İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
3-01-2023, 15:43
Rusiya Ukraynanı “tükəndirmək” üçün PUA-larla hücumu planlaşdırır - Zelenski


Rusiya Ukraynanı “tükəndirmək” üçün PUA-larla hücumu planlaşdırır - Zelenski

Rusiya Ukraynanı "tükəndirmək" üçün İran pilotsuz uçuş aparatları ilə uzunmüddətli hücum kampaniyası planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, Rusiyanın insanları, Ukrayna ordusunun zenit sistemlərini, enerjisini tükəndirmək istədiyini deyib. "Rusiyanın "Şahed"lərdən (İran istehsalı pilotsuz uçuş aparatları - red.) istifadə edərək uzunmüddətli hücum planlaşdırdığı barədə məlumatımız var", - Zelenski gecə videomüraciətində qeyd edib. O, terrorçuların məqsədinə çatmaması üçün hər şeyin ediləcəyini vurğulayıb.
2-01-2023, 23:19
Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi


Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutan vida mərasimində iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edən Çavuşoğluna Pelenin vida mərasimində iştirak etməyi tapşırıb. Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.



2-01-2023, 22:02
Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi


Çavuşoğlu əfsanəvi futbolçunun vida mərasimində iştirak etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutan vida mərasimində iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edən Çavuşoğluna Pelenin vida mərasimində iştirak etməyi tapşırıb. Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.



2-01-2023, 21:59
Blinken İsrailin xarici işlər naziri ilə İranı müzakirə etdi


Blinken İsrailin xarici işlər naziri ilə İranı müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken İsrailin yeni xarici işlər naziri Eli Koen ilə telefon danışığı aparıb. Bu barədə Koen özünün “Twitter” səhifəsində məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub. “Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birgə hərəkətləri müzakirə etdik”, - deyə nazir qeyd edib.
2-01-2023, 21:51
Pele ilə vidalaşmaq istəyən insanlar stadiona axın etdi


Pele ilə vidalaşmaq istəyən insanlar stadiona axın etdi

Braziliyanın “Santos” stadionunda ölkənin ən məşhur futbolçusu, "futbol kralı" Pele ilə vida mərasimi keçirilir. Üçqat dünya çempionu ilə vidalaşmaq istəyən çox sayda insan stadionun ətrafında sıxlıq yaradıb. Arenaya bitişik bütün küçə və yollar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb, stadion və ətrafda yerli, eləcə də xarici telekanalların çəkiliş qrupları işləyir. Qeyd edək ki, Braziliyada “futbol kralı”nın şərəfinə üç günlük matəm elan edilib.




2-01-2023, 16:40
Türkiyə ixracat gəlirlərini artırıb - Ərdoğan


Türkiyə ixracat gəlirlərini artırıb - Ərdoğan

Türkiyə ixracdan əldə etdiyi gəlirlərin həcmini artırıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O bildirib ki, ölkəsi 2022-ci ildə ixracatdan 254, 2 milyard dollar gəlir əldə edib. Bu, 2021-ci illə müqayisədə 12,9% çoxdur. "Bu rəqəm cümhuriyyət tariximizin rekordudur. Bundan sonra hədəfimiz Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsindən biri etməkdir", - Ərdoğan qeyd edib.
2-01-2023, 16:21
Çavuşoğlu Braziliyanın yeni Prezidenti ilə and içmə mərasimində


Çavuşoğlu Braziliyanın yeni Prezidenti ilə andiçmə mərasimində

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brazilyanın yeni Prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak edib. Bu barədə xarici işlər naziri M.Çavuşoğlu özü "Twitter" hesabında paylaşım edib. "Braziliyanın yeni prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak etdik. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təbriklərini və xoş arzularını ona çatdırdıq",-nazir teweet-də qeyd edib.
2-01-2023, 16:15
Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyik - Ştoltenberq


Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyik - Ştoltenberq

Rusiyanın müharibəni dayandırmaq fikri yoxdur. Beləliklə, Qərb ölkələri Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olmalıdır. Bunu BBC-yə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, hərbi dəstək Ukraynanın suveren dövlət kimi ayaqda qalmasını təmin edəcək. Eyni zamanda Moskvanı müharibəni dayandırmaq üçün danışıqlar masası arxasına oturmağa məcbur edəcək.
1-01-2023, 21:34
Polşada Yeni il atəşfəşanlığı iki nəfərin ölümüylə nəticələndi


Polşada Yeni il atəşfəşanlığı iki nəfərin ölümüylə nəticələndi

Polşada Yeni il atəşfəşanlığı zamanı 700-ə yaxın yanğın baş verib. Bu barədə Polşanın dövlət yanğından mühafizə xidmətinin rəsmi nümayəndəsi Karol Kejkovski bildirib. Yanğınlar əsasən zibil qutularında, avtomobillərdə baş verib. Onun sözlərinə görə, yanğınlar nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Yanğın zamanı 12 avtomobil yanıb.
1-01-2023, 21:27
Küveyt ilk peykini buraxmağa hazırlaşır


Küveyt ilk peykini buraxmağa hazırlaşır

Küveyt ilk peykini yanvarın 3-də orbitə çıxarmağı planlaşdırır. Bu barədə Küveytin "Kuna" agentliyi məlumat yayıb. Peyk ABŞ-ın Florida ştatındakı platformadan buraxılacaq. “Kuwait Sat-1” adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək. Peyk yer kürəsinin ətrafında fırlanacaq və görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək keyfiyyətli kameraya malikdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!