Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
8-12-2022, 14:57
Stoltenberq mandatını uzatmaq niyyətində deyil


Stoltenberq mandatını uzatmaq niyyətində deyil

NATO-nun baş katibi Yens Stoltenberq mandatını uzatmaq niyyətində deyil. Bu barədə Stoltenberq “Financial Times” qəzetinə müsahibəsində bildirib. Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də bitməli idi, lakin Ukraynadakı hərbi əməliyyatlar fonunda onun mandatı daha 12 ay uzadılıb. Jurnalist Stoltenberqdən onun səlahiyyət müddətinin növbəti dəfə uzadılmasının mümkün olub-olmadığını soruşub. O cavabında deyib: “Gələn ilin sentyabr ayının sonuna kimi işimə diqqət yetirməkdən başqa heç bir planım yoxdur. Bu, mənim yeganə planımdır”. NATO-nun baş katibi həmçinin əmin olduğunu bildirib ki, alyans ölkələri onun yerinə layiqli namizəd tapa biləcəklər.
8-12-2022, 14:49
Keçmiş prezidentdən ölkəsinə dəstək


Keçmiş prezidentdən ölkəsinə dəstək

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə keçirilən etiraz aksiyalarını dəstəkləyib. Bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Sabiq islahatçı lider qeyd edib ki, "Qadın, həyat, azadlıq!" şüarı ilə cəmiyyət daha yaxşı gələcəyə doğru hərəkətini göstərir. 1997-2005-ci illərdə İran prezidenti olmuş Hatəmi hazırkı hakimiyyəti sərt tənqid edib.
7-12-2022, 17:41
İran prezidentindən davam edən etirazlara münasibət


İran prezidentindən davam edən etirazlara münasibət

İran Prezidenti İbrahim Rəisi ölkədə 3 aya yaxındır davam edən etirazlara münasibət bildirib. Bu barədə “İRNA” agentliyi məlumat yayıb. “Etirazlar konstruktiv, üsyan isə destruktivdir. Etirazları dinləmək lazımdır”, - deyə Rəisi bildirib. İran prezidenti ölkədə inflyasiyanın aşağı düşəcəyini və əhaliyə iqtisadi vəziyyətinin yaxşılacağını vəd edib: “Bu gün diktator deyirlər. Diktator kimdir? ABŞ qətiyyən güclü İran görmək istəmir. Onlar İranı işğal etdikləri Liviya, Əfqanıstan, Suriya kimi görmək istəyirlər. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-ın bu təxribatını reallaşdırmasına imkan verməyəcək”, - deyə prezident söyləyib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
7-12-2022, 17:37
Azərbaycanla yanaşı, bu ölkələrin də qazı Avropaya daşına bilər


Azərbaycanla yanaşı, bu ölkələrin də qazı Avropaya daşına bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın TANAP layihəsinin önəmini yüksək qiymətləndirib. Kalın bu barədə Türkiyə-Qazaxıstan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə danışıb. “TANAP vasitəsilə bizim inşa etdiyimiz enerji koridoru bu gün sadəcə Azərbaycan qazının Avropaya daşınmasında yox, eləcə də Türkmənistan və bəlkə gələcəkdə Qazaxıstan qazının da Avropaya nəql edilməsində mühüm rol oynayacaq”, - Kalın bildirib. Ərdoğanın sözçüsü Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə toplantısının dekabrın ortalarında keçiriləcəyini vurğulayıb. Kalın bu toplantının Türk dünyasında əlaqələrin inkişafı üçün kritik mərhələlərdən biri olduğunu diqqətə çatdırıb.
7-12-2022, 17:09
Rusiya görüşün keçirilməsində köməyə hazırdır - Peskov


Rusiya görüşün keçirilməsində köməyə hazırdır - Peskov

“Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronun da iştirakında təkid etməsindən sonra baş tutmamışdı. Ermənistan parlamentinin sədri Alen Semonyan görüş üçün məkan barədə təkcə Brüssellə məhdudlaşmadığını bildirmişdi.
7-12-2022, 16:59
Lavrov Avropa ölkələrini tənqid etdi


Lavrov Avropa ölkələrini tənqid etdi

“Avropa İttifaqı da çoxqütblü dünyanın qütblərindən biri ola bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Avropa İttifaqı hələlik çoxqütblü dünyanın qütblərindən biri olmaq üçün bütün xüsusiyyətlərini qoruyur, o, qütblərdən biri ola bilər. Amma Avropanın bu proseslərdə iştirak edə bilməsi üçün dərk edilməlidir ki, ABŞ-ın hər dediyinə 100 faiz “eşidirəm” cavabını demək mütləq deyil”, - Lavrov söyləyib. Nazir NATO rəsmilərinin Qorbaçov və Yeltsinə şərqə doğru genişlənməmək barədə verdiyi vədləri unutduğunu qeyd edib.
7-12-2022, 16:27
Belarusiyada ölüm cəzası tətbiq ediləcək


Belarusiyada ölüm cəzası tətbiq ediləcək

Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək. Bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib. Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. Qeyd olunur ki, qanun layihəsinin hazırlanmasında məqsəd ekstremist xarakterli cinayətlərin qarşısının alınması üçün tədbirlər görməkdir. Belarus Avropada ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə ölkə olaraq qalır. 1996-cı ildə keçirilən referendumda edam cəzasının qanunvericiliyə salınması qərarı ölkə sakinləri tərəfindən dəstəkləndi. Respublikada ölüm hökmü xüsusilə ağır cinayətlərə görə verilir.
7-12-2022, 16:25
Çavuşoğlu taxıl anlaşmasından danışdı


Çavuşoğlu taxıl anlaşmasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin də iştirakı ilə imzalanan taxıl anlaşmasından danışıb. Nazir bu mövzuya Ankarada səfərdə olan Rumıniyanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niko Popesko ilə keçirdiyi birgə mətbuat konfransında toxunub.“Türkiyənin vasitəçiliyinin davam etməsi və ikitərəfli münasibətlərlə bağlı təmaslarımız davam edir. Hazırda taxılla bağlı razılaşma problemsiz şəkildə yerinə yetirilir. Rusiya ilə sadəcə Ukrayna məsələsində yox, Liviya məsələsində, eləcə də regional mövzularda müzakirələrimiz davam edir. Suriya mövzusunda da üçtərəfli Astana formatında işlər görülür”, - deyə nazir vurğulayıb. Çavuşoğlu qeyd edib ki, həftə sonuna doğru Rusiya XİN başçısının müavini Verşinin Türkiyəyə səfər edəcək.
7-12-2022, 16:21
Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATO


Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATO

NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Rusiya ilə münasibətlərindən danışıb. O, münasibətlərin normallaşmasının avtomatik baş verməyəcəyini vurğulayıb. “Ukraynadakı münaqişənin başa çatması avtomatik olaraq NATO-nun Moskva ilə münasibətlərinin normallaşmasına gətirib çıxarmayacaq”, - deyə Stoltenberq söyləyib. Qeyd edək ki, bu ilin 24 fevral tarixində Rusiyanın Ukrayna ərazilərinə hücum etməsindən sonra başlayan müharibə hələ də davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Moskvanın bu addımı Qərb ölkələrinin kəskin etirazına səbəb olub.
7-12-2022, 16:05
Rusiyada növbəti səfərbərlik dalğası gözlənilir


Rusiyada növbəti səfərbərlik dalğası gözlənilir

Rusiya prezidenti Vladimir Putin rusları Ukraynada müharibə üçün yeni səfərbərlik elanına hazırlayır. Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin məlumatında qeyd olunub. Bildirilib ki, nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmi müharibə elan etmək “dünyanın ikinci ordusu”na kömək etməyəcək. Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi dinc dövrdə iki illik çağırış dövrü ərzində eyni vaxtda 130 mindən çox olmayan çağırışçıya təlim keçə bilər. Beləliklə, peşəkar şəkildə mobilizasiya üçün ən azı üç ay lazım olacaq. Qeyd edək ki, bundan əvvəl Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, hazırda cəbhəyə gələn “mobillər" Putinin qismən səfərbərlik əmrindən dərhal sonra cəbhəyə göndərilənlərdən daha yaxşı hazırlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!