Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
13-10-2022, 14:15
Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham


Makrondan Ermənistana dəstək, Azərbaycana ittiham

Fransa prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalara görə Rusiyanı ittiham edib. Butov.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Makron sərhəddə baş vermis sentyabr döyüşlərini Rusiyanın “məqsədli təxribat”ının nəticəsi adlandırıb. Onun sözlərinə görə, bütün bunlar Rusiyanın “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” baş verib.“Son iki ildə sərhəddə nələr baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar”, - Makron bildirib. “Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”. Makron əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq.“Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”, - Fransa prezidenti əlavə edib. O xatırladıb ki, Fransanın və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub.“Bu sammit Ermənistanın baş nazirinə həm də müasir tarixdə ilk dəfə Türkiyə prezidenti ilə görüşməyə imkan verdi”, - deyə Makron qeyd edib. “Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır. “Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.
13-10-2022, 14:06
Türkiyə şəhid verdi


Türkiyə şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
13-10-2022, 14:04
Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı


Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı

Kanada hökuməti Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat yayıb. Yeni hərbi yardım paketinin həcmi 47 milyon Kanada dollarıdır. Paketə artilleriya mərmiləri, peyk rabitə sistemləri, qış geyimləri və pilotsuz uçuş aparatları üçün kameralar daxildir. Qeyd edək ki, bu gün 50-dən çox Qərb ölkəsi Ukraynaya daha çox silah, xüsusilə hava hücumundan müdafiə sistemi göndərmək üçün bir araya gəlib. Kanada tərəfindən bildirilib ki, Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 40 hərbçi göndəriləcək.
12-10-2022, 21:07
Ukrayna müharibənin dinamikasını dəyişib - Pentaqon


Ukrayna müharibənin dinamikasını dəyişib - Pentaqon

Ukrayna ordusu Rusiyanın başlatdığı müharibənin dinamikasını dəyişib. Ukraynaya dəstək artacaq. Butov.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-6” adlanır) iclasından əvvəl deyib. Ostin bildirib ki, Birləşmiş Ştatlar hökuməti Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunmağa kömək etməkdə qərarlıdır. ABŞ müdafiə nazirinin qeyd etdiyi kimi, dünya hökumətləri Ukraynanı və vətəndaşlarını müdafiə etmək üçün lazım olan yardımın göstərilməsini sürətləndiriblər. Onun sözlərinə görə, bu yardım döyüş meydanında nəzərəçarpacaq dəyişikliklərə nail olmağa kömək edib."Sentyabrdakı son görüşümüzdən bəri biz hamımız gördük ki, Ukrayna döyüş meydanında necə böyük uğurlar qazanıb və Putinin yeni hücumlarına baxmayaraq, Ukrayna qüvvələri bu müharibənin dinamikasını dəyişib. Onlar yüzlərlə şəhəri Rusiya işğalından azad ediblər. Bu qələbələr Ukrayna əsgərlərinə məxsusdur”, - Ostin bildirib.
12-10-2022, 20:54
NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək


NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə təchizatının miqyasını genişləndirmək niyyətindədirlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl bildirib."Bizə müxtəlif növ uzaq və qısa mənzilli hava hücumundan müdafiə sistemləri, ballistik raketlərlə mübarizə üçün raket əleyhinə müdafiə sistemləri, pilotsuz təyyarələr, müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif sistemlər lazımdır", - deyə Baş katib qeyd edib.
12-10-2022, 20:48
Paşinyan Arayiki qəbul etdi


Paşinyan Arayiki qəbul etdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı qəbul edib. Butov.az xəbər verir ki, məlumatı Hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yayıb. O, qapalı keçən görüşün təfərrüatlarını açıqlamayıb.“Oxşar görüşlər vaxtaşırı olur”, - hökumət rəsmisi əlavə fikir bildirməyib. Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iki gündür bir dəstə erməni ilə Xankəndidən İrəvana gedib. Ermənistan KİV-ləri yazıb ki, Qarabağdan olan nümayəndə heyəti Ermənistan hakimiyyəti ilə Praqa görüşündən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İrəvandadır. Arayikin Xankəndidən İrəvana apardığı separatçılar qondarma “parlamentin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” Davit Babayan, “deputat” Vahram Balayan və “müşavir” Masis Mayilyandır.
12-10-2022, 18:14
İsveçrə Rusiyaya yeni sanksiyalar tətbiq etdi


İsveçrə Rusiyaya yeni sanksiyalar tətbiq etdi

İsveçrə Luqansk və Donetsk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin ilhaqı səbəbilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ölkə hökumətinin saytında məlumat verilib. Məlumata görə, məhdudiyyətlər 30 fiziki şəxs və yeddi şirkətə şamil edilir. Nazirlər Kabineti izah edib ki, sanksiyalar əsasən, Rusiyaya yeni ərazilərin birləşdirilməsi məsələsi ilə bağlı referendumda iştirak edən şəxslərə tətbiq olunub. Onların İsveçrəyə girişi qadağan edilib və onların ölkədəki aktivləri dondurularaq İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) veriləcək.
12-10-2022, 18:13
Qırğızıstan Türkiyədən “Bayraktar” aldı


Qırğızıstan Türkiyədən “Bayraktar” aldı

Qırğızıstan Türkiyə istehsalı olan müasir pilotsuz uçuş aparatları (PUA) – “Bayraktar Akıncı” alıb.Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat paylaşıb.“Akıncı bizimdir! Qardaş xalqa təşəkkür edirik”, - o yazıb. Qeyd edək ki, “Bayraktar Akıncı” hava-hava tipli raketlərlə silahlana bilən pilotsuz uçuş aparatıdır. Türkiyə Hərbi Hava Qüvvələri 2021-ci ildən bu PUA-lardan istifadə edir.
12-10-2022, 18:11
Zaporojye AES-də enerji kəsilib


Zaporojye AES-də enerji kəsilib

Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də məlumat paylaşıb. “Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.
12-10-2022, 12:26
Zaporojye AES-də enerji kəsilib


Zaporojye AES-də enerji kəsilib

Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib. Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də məlumat paylaşıb. “Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!