Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
24-11-2022, 12:54
ABŞ İrana qarşı sanksiyaları genişləndirdi


ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə 3 iranlı məmur "qara siyahı"ya salınıb. Qeyd edək ki, İranda əxlaq polisinin nəzarəti altında vəfat edən Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində yüzlərlə şəxs həlak olub.
24-11-2022, 12:52
Rusiya Moldovanı qaranlığa qərq etdi


Rusiya Moldovanı qaranlığa qərq etdi

Rusiya Moldovanı qaranlığa qərq edib. Bunu Moldova Prezidenti Maya Sandu özünün "Twitter" hesabında yazıb. "Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, yaşayış məntəqələrini və enerji infrastrukturunu raketlərlə məhv edir", - o qeyd edib. Moldovada elektrik enerjisinin bərpa olunacağını vurğulayan Sandu müvafiq qurumların bu istiqamətdə işlərini davam etdirdiyini deyib. Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku paytaxt Kişinyov da daxil olmaqla bütün ölkədə elektrik enerjisinin kəsildiyini açıqlayıb. Nazir Rusiya səfirinin Moldova Xarici İşlər Nazirliyinə çağırılacağını qeyd edib. Ukraynanın “Ukrenerqo” enerji şirkəti Rusiya ordusunun raket hücumları nəticəsində bütün ölkə ərazisində su və elektrik enerjisinin kəsildiyini bəyan edib.
23-11-2022, 21:01
Məhkəmə Şotlandiyanın müstəqilliyinə yox dedi


Məhkəmə Şotlandiyanın müstəqilliyinə yox dedi

Britaniya Ali Məhkəməsi Şotlandiyanın müstəqillik referendumuna dair müraciətinə müsbət cavab verməyib. Məhkəmə Şotlandiya hökumətinin Britaniya parlamentinin təsdiqi olmadan ikinci müstəqillik referendumunun keçirilməsi tələbini yekdilliklə rədd edib. Məhkəmənin hakimi Lord Rid bildirib ki, Şotlandiyaya özünüidarə hüququ verən konstitusiya tənzimləməsinə əsasən, Şotlandiya parlamentinin səlahiyyətləri məhduddur və iki ölkə arasında birliyin taleyi ilə əlaqədar məsələlərdə Londonda Böyük Britaniya Parlamentinə verilən səlahiyyətlərdən istifadə edə bilməz. 2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib və seçicilərin 55 faizi Böyük Britaniyada qalmağa səs verib.
23-11-2022, 20:57
Putin İrəvanda sülh sazişindən danışdı: Mümkündür…


Putin İrəvanda sülh sazişindən danışdı: Mümkündür…

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib. Rusiya lideri bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında danışıb. "Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür", - Putin çıxışında bildirib. Rusiya lideri, həmçinin qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi imzalamağa imkan verəcək. Qeyd edək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.
23-11-2022, 20:56
Lukaşenko İrəvanda Paşinyana "söz atdı"


Lukaşenko İrəvanda Paşinyana "söz atdı"

İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası öncəsi Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı qanıqara görüb. Lukaşenko KTMT sammitinin keçirildiyi Dvin kompleksinə gedərkən Paşinyanın onu salamlayan baxışından xoşlanmayıb. Belarus lideri erməni baş nazidən soruşub: “Niyə belə tutqunsan?” Buna cavab olaraq Paşinyan gülümsəməklə reaksiyasını ifadə edib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının bugünkü toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”. Paşinyan sonrakı cümləsində təşkilata minnət qoyub. O, bildirib ki, KTMT Qazaxıstanın istəyinə müsbət cavab verib, bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir.
23-11-2022, 20:53
Rusiyanın raket zərbələri Lvovu işıqsız qoydu


Rusiyanın raket zərbələri Lvovu işıqsız qoydu

Rusiyanın raket zərbələri nəticəsində Lvov şəhərinin elektrik enerjisi tamamilə kəsilib. Bu barədə Ukrinform agentliyi məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu bu gün Ukraynanın infrastruktur obyektlərinə növbəti dəfə raket zərbələri endirib. Hücum nəticəsində şəhərin su təminatında da fasilələrin yaranacağı gözlənilir. Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
23-11-2022, 20:31
Abdullahian İran-Azərbaycan münasibətlərindən danışdı


Abdullahian İran-Azərbaycan münasibətlərindən danışdı

Biz Azərbaycan və Ermənistanı İranın qonşuları hesab edirik. Bunu bu gün keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “Münasibətlərimizi heç vaxt bir tərəfin digərindən üstünlüyü ilə tənzimləmirik”, - İran XİN rəhbəri qeyd edib. O, ötən ay Ermənistana səfər etdiyini xatırladıb və əlavə edib ki, Ermənistanın Baş naziri Paşinyan isə Tehrana səfər edib, Azərbaycanın bəzi media dairələri buna reaksiya verib. “Mən təkidlə vurğulayıram ki, biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Bu, qarşılıqlı maraqlara və qonşularla münasibətlərdə prioritet siyasətə əsaslanır”, - Hüseyn Əmir Abdullahian vurğulayıb. Nazirin sözlərinə görə, İranın qonşu dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının torpaqlarında heç bir marağı, gözü yoxdur: “Lakin biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bəyan etmişik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik dövlət tərəfindən ciddi reaksiya ilə qarşılanacaq”. Hüseyn Əmir Abdullahian deyib ki, belə bir fikrin olmadığına dair onları əmin ediblər. “Biz Azərbaycan və regionun digər ölkələri ilə münasibətlərimizi qonşuluq, qardaşlıq prinsipi ilə davam etdiririk”, - XİN rəhbəri diqqətə çatdırıb.
23-11-2022, 20:23
Putin Ərdoğanla Əsədi görüşdürmək istəyir


Putin Ərdoğanla Əsədi görüşdürmək istəyir

Suriya prezidenti Bəşər Əsədlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Rusiyada görüş ehtimalı həmişə mövcuddur, belə bir görüş faydalı və simvolik olardı. Bunu Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib. “Görüş fürsəti həmişə var. Biz əvvəllər də həmişə danışmışıq və hətta belə bir görüşün təşkilinin mümkünlüyünü nəzərdən keçirmişik, lakin bir daha deyirəm ki, Türkiyə tərəfi hesab edir ki, hazırda bunun üçün şərait hələ yetişməyib. Amma buna baxmayaraq, belə bir görüşün faydalı və simvolik olacağına inanırıq və bu istiqamətdə işimizi davam etdirəcəyik”, - deyə o, mətbuat konfransında jurnalistin Türkiyə prezidentləri arasında görüş ehtimalının olub-olmaması ilə bağlı sualını cavablandırıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriya lideri Bəşər Əsədlə görüşə biləcəyini istisna etməyib.
"Siyasətdə inciklik olmaz. Gec-tez addımlar atarıq", - deyə Türkiyə lideri vurğulayıb.
23-11-2022, 20:21
Paşinyan Putini aeroportda qarşıladı


Paşinyan Putini aeroportda qarşıladı

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlib. Butov.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Putini hava limanında qarşılayıb. Qeyd edək ki, Putin artıq səkkizinci dəfədir Ermənistana səfər edir. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvanda olub.
23-11-2022, 17:34
Paşinyan Putini aeroportda qarşıladı


Paşinyan Putini aeroportda qarşıladı

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlib. Butov.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Putini hava limanında qarşılayıb. Qeyd edək ki, Putin artıq səkkizinci dəfədir Ermənistana səfər edir. O, sonuncu dəfə 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvanda olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!