Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
15-01-2023, 23:42
Avropanın Ukraynaya yeni hərbi yardımı bu aydan başlayacaq


Avropanın Ukraynaya yeni hərbi yardımı bu aydan başlayacaq

Qərb ölkələri yanvarın 20-də Ukraynaya yeni hərbi yardımı təsdiq edəcəklər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Handelsblatt" qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, Qərb ölkələrinin müdafiə nazirləri yanvarın 20-də Ramşteyn formatında görüş keçirəcək. Baş katibin sözlərinə görə, yeni yardım paketinə piyadaların döyüş maşınları, eləcə də yüngül tanklar daxil olacaq. “Mən yeni hərbi yardım elan edə biləcəyimizi gözləyirəm. ABŞ və Almaniyanın piyadaların döyüş maşını göndərmə qərarını, Fransanın yüngül tanklar göndərmək qərarını alqışlayıram. Əminəm ki, digər müttəfiqlər də Ramşteyndə yeni yardım elan edəcəklər”, - Stoltenberq deyib.
15-01-2023, 23:28
Xorvatiya avrozonaya daxil olmaq üçün bu addımı atdı


Xorvatiya avrozonaya daxil olmaq üçün bu addımı atdı

Xorvatiyanın avrozonaya daxil olması prosesi çərçivəsində ölkə ərazisində istifadə edilən yeganə pul vahidi kimi avro qəbul olunub. Bu vaxta qədər həm avro, həm də milli pul vahidi olan kuna tədavüldə idi. Bu gündən sadəcə avronun işlənməsi mümkün olacaq. Bu, 1 yanvar tarixindən Xorvatiyanın avrozonaya daxil olması ilə bağlıdır. Rəsmi Zaqreb, həmçinin bu tarixdən Şengen ölkəsi hesab olunur. Qeyd edək ki, Xorvatiya 2013-cü ildə Avropa İttifaqına üzv qəbul edilib.

15-01-2023, 22:50
Çin fəzaya 14 peyk göndərdi


Çin fəzaya 14 peyk göndərdi

Çin fəzaya 14 peyk yollayıb. Peyklər Saanşi əyalətindəki Tayyuan Peyk Mərkəzindən kosmosa buraxılıb. Peykləri "Long March 2D" raketi daşıyıb. Fəzaya buraxıldıqdan sonra peyklərin hamısı planlaşdırılan koordinatlara çatıb. Bu, "Long March 2D" raketlərinin 462-ci uğurlu peyk buraxılışı olub.
15-01-2023, 22:47
Rusiyada terror aktı ehtimalıyla kinoteatr boşaldıldı


Rusiyada terror aktı ehtimalıyla kinoteatr boşaldıldı

Rusiyanın paytaxtı Moskvada yerləşən "İlluzion" kinoteatrı boşaldılıb. Bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb terror aktı ehtimalı barədə daxil olan məlumatlardır. Həm tamaşaçılar, həm də kinoteatrın əməkdaşları ərazidən uzaqlaşdırılıb. Kinoteatrda bomba mütəxəssislərinin iştirakı ilə axtarış əməliyyatları keçirilir. Təhlükəsizlik tədbirləri gücləndirilib.
15-01-2023, 22:42
Rusiyada baş verən partlayış insan ölümüylə nəticələndi


Rusiyada baş verən partlayış insan ölümüylə nəticələndi

Rusiyada partlayış olub. Hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb. Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib. Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
15-01-2023, 17:07
Ermənistanda Rusiyaya qarşı yeni etiraz dalğası


Ermənistanda Rusiyaya qarşı yeni etiraz dalğası

Ermənistanda Rusiyaya qarşı yenidən etiraz aksiyası keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Belə ki, "Bever" siyasi blokunun nümayəndələri Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasına gedən yolda toplaşıblar. Fəallar aksiyanın Laçın dəhlizindəki vəziyyətə görə Rusiyaya qarşı etirazların davamı olduğunu bildiriblər. Qeyd edək ki, ərazidə sonuncu aksiyada 65 etirazçı saxlanılmışdı.
15-01-2023, 17:01
Nepalda matəm elan olundu


Nepalda matəm elan olundu

Nepalda baş vermiş faciəvi təyyarə qəzasına görə matəm elan edilib. Bu barədə hökumət müvafiq qərarı imzalayıb. Matəm sabah - 16 yanvar tarixində olacaq və 1 gün davam edəcək. Matəmlə bağlı dövlət qurumlarına tapşırıqlar verilib. Qeyd edək ki, Nepalın Pohkar şəhərində göyərtəsində 72 nəfər olan təyyarə qəzaya uğrayıb.
15-01-2023, 16:59
Nepalda baş vermiş təyyarə qəzası kütləvi insan ölümünə səbəb oldu


Nepalda baş vermiş təyyarə qəzası kütləvi insan ölümünə səbəb oldu

Nepaldakı təyyarə qəzası zamanı təyyarədəki insanlar həyatını itirib. Bu barədə "News 18" telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib. Təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub faciəvi qəza nəticəsində həlak olublar. Xilas olan 2 nəfərin də vəziyyəti ağırdır. Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşlarıdır.
15-01-2023, 16:48
Kanadanın baş nazirindən Ukraynaya dəstək mesajı


Kanadanın baş nazirindən Ukraynaya dəstək mesajı

Kanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı mülki hədəfləri növbəti dəfə atəşə tutmasına və Dneprdə çoxmərtəbəli yaşayış binasına hücumuna reaksiya verib. O, twitter səhifəsindəki paylaşımında Rusiyanın yaşayış binasına zərbə endirməsini qətiyyətlə pisləyib. "Rusiyanın Dneprdə yaşayış binalarına hücumları iyrənc və tamamilə qəbuledilməzdir. Kanada bu cür zorakılığı qeyd-şərtsiz pisləyir. Biz Ukrayna xalqını dəstəkləyirik və onlara lazım olan dəstəyi göstərməyə davam edəcəyik", - deyə paylaşımda bildirilib. Qeyd edək ki, Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb. Partlayış yerində axtarış-xilasetmə işləri davam edir, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
15-01-2023, 16:44
İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajı


İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb. "Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb", - deyə Ərdoğanın sözçüsü vurğulayıb. Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!