyon ton neft emalı təşkil edir.
Bundan əlavə, Kareliya Respublikasında yerləşən Oneqa gölü yaxınlığında kiçik raket gəmisi olan “Buyan-M” zədələnib. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
Bu, yerüstü hədəfləri vurmaq, sahil əməliyyatlarını dəstəkləmək və sahil zonalarını müdafiə etmək üçün nəzərdə tutulmuş çoxfunksiyalı sahil əsaslı Rusiya hərbi gəmisidir. Onun silahlanmasına həm dəniz, həm də quru hədəfləri vurmağa imkan verən “Kalibr” qanadlı raketləri, zenit sistemləri və artilleriya daxildir.
Ötən gecə Müdafiə Qüvvələri Kursk vilayətində “İskəndər” taktiki raket kompleksindən “Qarmon” radar sistemini və daşıyıcı-yükləyici maşını məhv edib.
Eyni zamanda, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində yerləşən Rusiya Silahlı Qüvvələrinin 8-ci Ordusunun komando məntəqəsinə də zərbə endirilib. Hədəf vurulub. Nəticələr dəqiqləşdirilir.
4-10-2025, 12:42
Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif


Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif

"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol (Zəngəzur dəhlizi - red.) İran üçün yeni imkanlar yarada bilər".
Bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.
O bildirib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.
Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.
3-10-2025, 23:47
İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı


İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı

Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə Bosfor boğazında yerləşən 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüsü Türk Dünyasının birliyini simvolizə edən Türk Dövlətləri Təşkilatının bayrağının rəngi ilə - firuzəyi rənglə işıqlandırılıb.
Bu barədə Türk Dövlətləri Təşkilatının "X" hesabında paylaşım edilib.
Qeyd edək ki, 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
3-10-2025, 23:26
ABŞ Venezuela gəmisini vurdu


ABŞ Venezuela gəmisini vurdu

ABŞ Venesuelaya məxsus, narkotik daşıdığı deyilən daha bir gəmiyə zərbə endirib.
Bu barədə Müharibə katibi Pit Heqset məlumat yayıb.
O, bildirib ki, zərbə nəticəsində gəmidə olan 4 nəfər ölüb və əməliyyat zamanı heç bir ABŞ qüvvələri zərər çəkməyib:
“Gəmi Amerika istiqamətində xeyli miqdarda narkotik daşıyarkən, Venesuela sahillərinə yaxın beynəlxalq sularda vurulub”.
3-10-2025, 17:10
Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik!


Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik!

“Macarıstan Ukraynadakı müharibəyə qarışmamalıdır”, - Modern.az xəbər verir ki, bunu baş nazir Viktor Orban mətbuata müsahibəsində bildirib.
O, Macarıstanın mövqeyi ilə Avropa İttifaqının(Aİ) yanaşması arasında artan uçurumu vurğulayaraq, "bu fikir ayrılığı deyil, fəaliyyət fərqliliyidir" deyib.
Orban Avropanın hərbi strategiyasını “fundamental səhv” adlandırıb. Belə ki, Rusiyanın Avropadan əvvəl pulunun tükənəcəyi və bu iqtisadi tükənmənin Rusiyanı geri çəkilməyə məcbur edəcəyi ilə bağlı ehtimallar özünü doğrultmayıb.
O, Avropa İttifaqının artıq 170-180 milyard avro xərclədiyini, lakin müharibənin sonunun görünmədiyini qeyd edib. Orbanın sözlərinə görə, bu, qarşı tərəfin danışıqlardan imtina etdiyi müharibələr tarixində görünməmiş bir hadisədir. O, iddia edib ki, Avropa İttifaqı Ukraynanı növbəti münaqişəyə sövq etməməli və bunun əvəzinə Rusiya ilə danışıqlara başlamalıdır.
“Müharibə nə qədər uzun davam etsə, bir o qədər çox insan öləcək”, - o deyib.
Viktor Orbanın qaldırdığı ən aktual məsələlərdən biri Ukraynanın Aİ-yə potensial üzvlüyü olub. O, təkrar edib ki, belə bir addım bütün 27 üzv dövlətin yekdil dəstəyini tələb edəcək - Macarıstan isə bunu dəstəkləməyəcək.
"Macar xalqı Ukrayna ilə ittifaqda olmaq istəmir", - o bildirib. Orbanın fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü Macarıstanı faktiki olaraq müharibəyə sürükləyəcək:
“Biz ukraynalıların qəhrəmancasına mübarizəsinə rəğbət bəsləyirik, lakin onların taleyini bölüşmək istəmirik”.
Baş nazir bəyan edib ki, Macarıstan hökuməti Böyük Britaniya və Türkiyə ilə əldə etdiyi razılaşmalara bənzər Ukrayna ilə ikitərəfli tərəfdaşlığı dəstəkləyir, lakin tam üzvlüklə bağlı deyil.
"Ukraynanı Aİ-yə qəbul etsək, Rusiya ilə müharibə vəziyyətində olacağıq. Biz Ukrayna üçün ölmək istəmirik", - deyə o, macarların həyat və mənafelərinin qorunmasının vacibliyini vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!