“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
16-05-2023, 12:53
KTMT-dən çıxmaq gündəlikdə olan məsələ deyil - Ermənistan XİN


KTMT-dən çıxmaq gündəlikdə olan məsələ deyil - Ermənistan XİN

"KTMT-dən çıxmaq mümkünlüyü müzakirə olunub, amma indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur". Bu barədə Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məsələ 2022-ci ilin sentyabrında Təhlükəsizlik Şurasının iclasında qaldırılıb, amma belə bir addım atmamaq, İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb. "Daha sonra İrəvan görüşündə bəzi məsələlər müzakirə olundu, hazırda iş davam edir. Yaxın vaxtlarda təşkilatın Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatı ilə bağlı müzakirələr davam etdiriləcək", - o əlavə edib. Diplomat qeyd edib ki, regionda vəziyyət ağırdır və Ermənistan KTMT-nin üzvü olmaqla üzərinə öhdəliklər götürərək müəyyən nəticələrə ümid etməkdə davam edir. "Ermənistanla Azərbaycan arasında dialoq üçün eyni vaxtda bir neçə platformadan, o cümlədən Rusiya platformasından istifadə olunur", - Mirzoyanın müavini deyib.
16-05-2023, 12:11
Ermənistanın silahlanmasına kömək etməliyik - Fransız rəhbər


Ermənistanın silahlanmasına kömək etməliyik - Fransız rəhbər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etmək qərarına gəlib. Bu barədə İsrailin "İ24NEWS" nəşri məlumat yayıb. İddiaya görə Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək. Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün sistem qurmağa hazırlaşmağa başlayıb. Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükü barədə açıqlama verib. “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - o bildirib.
16-05-2023, 11:07
Akar seçkilərlə bağlı sualları cavablandırdı


Akar seçkilərlə bağlı sualları cavablandırdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar AKP Kayseri vilayət təşkilatında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, "ATA İttifaqı"nın namizədi Sinan Oğanın ikinci turda "Cümhur İttifaqı" ilə əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı da danışıb. "Bunlar siyasətin aktor və faktorlarıdır. Bütün bu məsələlər siyasi tənlikdə hansısa şəkildə müzakirə edilər. Hər kəs öz yerini alar. Ağlabatan və məntiqli şəkildə. Bu mövzuda həm prezidentimiz, həm partiyamız lazımi təmasları və əlaqələri qurar, danışar, müzakirələr aparar, tədbirlər görər", - deyə o bildirib. Qeyd edək ki, Akar AKP-dən Kayseri üzrə deputat seçilib. Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.
15-05-2023, 21:28
Türkiyə və Azərbaycanla münasibətləri dəyişdirmək lazımdır - Paşinyan


Türkiyə və Azərbaycanla münasibətləri dəyişdirmək lazımdır - Paşinyan

Bütün qonşularla normal münasibətlərin qurulması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib. Baş nazir bildirib ki, qonşularla münasibətlərin olması ölkənin xarici siyasətinin əsas məqsədidir, lakin müəyyən psixoloji və praktiki problemlər var. "İrəvanın Gürcüstan və İranla yaxşı münasibətləri var, onları inkişaf etdirmək, təkmilləşdirmək lazımdır. Amma Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır", - deyə Paşinyan qeyd edib.
15-05-2023, 21:04
28 may üçün bu gündən işlərə başladıq - Ərdoğan


28 may üçün bu gündən işlərə başladıq - Ərdoğan

Türkiyə dünən dünyanın ən güclü demokratiya mədəniyyətinə sahib ölkələrindən biri olduğunu nümayiş etdirdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, 14 may seçkilərinin qalibi Türkiyə demokratiyası və 85 milyonluq xalqdır. "28 may üçün bu gündən işlərə başladıq. Həmin günə qədər dayanmadan, yorulmadan çalışıb əziz xalqımız üçün daşıdığımız məsuliyyəti yerinə yetirəcəyik", - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq. İlk turun nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb. Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib. İkinci turda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləməsinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını söyləyib.
15-05-2023, 18:56
Paşinyan İslandiyaya yollandı


Paşinyan İslandiyaya yollandı

Ermənistanın Baş naziri Nikol Paşinyan İslandiyaya gedib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. O, 16-17 may tarixlərində Avropa Şurasının dövlət və hökumət başçılarının Reykyavikdə keçiriləcək 4-cü sammitində iştirak edəcək. Qeyd edək ki, sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
15-05-2023, 18:36
Qazaxıstan prezidenti Ərdoğanı təbrik etdi


Qazaxıstan prezidenti Ərdoğanı təbrik etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Tokayev həmkarını mayın 14-də keçirilən prezident seçkilərinin birinci turunda liderliyi və AKP-nin rəhbərlik etdiyi ittifaqın uğurlu olması münasibətilə təbrik edib. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Ərdoğanı təbrik edib. Tərəflər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsini müzakirə ediblər.
15-05-2023, 16:08
Ukrayna əks-hücumda uğur qazanmasa Qərb tərəfdaşlarını itirəcək - General


Ukrayna əks-hücumda uğur qazanmasa Qərb tərəfdaşlarını itirəcək - General

Böyük Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat bildirib ki, Ukrayna əks-hücum əməliyyatında uğur qazanmasa Qərb tərəfdaşlarının dəstəyini itirəcək. O, bununla bağlı "Times" radiosuna danışıb. Onun sözlərinə görə, ukraynalıların doğru zamanda əks-hücuma başlaması vacibdir. "Alternativ variantda isə müharibə uzana bilər və bu da son nəticədə Putinin xeyrinə ola bilər. Belə olduğu halda Qərbin dəstəyi çox güman ki, azalacaq”.
15-05-2023, 15:31
İmran Xanın həyat yoldaşı sərbəst buraxıldı


İmran Xanın həyat yoldaşı sərbəst buraxıldı

Pakistanın Lahor şəhərinin məhkəməsi keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibini sərbəst buraxıb. O, girov müqabilində azad edilib. Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunur. İddialara görə, onlar “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-da saxlanılıb, lakin 3 gün sonra azadlığa buraxılıb.
15-05-2023, 15:21
Aİ liderlərindən Türkiyə xalqına təbrik


Aİ liderlərindən Türkiyə xalqına təbrik

Avropa İttifaqı liderləri Türkiyə xalqını 14 may seçkilərində yüksək fəallığa görə təbrik ediblər. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel dünən keçirilən birinci turda seçicilərin yüksək marağı ilə əlaqədar təbrik edərək, bunun demokratiyanın qələbəsi olduğunu vurğulayıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə bildirib: “Bu, Türkiyə xalqının seçkiyə getmək və səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qərarlı olduğunun və demokratik təsisatlara dəyər verdiyinin çox açıq göstəricisidir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!