20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 8-06-2018, 20:04
Başlanğıc - II hissə: Nəticə

Yenidən dirçəlmə.
II hissə: Nəticə

Rahatlıq-yalandır.
Yalnız ehtiras vardır.
Ehtiras güc verir.
Gücəzəmətverir.
Əzəmət zəfərlər gətirir.
Zəfərməndən qandalları qoparacaq.
Dryu Karpişin «Dart Beyn. 2-ci kitab»

İlk iki il müharibə dəyişkən uğurlarla davam edirdi. Müharibənin üçüncü ili uğur üzümüzə güldü. Müharibənin gedişində dönüş anı gəlib çatmışdı.Biz düşməni qərb ərazilərinin dərinliklərinə doğru qovmaqdaydıq. Muradın ordusu prezidentin ordusu ilə birləşdi. Nəhayət ki, bizə üsyanı yatırmaq imkanı yarandı. Xain öz adamları ilə birlikdə köhnə məbədin yaxınlığındakı düzənlikdə düşərgə saldı.Mən üzərinə getmək üçün imperatorun qoşununu gözləyirdim. Növbəti gün Şahin sultanın ordusu gəlib çıxdı.Mən ata mindim və zabitlərimlə birgə onun qarşısına getdim.Lakin məlum oldu ki, prezident onlarla deyil və ordunu bizə Murad gətirmişdi. O, dərhal mənə məktub verdi.Orada Şahinin möhrü vardı.
Mən məktubu açdım:

«Qanunların qəbulu üçün mən paytaxta geri qayıtmalı idim. Senat bunu etmək iqtidarında deyil. Mənim iştirakım lazımdır. Mənim ordum sənin rəhbərliyinə keçir.Mən sənə inanıram, qələbə ilə geri qayıt. Sən babanın layiqli nəvəsisən».
Mənim əsgərlərim sıraya düzülmüşdülər və əmri gözləyirdilər.Mən atın üstündə oturmuşdum və düşmənin qoşununa baxırdım. Onlar sayca bizim ordudan üstün idilər, lakin biz daha təcrübəli idik və sona qədər döyüşməyə hazırdıq. Xain öz əsgərlərini bizim üstümüzə sürdü. Mən qılıncı qınından çıxardım. Onlar satqın olsalar da, bizim damarlarımızda eyni qan axır. Bu gün artileriyanın atəşi və zərbələri olmayacaq, hər şey təmiz döyüşdə, qılıncla həll olunacaq.
- Əsgərlər, qardaşlar, bu gün hər şey başa çatacaq, biz qalib gələcəyik. Ölümdən qorxmayın, bizə qarşı qardaşlarımızın döyüşdüyünü düşünməyin. Onlar əllərinə silah aldıqları və xalqa qarşı çıxdıqları vaxtdan bəri artıq qardaş sayılmırlar. Siz mənimləsiniz?

-Bəli!

-Döyüşə!

Biz düşmənin üzərinə yürüdük. Bu qanlı döyüş idi. Hər kəs başa düşürdü ki, hər şey burada və indi başa çatmalı idi. Mən onun kimi öz əsgərlərimlə birgə döyüşürdüm. Və budur, biz onunla şərəf döyüşündə qarşı-qarşıya gəldik.Əsgərlər bizim üçün yer boşaltdılar. Kim məğlub olarsa, onun ordusu təslim olacaqdı. Mən onun üzünə baxırdım.

-Hə, xüsusi şöbənin rəis müavini. Hər şey burada başa çatacaq.
Birinci zərbəni o endirdi. Mən onun zərbəsini dəf etdim və hücuma keçdim. O, dalbadal zərbələri dəf edirdi. Mən başa düşürdim ki, o mənim yorulmağımı istəyir. Geri əyilərək, mən ona özümü elə göstərdim ki, sanki nəfəsim çatışmır. Keçmiş Təhlükəsizlik Naziri üstümə atıldı, onun iki hücumundan sonra mən onun yan tərəfinə qılıncı sancdım və itələdim. O, yerə yıxıldı və hərəkətsiz qaldı. Onun gözlərində nə qorxu, nə də nifrət vardı. Əsgərlər silahlarını yerə atmağa başladılar. O mənə baxdı və dedi:
- Bizim həyatlarımız sənin əlindədir, Yusuf.
******
Biz qalib gəldik. Mən yaralıların hərbi hospitala daşınması, ölənlərin dəfn olunması, əsirlərə normal şəraitin yaradılması üçün əmr verdim. Ertəsi günordumuzun zəfərlə paytaxta geri dönməsindən əvvəl mən onun yanıma gətirilməsi üçün əmr verdim.
Və budur, o qandallanmış vəziyyətdə qarşımda dayanır.

- Ondan qandalları çıxarın. Və qapıda gözləyin.

O, mənə baxırdı. Onun gözlərindəki alov sönmüşdü. Qarşımda əziyyət çəkmiş əlli yaşlarında bir kişi dayanmışdı.

- Sən gözlədiyimdən də artıq çıxdın, Yusuf. Əsgərlərdən ibarət orduya rəhbərlik edən və onu ölməzlər ordusuna çevirən cavan oğlan.Sən layiqli şagirdsən, mən səninlə fəxr edirəm.

-Mən sizin şagirdiniz deyiləm. Siz dövlətə və xalqa xəyanət etdiyiniz vaxtdan bəri mənim müəllimim deyilsiniz.

-Səhv edirsən. Mən sadəcə özüm də bilmədən Şahinin əlində alət idim.

- Siz nə haqqında danışırsınız?

-Şahin mənim çevriliş hazırladığımı bilirdi.

-О, bunu edə bilməzdi.

-Şahin əla aktyordur.

-Bu onun nəyinə lazımdır?

-О bilirdi ki, hökuməti korrupsiya bürüyüb, nazirlər, senatorlar və məmurlar ağıllarına gələn hər şeyi edirlər.O, bir nəfəsə hamını məhv etdi və mən onun əlində silah oldum. Yusuf, biz onun qurduğu oyunda əlində oyuncaq olduq.

-Mən daha sizi saxlamayacam. Əsgərlər, onu aparın.

Bir neçə dəqiqədən sonra hücum dəstələrinin komandiri, mənim qardaşım Teymuryanıma gəldi.

-Generalım, sizin vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən sizinlə danışmalıyam, bu məsələ gözləyə bilməz. (-)Rəsmi olmadan da danışa bilərsiz, qardaş. Nə baş verib?

-Düşmən ordusu təslim olanda, cərimə dəstələrinin zabitləri bizə əsir düşdü və onları nəyin gözlədiyini siz bilirsiniz.

-Bəli. Onları güllələyəcəklər, qardaş, bu alçaqlara görə niyə narahat olursunuz ki? Onlar kiçikdən böyüyə dinc əhalini məhv edərək qırğın törətmişlər.

- Mən hər şeyi başa düşürəm. Amma onların arasında…

-Onların arasında kim var? Hər şeyi olduğu kimi söylə.

-Sən bilirsən, atamız ailədən qovulanda mənim bir yaşım vardı. Mən onun necə göründüyünü xatırlamıram.

-Bizim babamız da, atamız da İbrahim olub, olacaq. O bizi böyüdüb və bizim üçün hər bir şey edib. “Bizim atamız” isə sadəcə bizim doğulmağımız üçün genetik material oldu.Biz heç vaxt ona lazım olmamışıq, qardaş. Biz niyə bu söhbətə qayıdırıq? Və bir də bunun cəza dəstəsinin zabitlərindən biri ilə nə əlaqəsi var?

- Komandirlərdən biri atamız olduğunu deyir və onu qəbul etməyini xahiş edir.

-Atamız bizə üç dəfə xəyanət edib. Birinci dəfə anamıza əl qaldıranda, ikinci dəfə, anamız ağır əməliyyatdan sonra xəstəxanada yatırdı. Sən o zaman Qərbdə kursda idin, sənin bəxtin gətirdi, üç gün sonra gəldin və sən qalmaqalın şahidi olmadın. Ağır əməliyyatdan sonra o üzr istəmək üçün xəstəxanaya gəldi, ancaq məni mübahisəyə təhrik edirdi.Mən dözürdüm, onun təhriklərinə reaksiya vermirdim, lakin necə deyərlər əsl sima özünü göstərdi. Onu ata adlandırmağa dilim gəlmir. O, ağır əməliyyatdan sonra xəstə adamın yanında qalmaqal yaratdı və anamı əsəbi hala gətirdi, onda mən onu az qala öldürəcəkdim.Bəlkə də öldürmək lazım idi. Üçüncü xəyanəti isə budur, o öz xalqının cəlladı oldu.Bu çox güman ki odur, bu onun tərzidir.

-Qardaş, o bizim atamızdır.

-Özünə gəl, Teymur! O bizim atamız deyil və heç vaxt da olmayıb! Qorxaq! Satqın! Və sən hələ istəyirsən ki, mən onu xilas edim?! Biz bu ölkəni onun üçün xilas etmişik ki, xainlər yaşayıb şadyanalıq etsinlər?!

-Siz həmişəki kimi haqlısınız. Nə etməyi əmr edirsiniz?

- Xain xaindir və onun sizinlə eyni qandan olmasının heç bir əhəmiyyəti yoxdur. Yadda saxla, bizim qohumlardan kimsə xain çıxarsa, mən onu məhv edəcəm. Xainlər üçün hökm hər zaman eynidir – ölüm.Prezidentin göstərişinə əsasən cəza dəstələrinin zabitlərini yerindəcə, məhkəməsiz güllələyirlər. Hər şey aydındır?

-Eşitmirəm, hücum dəstələrinin komandiri?!

-Oldu, General.

-Yadda saxla, qardaş, ata o adamdır ki, işdən sonra boş vaxtı olanda sənin yanındadır, sənin üçün çətin olanda və o sənə lazım olanda yanındadır. Bax, ata odur, bayramda ancaq içki içən çirkin adam deyil. Ata o adam deyil ki, heç bir şey etmir, sənin ananı əsəbi hala gətirir, çətin anında gözdən itir, sonra isə yenidən ortaya çıxır və geri gəlmək istəyir, bütün bunlardan sonra isə o düşünür ki, qocaldıqda sən onunla birlikdə olacaqsan. Ata və ana – böyük məsuliyyət daşıyan iki mürəkkəb sözdür.

-Mən hər şeyi başa düşdüm, zəiflik göstərdiyim üçün məni bağışlayın. İcazənizlə gedim və əmrinizi yerinə yetirim.

-Gedin.()Cəza dəstələrinin zabitlərini güllələdilər, həmin adam həqiqətən bizim atamız idimi, bu məni maraqlandırmırdı. Biz Teymurla bunu bir daha yada salmadıq.
******
Biz paytaxta qayıtdıq. Xalq öz qəhrəmanlarını və xilaskarlarını qarşılayırdı. Qələbənin şərəfinəxalq gəzintiləri və şadyanalıq təşkil olundu.Mən yalnız bir şey istəyirdim – həqiqəti öyrənmək. Prezident müharibə qəhrəmanlarını medal və ordenlərlə mükafatlandırırdı. Sonra isə ziyafət verildi. Prezident məni öz kabinetinə çağırdı. Sonuncu dəfə mən burada 5 il əvvəl olmuşdum. Burada heç nə dəyişməmişdi. O, kresloya əyləşdi və mənə də yanaşı kresloya əyləşməmi təklif etdi. \

-Afərin sənə, Yusuf. Sən qəhrəmansan, amma niyə sənin üzündə kədər var? Sən qalib gəldin. Sən dövləti xilas etdin.

-Mən öz borcumu yerinə yetirmişəm. Məni bir məsələ narahat edir.

-Hansı?

-Nazirin əsir alınmasından sonra.

-Onu bir daha belə adlandırma. O, xain və hərbicinayətkardır.

-О mənə dediki, siz bilirdiniz.

-Nəyi bilirdim?

-Hazırlanan çevriliş barədə, və bununla da siz nəinki onu, eləcə də bütün düşmənlərinizi boğdunuz.

-Özümküləri yox, dövlətin düşmənlərini.

-Paytaxta gələrkən yolda eşitdim ki, siz çoxlu qanunlar çıxarmısınız və onların bəzilərində siz azadlığı məhdudlaşdırırsınız.

-Hər bir kəsdə azadlıq anlayışı özünə aiddir və hər bir kəs onu düşündüyü kimi başa düşür.

-Nəqədər tələfat. Bununla siz necə yaşayacaqsınız?

-İnsan hər şey əldə edə bilər,əgər o, qurban verməyə hazırdırsa. Vətəndaş müharibəsi rifah naminə bizim verdiyimiz qurbandır. Respublikaya yenidən dirçəlmə lazım idi və o bunu əldə etdi, vicdanımla isə mən yaşayacam.

-Oğul, hakimiyyət –dövlət başçısının daşımalı olduğu yükdür. O qərar verməlidir ki, hakimiyyət onun nəyinə lazımdır, özünün şəxsi varlanması üçün yoxsa ölkəsinin müdafiəsi, çiçəklənməsi və şöhrətlənməsi üçün.Hakimiyyətdə olmaq çətindir, lakin başa düşmək lazımdır ki, sən ölkənə, xalqına, Vətəninə lazımsan. Xalq öz ölkəsinə bütünlüklə sadıq olan və öz xalqının və dövlətinin rifahı üçün hər şey edən rəhbəri sevir və hörmət edir. Xalq–elə bir gücdür ki, onsuz dövlətin mövcudluğu mümkün deyildir. Yaşadolduqcamənibaşadüşəcəksən. İndi isə get dincəl, üç gündən sonra yeni vəzifəyə, Müdafiə Naziri kimi işləməyə başlayacaqsan. Sən mənim xoşuma gəlirsən, Yusuf, sənin xarakterin və gücün var.Sənin üçün dövlət və xalq birinci sıradadır. Mən bilirəm, təəssüf ki atan olan şəxslə bağlı sən nəyi qurban vermisən. İnsan ümumi işin xeyrinə qurban verməlidir. Tərəqqi təkan və ya qurban tələb edir. Vətəndaş müharibəsi dövlətimizin inkişafı naminə verdiyi qurban oldu. Bizim babalarımız və ulu babalarımız Respublikanı qurdular, biz isə İmperiyanı quracağıq.

-Oldu, Cənab.

-Siz azadsınız.
*******
Keçmiş nazir məhkəmə qarşısına çıxdı. O, heçnəyi inkar etmədi və öz günahını etiraf etdi. Məhkəmənin qərarı ilə o güllələnməyə məhkum olundu. Generalları da eyni aqibət gözləyirdi. Bir neçə zabitə ömürlük həbs cəzası verdilər, daha ağır hərbi cinayətlərə görə isə güllələnmə hökmü verildi. Yaşa dolduqca mən prezidenti və onun niyə belə addım atdığını başa düşməyə başladım. Bizim qurbanlar gələcək nəsillərin rifahı naminə verildi.Təkamül təkan tələb edir və biz Respublikanın İmperiyaya çevrilməsi üçün təkanverici qüvvə olduq.


Tamerlan İldırım
Butov.az


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!