Təbrik Edirik! .....                        Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                       
22-01-2023, 23:41
İrandan Qərb ölkələrinə xəbərdarlıq mesajı


İrandan Qərb ölkələrinə xəbərdarlıq mesajı

Avropa Parlamentinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu kimi tanımasına qarşı Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. O bildirib ki, Almaniya xarici işlər naziri kimi bəzi "təcrübəsiz" avropalı diplomatlar bu prosesə rəhbərlik edir. Nazir qeyd edib ki, əgər Avropa "səhvindən dönməzsə", bütün yollar nəzərdən keçirilə bilər. Qeyd edək ki, yanvarın 19-da Avropa Parlamenti İrana qarşı daha çox sanksiyaların tətbiqi, İran lideri Ayətullah Əli Xamenei və prezident İbrahim Rəisiyə qarşı sanksiyaların tətbiqi və SEPAH-ın terrorçu kimi tanınması tələblərini özündə əks etdirən məcburi olmayan qətnamə qəbul edib. Onu da bildirək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1970-ci ildə qüvvəyə minib. Hazırda 191 ölkənin iştirakçısı olduğu saziş nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə silahlarından imtina edilməsi prinsiplərini nəzərdə tutur.
22-01-2023, 23:37
Gürcüstan sülhə maraqlıdır və öhdəliklərini yerinə yetirməyə hazırdır


Gürcüstan sülhə maraqlıdır və öhdəliklərini yerinə yetirməyə hazırdır

"Gürcüstan Cənubi Qafqazda sülhün olmasında maraqlıdır və bunun üçün öz üzərinə konkret öhdəliklər götürməyə hazırdır". Bunu hakim “Gürcü arzusu”ndan olan deputat Mixail Sarjveladze deyib. "Regionda, bizə yaxın ərazidə hərbi əməliyyatlardan heç kimə fayda gələ bilməz. Gürcüstan sülhdə maraqlıdır və səylərimizin səmərəli olması üçün üzərinə konkret öhdəliklər götürməyə və konkret funksiyaları yerinə yetirməyə hazırdır", - deyə deputat bildirib.
22-01-2023, 23:28
Polşanın baş naziri Ukraynaya hərbi dəstəkdən danışdı


Polşanın baş naziri Ukraynaya hərbi dəstəkdən danışdı

Polşanın baş naziri Mateuş Moraveyski Ukraynaya tank tədarükündən danışıb. O, yeni koalisiyanın yaradılması ehtimalına münasibət bildirib. "Almaniya "Leopard" tanklarının tədarükünə razı olmasa, biz daha bir koalisiya yaradacağıq. Ukraynada qan tökülməsinə passiv şəkildə oturub baxmayacağıq. Almaniya ilə və ya Almaniyasız Ukrayna və Avropa bu müharibədə qalib gələcək. Biz müasir texnikaların bir hissəsini "qurban verməyə" hazır olan ölkələrdən ibarət daha kiçik bir koalisiya yaradacağıq", - deyə Moraveyski söyləyib. O əlavə edib ki, Almaniyanın mövqeyi qəbuledilməzdir və əgər Berlin tankların tədarükünə mane olmadığını deyirsə, onda Berlinin tankalrın göndərilməsini dəstəkləməsi ilə bağlı konkret bəyanatlarını eşitmək istərdi.
22-01-2023, 17:59
Zelenski Britaniyanın baş naziri ilə görüşdü


Zelenski Britaniyanın baş naziri ilə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın sabiq baş naziri Boris Consonla görüşüb. Bu barədə "Unian" məlumat yayıb. Görüş Consonun Ukraynaya səfəri çərçivəsində baş tutub. "Kiyevdə Ukraynanın gerçək dostu Boris Consonu salamlayıram. Dəstəyə görə çox sağ ol, Boris!", - deyə Zelenski qeyd edib.

22-01-2023, 17:58
İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışı oldu


İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışını edib. 1 ay müddətinə metrodan istifadənin pulsuz olacağı elan olunub. 34 kilometrlik yeni metro xəttində 90-120 kilometr/saat sürətini yığmaq mümkün olacaq. İnkişaf planına əsasən, xətt gələcəkdə 69 kilometrə çatdırılacaq.
22-01-2023, 17:54
Dünyada yeni hərbi ittifaq yarana bilər - Medvedev


Dünyada yeni hərbi ittifaq yarana bilər - Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Ramşteyn görüşünə münasibət bildirib. O, "Telegram" kanalında bu barədə yazıb. "Ramşteyndəki görüş və Kiyevə ağır silahların verilməsi heç bir şübhə yeri qoymur ki, düşmənlərimiz sona qədər bizi yormağa, məhv etməyə çalışacaqlar. Və onların kifayət qədər silahları var. Lazım gələrsə, yeni silahların istehsalına başlayacaqlar. Dünyada yeni hərbi ittifaq yarana bilər", - deyə Medvedev qeyd edib.
22-01-2023, 17:48
Rusiyadan illərdir davam edən enerji asılılığından qurtulduq - Borrell


Rusiyadan illərdir davam edən enerji asılılığından qurtulduq - Borrell

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyadan enerji asılılığı barədə danışıb. O, "Diario" qəzetinə müsahibəsində bu mövzuya toxunub. Borrel bildirib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığından qurtulub. "Bir neçə ay ərzində biz Rusiya Federasiyasından illərdir davam edən enerji asılılığını aradan qaldırdıq", - o deyib. Borrelin fikrincə, enerji bazarındakı gərginliyi artıq Ukrayna hadisələri ilə əlaqələndirmək olmaz. "Bu, enerji sektorunda struktur problemidir və xüsusən də qaz və elektrik enerjisi qiymətləri arasındakı əlaqədir", - deyə Aİ rəsmisi söyləyib. Borrel Ukraynaya tank verilməsi məsələsinə də toxunaraq bunun Almaniyanın mövqeyi ucbatından gecikdiyini bildirib və Kiyevə tank tədarükü məsələsini vacib hesab etdiyini vurğulayıb.
22-01-2023, 17:13
Zelenski xalqını Birlik Günü münasibətilə təbrik etdi


Zelenski xalqını Birlik Günü münasibətilə təbrik etdi

Ukrayna prezidenti Volodimir Zelenski xalqı Birlik Günü münasibətilə təbrik edib. Bu barədə "Unian" məlumat yayıb. "Ukrayna vahiddir, ona görə də güclüdür. Ukrayna güclüdür, ona görə də vahiddir. Birlik Gününüz mübarək, məğlubedilməzlər", - deyə o söyləyib. Qeyd edək ki, bu gün Ukraynada Birlik Günüdür.
22-01-2023, 17:07
Kiyev rejiminə silah tədarükü qlobal fəlakətə səbəb olacaq - Rusiya spikeri


Kiyev rejiminə silah tədarükü qlobal fəlakətə səbəb olacaq - Rusiya spikeri

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Qərbin Ukraynaya silah tədarükündən danışıb. Spiker bu barədə "Telegram" kanalında yazıb. O, ABŞ və NATO-nun Rusiya Federasiyasına zərbələr endirmək üçün Ukraynaya silah tədarükünə cavabın daha güclü silahlardan istifadə edilməklə veriləcəyini bəyan edib. "Kiyev rejiminə (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) hücum silahlarının tədarükü qlobal fəlakətə gətirib çıxaracaq. Əgər Vaşinqton və NATO ölkələri mülki obyektlərə və şəhərlərə zərbələr endirmək üçün istifadə olunacaq silahları Ukraynaya tədarük etsələr və təhdid etdikləri kimi ərazilərimizi ələ keçirməyə çalışsalar, bu, daha çox silahdan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq", – deyə Volodin qeyd edib.
22-01-2023, 16:39
Yeni Zenlandiyanın baş naziri bəlli oldu


Yeni Zenlandiyanın baş naziri bəlli oldu

Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins ölkənin Baş naziri seçilib. Bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb. O, Casinda Ardernin istefasından sonra hökumətə sədrlik edəcək. K.Hipkins Yeni Zelandiya Leyboristlər Partiyasının yeni lideri seçildikdən sonra Casinda Ardern istefasını general qubernatora təqdim edəcək və ölkənin 41-ci Baş naziri and içəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!