TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-03-2026, 13:00
SEPAH-ın yeni komandiri - Yəhudilərə dağ çəkmiş Vahidi kimdir?


SEPAH-ın yeni komandiri - Yəhudilərə dağ çəkmiş Vahidi kimdir?

Keçmiş müdafiə və sabiq daxili işlər naziri Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandiri təyin edilib.
Təyinat SEPAH rəisi Məhəmməd Pakpur da daxil olmaqla bir neçə yüksək rütbəli İran hərbi komandirinin öldürülməsindən sonra baş tutub. Xatırladaq ki, Məhəmməd Pakpur fevralın 28-də öldürülüb.
General-mayor Əhməd Vahidi 27 iyun 1958-ci ildə İranın Şiraz şəhərində anadan olub.
Əsl ad və soyadı Əhməd Şah Çeraqidir.
Elektronika üzrə bakalavr və sənaye mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. İmam Sadiq Universitetindən strateji tədqiqatlar üzrə doktorluq dərəcəsi alıb.
O, israillilərə və amerikalılara qarşı hücumlar təşkil edən Qüds Qüvvələrinin keçmiş komandiridir. Bu istiqamətdə ən ölümcül hücum 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzində baş verib. Bu hücum Holokostdan bəri yəhudilərin ən böyük kütləvi qətliamı olub. Argentina kəşfiyyat orqanları və Mossad tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, əməliyyatın arxasında İran dayanır və hücumun təşkilatçısı Əhməd Vahidi olub. Nəticədə, İnterpol Vahidini 2007-ci ildə axtarış siyahısına salıb.
14 noyabr 2022-ci ildə o, "İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə" bütün Avropa Birliyi ölkələrinin sanksiya siyahısına əlavə edilib.
1-03-2026, 12:54
İsraildən Tehrana şiddətli hava zərbələri - SON DƏQİQƏ


İsraildən Tehrana şiddətli hava zərbələri - SON DƏQİQƏ

İsrail Hərbi Hava Qüvvələri Tehrana genişmiqyaslı hava zərbələri endirir.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində rejiminin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirir.
Bildirilib ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri bir sıra zərbələr endirib, məqsəd “hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq”dır.
1-03-2026, 12:11
Dubay “ölü şəhər”ə çevrildi – Son durum


Dubay “ölü şəhər”ə çevrildi – Son durum

İranın BƏƏ də daxil olmaqla Yaxın Şərqdə müxtəlif hədəflərə qarşı davam edən cavab zərbələri fonunda Dubayda təhlükəsizlik tədbirləri gücləndirilib.
Şəhərdə bir sıra ictimai məkanlar, o cümlədən çimərliklər müvəqqəti olaraq bağlanıb. Palm Jumeirah ərazisində və digər sahil zonalarında üzgüçülüyə qadağa tətbiq edildiyi bildirilir. Otellərin hovuzlarının da boş olduğu qeyd olunur.
Sosial şəbəkələrdə yayılan fotolarda Dubayın mərkəzi küçələrinin boş göründüyü müşahidə edilir. Telegram kanalının bir abunəçisi şəhərdə vəziyyəti “sakit və boş” kimi təsvir edib, yollarda yalnız arabir avtomobillərin hərəkət etdiyini bildirib. Yerli sakinlərin əksəriyyətinin evlərində qaldığı iddia olunur.
Şahidlərin sözlərinə görə, son zərbələr təxminən yarım saat əvvəl qeydə alınıb və bir neçə partlayış səsi eşidilib. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
1-03-2026, 11:49
Təl-Əvivə raket hücumu: onlarla bina zərər gördü, yaralılar var


Təl-Əvivə raket hücumu: onlarla bina zərər gördü, yaralılar var

Tel Aviv şəhərində gecə saatlarında baş verən raket hücumu nəticəsində 40-a yaxın yaşayış binasına ziyan dəyib. Bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.
Hücumdan sonra təhlükəsizlik məqsədilə 200-dən çox sakin müvəqqəti olaraq otellərə yerləşdirilib. Zərər görmüş binalarda texniki baxış və qiymətləndirmə işləri aparılır.
Şəhərin əsas tibb müəssisələrindən olan Ichilov Hospital (İçilov xəstəxanası) müharibə başlayandan bu günədək ümumilikdə 74 yaralının qəbul edildiyini açıqlayıb. Onlardan 25-i məhz ötən gecə baş verən hücum zamanı xəsarət alıb.
Yaralıların vəziyyəti ilə bağlı detallı məlumat verilməsə də, həkimlərin tibbi müdaxiləni davam etdirdiyi bildirilir.
Hazırda şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Raket hücumlarının nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar fəaliyyətini davam etdirir.
1-03-2026, 11:20
Dubayda partlayış - yaralılar var


Dubayda partlayış - yaralılar var

İranın həyata keçirdiyi cavab zərbələri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində partlayışlar qeydə alınıb.
Dubayda, o cümlədən Palm Cümeyra bölgəsində yerləşən “Fairmont The Palm” hotelinin ətrafında tüstü qalxdığı bildirilib. Bundan başqa, Cəbəl Əli limanı yaxınlığında da partlayışdan sonra tüstü müşahidə olunub.
Dubay Media Ofisinin yaydığı açıqlamaya əsasən, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən pilotsuz uçuş aparatlarının qalıqları iki yaşayış evinin üzərinə düşüb. Nəticədə iki nəfər xəsarət alıb.
Hadisələrlə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi bildirilir.
1-03-2026, 11:11
Xameneinin ölümü: İraqda üçgünlük matəm


Xameneinin ölümü: İraqda üçgünlük matəm

İraqda İranın ali dini lideri Əli Xameneinin vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub.
Bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, matəm günlərində İraqda dövlət bayraqları endiriləcək, rəsmi tədbirlər təxirə salınacaq və ölkə üzrə anım mərasimləri keçiriləcək. Rəsmi Bağdad hələlik geniş bəyanat yaymasa da, hökumətə yaxın mənbələr qərarın İranla münasibətlərin strateji xarakteri nəzərə alınaraq qəbul edildiyini bildirir.
Qeyd edək ki, Əli Xamenei 1989-cu ildən İranın ali dini lideri idi və ölkənin siyasi sistemində ən yüksək qərarverici fiqur hesab olunurdu. Onun vəfatı regionda siyasi proseslərə təsir göstərə biləcək mühüm hadisə kimi dəyərləndirilir.
1-03-2026, 11:06
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi: İrana başsağlığı verdi


Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi: İrana başsağlığı verdi

Ermənistanda Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, Baş nazirin aparat rəhbəri Araik Harutyunyan, parlamentin sədr müavini Ruben Rubinyan, parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan, parlamentin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan da iştirak edibilər.
Təhlükəsizlik Şurasının iclasına Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan İran İslam Respublikasında və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı geniş hesabat təqdim edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazirin əmri ilə yaradılmış qurumlararası işçi qrupunun fəaliyyəti ilə bağlı hesabat təqdim edib.
İclasda Baş nazir lazımi tapşırıqlar verib. İştirakçılar İrandakı hadisələrlə bağlı dərin təəssüflərini bildirib, qurbanlara başsağlığı verib və sülhün tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar.
1-03-2026, 11:00
İran müdafiə nazirinin ölümü təsdiqləndi


İran müdafiə nazirinin ölümü təsdiqləndi

İranın müdafiə naziri Əziz Nəsirzadənin həlak olduğu rəsmən təsdiqlənib.
Hadisə ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbələr fonunda baş verib.
1-03-2026, 10:53
ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər - İran parlamentinin sədri


ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər - İran parlamentinin sədri

“Biz bütün ssenarilərə hazırlaşmışıq və hətta imam Xameneinin ölümünə belə”, - bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
Qalibaf deyib ki, ABŞ və İsrail "qırmızı xətt”i keçiblər və bunun bədəlini ödəməlidirlər.
"İslam Respublikası üçün bu müharibə sadəcə mövcudluq deyil; son qisas vaxtı gəlib çatıb.
Biz amerikalılar və israillilərlə hesablaşacağıq. Siz “qırmızı xətt”imizi keçmisiniz - sizə elə sarsıdıcı zərbələr endirəcəyik ki, özünüz mərhəmət diləməyə məcbur olacaqsınız", - Qalibaf deyib.
İranda ali dini lideri Seyid Əli Xamenei ötən gecə ABŞ və İsrailin hava zərbələri nəticəsində Tehrandakı iqamətgahında öldürülüb.
1-03-2026, 10:45
İran Baş Qərargah rəisinin ölümü təsdiqləndi


İran Baş Qərargah rəisinin ölümü təsdiqləndi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdolrəhim Musəvinin həlak olduğu təsdiqlənib.
Hadisənin detalları və ölümün başvermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.
General-leytenant Musəvi uzun illər İran Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb və ölkənin hərbi-strateji planlaşdırma sistemində mühüm fiqurlardan biri hesab olunurdu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!