“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
17-05-2023, 21:43
Paşinyanın oğlunun oğurlanmasıyla bağlı şəxs saxlanıldı


Paşinyanın oğlunun oğurlanmasıyla bağlı şəxs saxlanıldı

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı bir nəfəri saxlayıb. Hadisə ilə əlaqədar müharibədə ölən erməni hərbçinin anası tutulub. İstintaq Komitəsi insidentə görə (adam oğurluğu maddəsi) cinayət işi açıb. Aşot Paşinyanı oğurlamaqda ittiham edilən “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatı hadisə ilə bağlı məlumat yayıb. Təşkilatın üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. Onun sözlərinə görə, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər. Erməni hərbçilərdən birinin anası ona Yerablur hərbi panteonuna getməyi, "atası və anasının nə etdiyini" görməyi təklif edib. "Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb", - Qaleyan deyib.
17-05-2023, 20:38
İranda “həyat yoldaşı tapmaq mərkəzləri” yaradıldı


İranda “həyat yoldaşı tapmaq mərkəzləri” yaradıldı

İranda ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətin 33 nöqtəsində "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb. Bu barədə İranın Gənclər və İdman İdarəsinin səlahiyyətli şəxsləri məlumat yayıblar. Bildirilib ki, məqsəd evlənmək istəyən vətəndaşlara yardım etməkdir. Evləndirmə mərkəzləri məscid və mədəniyyət mərkəzlərində yerləşir və hələ ki pulsuz fəaliyyət göstərəcək. Qeyd edək ki, özünü İslam ölkəsi adlandıran İranda "həyat yoldaşı tapmaq mərkəzləri"nin yaradılması birmənalı qarşılanmayıb.
17-05-2023, 19:45
Qərbin vasitəçilikdə müsbət nəticələrini görmürük - Zaxarova


Qərbin vasitəçilikdə müsbət nəticələrini görmürük - Zaxarova

Moskva Ermənistan-Azərbaycan prosesində Qərbin vasitəçiliyinin müsbət nəticələrini görmür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. O qeyd edib ki, Qərb gündəmi yarımçıq qoyaraq Rusiya Federasiyasının nailiyyətlərini öz üzərinə götürmək istəyir. Zaxarova, həmçinin bildirib ki, Qərbin səylərinin heç bir konstruktivliyi və real nəticəsi yoxdur. "Rusiya tərəfi nəticə verən addımları yüksək qiymətləndirir. Amma Qərbin timsalında, hələ ki qiymətləndirəcək heç nə yoxdur", - XİN rəsmisi vurğulayıb.
17-05-2023, 18:07
Taxıl sazişi iki ay uzadıldı


Taxıl sazişi iki ay uzadıldı

Taxıl sazişinin müddəti daha iki ay uzadılıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı ilə bağlıdır.
17-05-2023, 17:33
Qazaxıstan və Çin qarşılıqlı viza tələblərinin ləğviylə bağlı saziş imzaladı


Qazaxıstan və Çin qarşılıqlı viza tələblərinin ləğviylə bağlı saziş imzaladı

Qazaxıstan və Çin viza tələblərindən azad olmaq barədə razılığa gəliblər. Bildirilib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı Qazaxıstan və Çin hökumətləri arasında viza tələblərindən qarşılıqlı azad olmağa dair saziş imzalanıb. Bundan əvvəl qazaxıstanlıların Çində 30 günə qədər vizasız qala biləcəyi bildirilirdi.
17-05-2023, 16:40
Paşinyan AŞPA rəhbəriylə Laçın dəhlizini müzakirə etdi


Paşinyan AŞPA rəhbəriylə Laçın dəhlizini müzakirə etdi

Ermənistan baş naziri Nikol Paşinyan İslandiyanın paytaxtı Reykyavikdə AŞPA rəhbəri Tini Koksla görüşüb. Bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb. Keçirilən görüşdə Laçın dəhlizi ətrafındakı vəziyyət müzakirə olunub. Məlumata görə, Ermənistanın baş naziri Rumıniya və Lüksemburqdan olan həmkarları ilə də danışıqlar aparıb.
17-05-2023, 16:28
Ermənistana ticarət axınında şübhəli artım müşahidə olunur - Aİ


Ermənistana ticarət axınında şübhəli artım müşahidə olunur - Aİ

Avropa İttifaqı Qərb ölkələrindən Ermənistana, oradan da Rusiyaya ticarət axınında şübhəli artım müşahidə edir. Bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib. Onun fikrincə, Avropa İttifaqı ölkələrinin gömrük sistemlərindəki boşluqlardan istifadə edərək, sanksiyalardan yayınmağa cəhd edirlər. "Sanksiyalardan yayınmağın müəyyən yolları var. Bunu gömrük sistemlərindəki boşluqlar vasitəsilə həyata keçirməyə çalışırlar. Ticarət yolu ilə sanksiyalardan yayınmağın variantları mövcuddur. Avropa ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana gələn malların Rusiyaya ixrac edilməsində artım qeydə alınıb", - Avrokomissar vurğulayıb.
17-05-2023, 15:03
Aİ ölkələri şirkətlərinin Rusiyadan çıxmasına kömək etmək istəyir


Aİ ölkələri şirkətlərinin Rusiyadan çıxmasına kömək etmək istəyir

Avropa İttifaqı (Aİ) ölkələri şirkətlərinin "müharibənin maliyyələşdirilməsi üçün vergi tutulacağı" qorxusuna görə Rusiyadan çıxmasına kömək etmək istəyirlər. Aİ-nin müzakirə etdiyi 11-ci anti-Rusiya sanksiyalar paketi maliyyə əməliyyatları və hüquqi xidmətlər üçün xüsusi icazələri nəzərdə tutur. Qeyd olunub ki, əgər bu vəsaitlər “Rusiyada bu şəxs və ya təşkilatla yaradılmış və ona məxsus olan birgə müəssisə və ya oxşar hüquqi razılaşmanın bağlanması üçün ciddi şəkildə zəruri olan əməliyyatları fevralın 28-dən əvvəl başa çatdırmaq üçün lazımdırsa", Aİ ölkələri sanksiyaya məruz qalan rusiyalılara maliyyə köçürmələrinə icazə verə biləcəklər. Əməliyyatların 2023-cü il avqustun 31-dək bağlanmasının lazım olacağı dəqiqləşib. Bildirilib ki, Aİ Avropa hüquq firmalarının rusiyalı müştərilərə kommersiya xidmətləri göstərməsinə qoyulan qadağanı yumşaldacaq. Aİ-yə üzv dövlətlərin səlahiyyətli orqanları 31 dekabr 2023-cü ilə qədər əməliyyatların tamamlanması üçün məcburi olan hüquqi xidmətlərin göstərilməsinə icazə verə bilər.
17-05-2023, 14:10
Rusiya görür ki, Ukraynaya silah tədarükü artır - Peskov


Rusiya görür ki, Ukraynaya silah tədarükü artır - Peskov

"Taxıl sövdələşməsinin taleyi ilə bağlı qərar açıqlanmasa da, onun elanını gözləmək, perspektivlərdən hipotetik danışmamaq lazımdır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası görür ki, Ukraynaya silah tədarükü və onun texniki xüsusiyyətləri artır", - deyə o bildirib.
17-05-2023, 12:41
Putin iranlı həmkarıyla Rəst-Astara dəmir yolu barədə saziş imzaladı


Putin iranlı həmkarıyla Rəst-Astara dəmir yolu barədə saziş imzaladı

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların inkişafı üçün Rəşt-Astara dəmir yolunun yaradılması üzrə əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması mərasimində iştirak ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Mərasim videokonfrans formatında baş tutub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!