Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
9-11-2025, 18:00
"ABŞ-la danışıqları bərpa etmək mümkün deyil"


"ABŞ-la danışıqları bərpa etmək mümkün deyil"

Hazırda ABŞ ilə danışıqları bərpa etmək imkanı yoxdur.
Bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
"Amerikalılar hər iki tərəf üçün bərabər danışıqlara hazır olduqda, danışıqlar mümkün ola bilər”, - o əlavə edib.
9-11-2025, 17:21
Bir daha ölkədə çevriliş olmayacaq - Japarov


Bir daha ölkədə çevriliş olmayacaq - Japarov

Qırğızıstanda bir daha heç vaxt dövlət çevrilişləri olmayacaq, hakimiyyət buna şərait yaratmayacaq.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
“Çevrilişlər olmayacaq. Birincisi, biz çevriliş üçün əsas verməyəcəyik. İkincisi, əvvəlki zəif dövlət artıq yoxdur. Dövlət artıq güclüdür. Üçüncüsü, xalq artıq kimi dəstəkləməli və kimin hakimiyyətdə olmalı olduğunu yaxşı bilir”, - Japarov bildirib.
9-11-2025, 15:36
İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir


İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir

İran hakimiyyəti Pakistanla Əfqanıstan arasında vəziyyətin normallaşmasına kömək etmək istəyir.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü pakistanlı həmkarı Məhəmməd İşaq Dar ilə telefon danışığı zamanı bildirib.
"Xarici işlər naziri Əraqçi bildirib ki, İran Pakistanla Əfqanıstan arasında son zamanlar ölümcül sərhəd toqquşmalarından sonra daha da kəskinləşən gərginliyi azaltmağa kömək etməyə hazırdır", - məlumatda bildirilib.
Əraqçi vəziyyətdən narahatlığını bildirib və tərəfləri nüfuzlu regional dövlətlərin dəstəyi ilə dialoqu davam etdirməyə çağırıb. Əraqçi və Dar, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.
9-11-2025, 15:21
ABŞ-də helikopter qəzası: ölən və yaralılar var


ABŞ-də helikopter qəzası: ölən və yaralılar var

ABŞ-nin Tennessi ştatının Uilson dairəsində tibbi helikopterin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb, daha iki nəfər ciddi xəsarət alıb.
Bu barədə Vanderbilt Universiteti Tibb Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, qəza anında "Vanderbilt LifeFlight" helikopterinin göyərtəsində yalnız üç ekipaj üzvü olub.
Qəza zamanı xəsarət alanlara Vanderbilt Universitetinin xəstəxanasında tibbi yardım göstərilib.
9-11-2025, 13:57
Almaniya 3 milyard avroluq silah alır


Almaniya 3 milyard avroluq silah alır

Almaniya hökuməti hərbi qüvvələrinin genişmiqyaslı artırılması çərçivəsində yeni avadanlıqlar alacaq.
“Almaniya “Airbus SE”dən üç milyard avroluq silah və texnika, xüsusən də 20 yüngül döyüş helikopteri almağı planlaşdırır. Siyahıya təxminən bir milyard avro dəyərində “Hensoldt AG” və “Theon International” şirkətlərindən 100.000 gecə görmə cihazı da daxildir.
Müdafiə Nazirliyi həmçinin “Diehl” şirkəti tərəfindən istehsal edilən əlavə 1,2 milyard avro dəyərində İRİS-T SLM hava hücumundan müdafiə raketlərinin alınması üçün təsdiq tələb edir”, - məlumatda bildirilib.
9-11-2025, 12:52
Portuqaliyada kütləvi etirazlar


Portuqaliyada kütləvi etirazlar

Portuqaliyanın paytaxtı Lissabonda minlərlə insan Baş nazir Luis Monteneqronun hökumətinin təklif etdiyi yeni əmək qanunlarına etiraz edib.
Bu barədə Portuqaliya mediası məlumat yayıb.
Məlumata görə, ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatı olan CGTP-nin təşkil etdiyi aksiya “Hamı Lissabona” şüarı altında keçirilib. Etirazçılar həm dövlət, həm də özəl sektor işçilərindən ibarət olub.
Etirazların səbəbi hökumətin 2025-ci ilin sentyabrında təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklərdir.
Aksiya iştirakçıları hesab edir ki, yeni qaydalar işçi hüquqlarını pozur və istismarı artırır. Dəyişikliklər işçilərin işdən çıxarılmasını asanlaşdırmağı, autsorsinq məhdudiyyətlərinin yumşaldılmasını və “fərdi vaxt bankları”nın yaradılmasını nəzərdə tutur. Bu sistem işçilərə gündə iki əlavə saat işləməyə imkan verir.
9-11-2025, 12:38
Əfqanıstandan çıxmaq böyük məğlubiyyət idi - Stoltenberq


Əfqanıstandan çıxmaq böyük məğlubiyyət idi - Stoltenberq

2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarması NATO-nun ən böyük məğlubiyyəti oldu.
Bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
“Bu, NATO-nun ən böyük məğlubiyyəti idi. Amma mən hesab edirəm ki, bir çox insanın bütün ağrı və əzablarına baxmayaraq, Əfqanıstanı tərk etmək düzgün qərar idi”, - Stoltenberq bildirib.
8-11-2025, 11:50
Türkiyədə fabrikdə dəhşətli yanğın - 6 nəfər ölüb


Türkiyədə fabrikdə dəhşətli yanğın - 6 nəfər ölüb

Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.
Hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.
Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.
Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.
7-11-2025, 21:46
Netanyahu barədə həbs qərarı verildi


Netanyahu barədə həbs qərarı verildi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahunun da daxil olduğu 37 nəfər barədə “soyqırım” ittihamı ilə həbs qərarı verib.
Məlumata görə, qərar Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində çoxsaylı mülki şəxsin, xüsusilə qadın və uşaqların həlak olması ilə bağlı aparılan istintaq çərçivəsində qəbul edilib.
Prokurorluq sözügedən şəxslərin beynəlxalq hüquqa əsasən “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” törətdiyini iddia edir.
Hazırda Türkiyə tərəfindən beynəlxalq axtarış və hüquqi prosedurların başladılması istiqamətində addımlar atılır.
6-11-2025, 18:06
Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi


Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi

"Bizə zəmanət verilib ki, Zəngəzur məsələsi ilə bağlı İrana heç bir təhdid olmayacaq".
“Tasnim”in məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Arakçi Həmədanda tələbələrlə görüşündə bildirib.
"Biz regionun sərhədlərində və ya geosiyasətində heç bir dəyişiklik qəbul etmirik və inanırıq ki, regional təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu regional əməkdaşlıqdır və bizim ideyamız "3+3" formatıdır. Zəngəzur məsələsi ilə bağlı birbaşa əlaqə saxlayırıq və bizə zəmanət verilib ki, İrana heç bir təhdid olmayacaq. Əlbəttə ki, biz vəziyyəti izləyirik".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!