Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
21-11-2022, 19:32
İsrail Rusiyaya nota verib


İsrail Rusiyaya nota verib

İsrail Rusiyaya etiraz notası verib. İsrail KİV-lərinin yaydığı məlumata görə, etiraza səbəb Rusiyanın İranla hərbi əməkdaşlıq etməsidir. İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya Xarici İşlər Nazirliyinə təqdim edib.
21-11-2022, 19:28
“Biz icazə ilə işləmirik” - Ərdoğandan Bayden və Putinə mesaj


“Biz icazə ilə işləmirik” - Ərdoğandan Bayden və Putinə mesaj

Türkiyə “Pəncə Qılınc” əməliyyatı ilə bağlı ABŞ Prezidenti Co Bayden və Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmayıb. Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib. "Amma həm Bayden, həm də Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt belə şeylər edə bilərik. Biz həmişə deyirik ki, bir gecə anidən gələ bilərik, biz icazə ilə işləmirik. Əgər bir addım atacağıqsa, ona qərar veririk və o addımı atırıq. Amerika indi bizim haqqımızda yaxşı düşünməlidir. Bundan sonrakı prosesdə də qətiyyətlə mühüm addımlar atacağıq", - deyə Ərdoğan önəmli mesajlar verib. Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə Qılınc” adlı xüsusi antiterror əməliyyatı keçirib.
21-11-2022, 19:26
“Pəncə Qılınc” əməliyyatı təsadüfi deyil - Türkiyə lideri


“Pəncə Qılınc” əməliyyatı təsadüfi deyil - Türkiyə lideri

Türkiyənin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pəncə Qılınc” antiterror əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib. "Bunu asanlıqla deyə bilərəm ki, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmiz, torpaqlarımıza təcavüz edirsə, bunun cavabını verəcəyik. “Pəncə Qılınc” əməliyyatında 70-ə yaxın döyüş təyyarəsi və PUA-lar iştirak edib", - Ərdoğan vurğulayıb. Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə Qılınc” adlı xüsusi antiterror əməliyyatına start verib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.
21-11-2022, 19:20
Suriyadan Türkiyəyə raket atıldı - Ölənlər var


Suriyadan Türkiyəyə raket atıldı - Ölənlər var

Bu gün Suriya ərazisindən Türkiyəyə 5 raket atılıb. Butov.az xəbər verir ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən atılan raketlər Karkamış rayonun ərazisinə düşüb. Nəticədə bir ev və yük maşını sıradan çıxıb. Qaziantəp valisi Davud Gül bildirib ki, raket zərbələri nəticəsində azı üç nəfər ölüb, altı nəfər yaralanıb.



21-11-2022, 19:03
İranda etirazçılara atəş açılıb


İranda etirazçılara atəş açılıb

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Cavanrud rayonunda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında təhlükəsizlik məmurları tərəfindən atəş açıldığı bildirilir. Təhlükəsizlik məmurlarının atəş açması nəticəsində ölən və yaralıların olduğu deyilir. Hazırda İranın bir çox şəhərində müxtəlif məkanlarda, o cümlədən universitetlərdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etiraz aksiyalarında azadlıq və bərabərlik şüarları verilir. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib. Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və sairəni əhatə edir.
21-11-2022, 18:57
Putin Tokayevi təbrik etdi


Putin Tokayevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan prezidenti seçilməsi münasibətilə təbrik edib. Putin Rusiya və Qazaxıstanın strateji münasibətləri yaxşılaşdırmaqda davam edəcəklərinə ümidvar olduğunu bildirib. Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib. İkinci yeri 3,42% səs toplayan “Ayıl” partiyasının namizədi Jiquli Dayrabayev tutub. Tokayev daha əvvəl bildirmişdi ki, Qazaxıstanda keçiriləcək prezident seçkiləri ölkədə hakimiyyət institutlarının hərtərəfli yenidən qurulması üçün başlanğıc nöqtəsi olacaq.
21-11-2022, 14:39
İran İraqa raket zərbələri endirdi - Ölənlər var


İran İraqa raket zərbələri endirdi - Ölənlər var

İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti dəfə raket zərbələri endirib. Bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb. Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına dəyib. Məlumata görə, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verdiklərinə görə hədəf seçilib. “Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Atışma nəticəsində bir neçə nəfərin öldüyü deyilir. Qeyd edək ki, ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.
21-11-2022, 01:03
Erməni hərbçilər öz postlarında təxribat törətdi


Erməni hərbçilər öz postlarında təxribat törətdi

Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda erməni hərbçilərin təxribat törətmələrinin videogörüntüləri yayılıb. Videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığındakı postda lentə alınıb. Görüntülərdə içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə sanki Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, onlara qarşı silah tətbiq edilməsinə çalışırlar. Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır. Bu vəziyyətdə yalnız Azərbaycan əsgərinin təmkinli davranışı hansısa “zinvoru” o dünyaya göndərməkdən və növbəti dəfə erməni anasını gözüyaşlı qoymaqdan qurtarır.


21-11-2022, 01:00
Türkiyə raket hücumuna məruz qaldı


Türkiyə raket hücumuna məruz qaldı

Suriyanın şimalında fəaliyyət göstərən terrorçular Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Raketlərin düşdüyü ərazidə araşdırma aparılır. Məlumata görə, raketlər boş əraziyə düşüb. Bundan əvvəl Türkiyənin Kilis şəhərində yerləşən sərhəd-keçid məntəqəsinə raket hücumu edilib. Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, zərbə nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb. Hücum PKK/PYD terror təşkilatı tərəfindən Tel Rıfat bölgəsindən həyata keçirilib.
21-11-2022, 00:57
Almaniya Polşaya "Patriot" təklif etdi


Almaniya Polşaya "Patriot" təklif etdi

Almaniya Polşaya ölkə ərazisində "Patriot" hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini təklif edib. Bu barədə Almaniyanın müdafiə naziri Kristin Lemberlext bildirib. Təklif ötən həftə Polşaya raket zərbəsindən sonra irəli sürülüb. Məlum hadisə nəticəsində Polşada iki mülki şəxs həlak olmuşdu. "Təhlükəsizliyini təmin etməkdə dəstək təklif etmişik", - nazir qeyd edib. NATO baş katibi Yens Stoltenberq bildirib ki, keçən həftə Polşaya dəyən və iki nəfərin ölümünə səbəb olan raketin Rusiyadan deyil, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən atıldığı görünür. Məlumat üçün bildirək ki, ABŞ-ın məşhur "Raytheon" şirkətinin istehsal etdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!