"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
22-02-2023, 23:54
Ermənistandan gələn yük maşınları keçid məntəqəsində qalıb


Ermənistandan gələn yük maşınları keçid məntəqəsində qalıb

Ermənistandan gələn 2000-dən çox yük maşını Kazbek-Yuxarı Lars gömrük keçid məntəqəsində qalıb. Bu barədə Ermənistanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstan və Rusiya sərhədində toplanan yük maşınları hər iki istiqamətdə keçid gözləyir. Rusiya mətbuatının yaydığı xəbərə görə, bundan əvvəl Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun bir hissəsi olan Qudauri-Kobidə mümkün qar uçqunları səbəbindən hərəkət qadağan edilib.
22-02-2023, 23:47
İsrailin Suriyaya endirdiyi raket zərbələri nəticəsində iranlı məmur ölüb


İsrailin Suriyaya endirdiyi raket zərbələri nəticəsində iranlı məmur ölüb

Ötən həftənin bazar günü İsrail ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və raket istehsalı edilən obyektinə dəyib. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və bir iranlı məmur ölüb. Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı ümumilikdə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
22-02-2023, 23:31
İspaniyadan Ukraynaya tank yardımı


İspaniyadan Ukraynaya tank yardımı

İspaniya Ukraynaya hazırda təmirdə olan 6 ədəd "Leopard-2A4" tankı göndərəcək. Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib. "Ehtiyac olarsa və müttəfiqlərimiz tələb etsələr, bu rəqəm artacaq", - deyə nazir əlavə edib. Ekspertlərin sözlərinə görə, İspaniya ordusunda ümumilikdə 108 ədəd "Leopard-2A4" tankı var. Onların təxminən yarısı Şimali Afrikada, daha 53-ü isə Saraqosa yaxınlığındakı hərbi bazada saxlanılır.
22-02-2023, 23:28
Bayden moldovalı həmkarıyla görüşüb


Bayden moldovalı həmkarıyla görüşüb

ABŞ Prezidenti Co Bayden moldovalı həmkarı Maya Sandu ilə görüşüb. Görüş Polşanın paytaxtı Varşavada baş tutub. Görüş zamanı liderlər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Sandu Baydeni ölkəsinə səfərə dəvət edib.
22-02-2023, 16:23
Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdi


Putin Çinin baş diplomatıyla bir sıra məsələləri müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Çinin baş diplomatı Vanq Yi ilə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məluamt yayıb. Görüş zamanı Vanq Yi Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini və durmadan inkişaf etdiyini bildirib. Putin Çin lideri Si Cinpinin Moskvada gözlədiyini deyib. "Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib", - deyə çinli diplomat bildirib. Putinin sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq. 2022-ci ilin sonunda dövriyyə 190 milyard dollar təşkil edib.
22-02-2023, 16:12
Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaq


Ərdoğan yeni ayda seçkilərin tarixini açıqlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da ölkədə seçkilərin keçirilməsi ilə bağlı qərarını açıqlayacaq. Bunu eksklüziv açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib. “Hesab edirəm ki, Türkiyədə prezident seçkiləri əvvəlcədən açıqladığımız tarixdə baş tutacaq. Biz AKP olaraq seçkilərin keçirilməsinin tərəfdarıyıq. Qismət olarsa, seçkilərin həmin vaxtda keçirilməsini dəstəkləyirik”,- deyə deputat bildirib. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib. Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.
22-02-2023, 12:46
ABŞ Ukraynaya yeni funksiyalara sahib bombalar verəcək


ABŞ Ukraynaya yeni funksiyalara sahib bombalar verəcək

ABŞ Ukraynaya 72 kilometrə qədər uzaqmənzilli və yüksəkdəqiqlikli bombalar verəcək. Bu barədə "Bloomberg" yazıb. Nəşrin məlumatına görə, söhbət "Jdam-ER"lərdən gedir. Onların çəkisi 220-900 kiloqram arasında dəyişir. Bu vasitə ilə digər bombalar da idarə olunan hərbi sursata çevrilə bilər. "Belə bir bomba atıldıqdan sonra qanadlarını genişləndirir, bu da uçuş məsafəsini üç dəfə artırır", - deyə qeyd olunub. Pentaqon tədarük barədə rəsmi elan verməsə də, "Bloomberg"in məlumatına görə, ABŞ və Ukrayna bu barədə razılığa gəliblər.
22-02-2023, 01:49
Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden


Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden

2024-cü ildə NATO sammiti ABŞ-da keçiriləcək. Bu barədə ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı məlumat verib. O qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Bayden, həmçinin bildirib ki, gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcək. "Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, - ABŞ lideri deyib.
22-02-2023, 00:39
Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden


Gələn il NATO-nun sammiti ABŞ-da keçiriləcək - Bayden

2024-cü ildə NATO sammiti ABŞ-da keçiriləcək. Bu barədə ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı məlumat verib. O qeyd edib ki, ABŞ tərəfdaşları ilə birlikdə Ukraynanı müdafiə etməyə davam edəcək. Bayden, həmçinin bildirib ki, gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcək. "Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, - ABŞ lideri deyib.
22-02-2023, 00:35
Putin nüvə sazişinin ləğviylə bağlı qanun layihəsini Dumaya təqdim edib


Putin nüvə sazişinin ləğviylə bağlı qanun layihəsini Dumaya təqdim edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-la imzalanan nüvə sazişinin ləğv edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib. Bu barədə Kreml məlumat yayıb. “Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilənin fəaliyyətinin Rusiya Federasiyası tərəfindən dayandırılması haqqında” qanun layihəsi Dövlət Dumasında müzakirə olunacaq. Qeyd edək ki, Putin bu gün parlamentdə çıxışı zamanı Rusiyanın müqaviləni tərk edəcəyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!