"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 9-04-2018, 19:44
Başlanğıc I hissə - HEKAYƏ


Başlanğıc
I hissə


Bütün qəhrəmanlar və əhvalat uydurmadır və reallıqla hər hansı bir əlaqəsi yoxdur.

Müharibədə əsas olan təkcə qələbə deyil, həm də insan olaraq qalmaq, həddi
keçməmək və üz-üzə döyüşdüyün, qarşısında hər bir şeyi məhv edən, şərəf və
ləyaqəti unudan heyvana çevrilməməkdir.Vətəndaş müharibəsi artıq beş il idi ki
davam edirdi, halbuki analitiklər onun cəmi iki il davam edəcəyini
düşünmüşdülər.Lakin bizim düşmən gözlədiyimizdən də güclü çıxdı. Nə qədər
məhv olunmuş həyatlar, talelər. Müharibəyə sürüklənmiş gənc oğlanlar öz xalqının
cəlladları oldular.Bu gün hər şey başa çatacaq. Haqq-ədalət zəfər çalacaq və
torpaqlarımıza sülh qayıdacaqdır.
Mən, Yusuf İldırım,respublika ordusuna cəlladlar və satqınlar üzərində qələbə
qazandıracağam, Respublikaya əmin-amanlıq və tərəqqi gətirəcəyəm. Beş il əvvəl
düşünə bilərdimmi ki, mən 26 yaşında orduya rəhbərlik edəcəm?Xeyr! Bu heç
mənim ağlıma da gəlməzdi. Əgər o həlledici gün olmasaydı.
*****
Artıq neçə gün idi ki yağış sanki vedrədən tökülürmüşcəsinə yağırdı. Biz zabitləri
və Respublika Təhlükəsizlik Nazirliyinin yüksək səviyyəli rəhbərliyini təcili iclasa
çağırdılar. Bu məni təəccübləndirmədi, belə ki, təhlükəsizlik hər şeydən
üstündür.Həmin o həlledici gün barədə danışmadan əvvəl, mən özüm haqqında
danışım. () Mənim anam dövlət həyatında mühüm rol oynamış adlı-sanlı ailədən
idi, atam isəvarlı tacir ailəsindən idi. Anam babamın istəyinin əksinə gedərək
atama ərə getdi, o anama xəbərdarlıq edirdi ki, bu yaxşı nəticələnməyəcək, lakin
anam onu dinləmədi. Sevgi sağlam düşüncə üzərində qələbə çaldı. Sevgi keçib
getmişdi, yalnız bağlılıq qalmışdı.Mənim anam səbirli və müdrik qadın idi,
övladlarının xatirinə onun bütün hərəkətlərinə dözürdü, lakin bir gün onun da səbri
tükəndi.(On bir il əvvəl, o yalan maskasını çıxardı və özünün əsl simasını göstərdi.
Öz həqiqi varlığını nəciblik və şərəf maskası altında gizlədən, zəif, heç bir bacarığı
olmayan bir insan. Bu insan beş yaşlı oğlanın yadında bu cür qalmışdı. Mənim ad
günüm idi, hamı sevinirdi, deyib gülürdü. Atam həmişəki kimi çox içdi,axmaq-
axmaq danışmağa və özünü nəcib insana yaraşmayacaq şəkildə aparmağa
başladı.Anam onu çağırdı. Onlar çıxdılar, təxminən on dəqiqə olmadılar. Mən
zaldan çıxdım və onların arxasınca atamın otağına getdim. Otağın qapısı azca aralı
idi. O, anamın üstünə qışqırırdı. Anam atam haqqında düşündüklərini ona dedikdə
isə atam onu vurdu. Anam yerə yıxıldı. Mən otağa atıldım və əlimə keçən ilk
şeyi,masanın üzərindəki kitabı ona tulladım və onu itələməyə çalışdım. Atam məni
cındır adlandıraraq, üzümə zərbə vurdu. Mən onun sifətinə tüpürdüm. O, əlini

qaldırıb məni vurmaq istəyəndə kimsə onun əlini tutdu və onu məndən kənara
itələdi. Bu mənim babam idi.O, heç çəkinmədən atamı qovdu, növbəti gün anamla
atam boşandılar. Anamın xahişi ilə babam atama toxunmadı, sadəcə şəhərdən
qovdu. Artıq mən atam haqqında eşitmək istəmirdim. O mənim üçün ölmüşdü.
Onun valideynləri şəhərdə qaldılar, onlar bir-birinin tayı idilər.Onun
atasıyaşlandıqca öz pullarını ağlına gələn anlaşılmaz ticarət işlərinə qoymağa
başladı. O özünü «dahi tacir, Venetsiya tacirlərinin layiqli davamçısı» adlandırırdı.
Üzümlüklərin satın alınması, xalçaların toxunacağı xalça fabriklərinin qurulması.
Orada məşhur rəsm əsərlərinin reproduksiyası, eləcə də üzərində reproduksiyalar
olan yataq dəstləri və süfrə toxunurdu. Boşa xərclənmiş pullar. Mən həmişə Allaha
yalvarmışam ki, O mənim ağlımı əlimdən almasın, ahıl çağımda onun kimi düşkün
olmayım. Onun arvadı yaşlı cadugərbizim ailəmizə qarşı fitnə-fəsad qururdu,onun
əri isə ona göz yumurdu. İnsan deyildilər. Heç bilmirəm onları necə adlandırım.
Mən həmişə özümə bu sualı verirdim ki, necə olub mənim atam kimi alçaq və
kompleksi bir adamın belə normal övladları dünyaya gəlib. Yəqin bu sual mənim
üçün həmişəlik bir sirr olaraq qalacaqdır. Allah bir tərəfdən məni atadan məhrum
etmişdi, digər tərəfdən çoxlarının həsəd apardığı hədiyyə - məni sevən və mənə
dəstək verən ailə bəxş etmişdi.Biz xoşbəxt uşaqlar idik. Bizim üç anamız vardı:
mənim anam, nənəm və xalam. Mən və kiçik qardaşım babamın yolu ilə getdik.
Respublika Təhlükəsizlik Nazirliyinin Akademiyasını əla qiymətlərlə bitirdikdən
sonra Respublika Təhlükəsizlik Nazirliyinin zabitləri olduq (o, mənim rəhbərliyim
altında xidmət edirdi), ortancıl qardaşım isə Diplomatiya Akademiyasını bitirdi və
müharibənin başlanmasına qədər Xarici İşlər Nazirinin köməkçisi olaraq xidmət
etdi.Babam bütün ömrü boyu Respublika Təhlükəsizlik Nazirliyində xidmət etmiş
və nazirin birinci müavininə qədər yüksəlmişdi. O, mənim on doqquz yaşım olanda
həlak olmuşdu, evindən çıxanda snayper tərəfindən öldürülmüşdü. Nə qatili, nədə
ki sifarişçini tapdılar. İyirmi yaşında mən akademiyanı bitirdim və məni
Respublika Təhlükəsizlik Nazirliyində xidmətə götürdülər, xüsusi şöbəyə
göndərdilər. Öz həyatım üçün qorxmayaraq, mən dərhal öz öhdəliklərimi yerinə
yetirməyə başladım. Məni tapşırıqla, terror aktları hazırlayan radikal təşkilatın
içinə daxıl olmaq üçün göndərdilər. Mən əla şəkildə bu tapşırığın öhdəsindən
gəldim. Mən terrorçuların etibarını elə qazandım ki, onların bütün planları əlimə
keçdi. Terror aktlarının qarşısı alındı, radikallar isə həbs olundu. Bunun ardınca bir
neçə əməliyyat da oldu və mən onları uğurla həyata keçirdim. Vətən qarşısında
xidmətlərimə görə mənə 22 yaşında Prezident tərəfindən mükafat təqdim olundu
və xüsusi şöbənin rəis müavini vəzifəsinə təyin olundum. İndi, fikrimcə, həmin o
həlledici günə geri dönmək olar. Başlanğıcda, iclas adi qaydada davam edirdi.

Nazir rəislərin məruzələrini dinlədi, sonra ayağa qalxdı və danışmağa başladı:
- Mən də sizin kimi dövləti öz həyatım bahasına qorumağa and içmişəm.Hökuməti
rüşvət bürüyüb. Bunu nə qədər prezidentə çatdırmaq istəsəm də, hamısı əbəs
yerədir. O, həddindən artıq mərhəmətlidir və hər kəsin ikinci dəfə şans verilmə
hüququnun olduğuna inanır.Mən prezidentə hörmət edirəm, amma bizim ulu
babalarımızın və atalarımızın qurduğu respublikanı da sevirəm. Mənim
generallarım və zabitlərim, mənə kömək edin. Biz hərbi çevriliş etməliyik.
Prezidentə heç nə olmayacaq,biz onu və hökumət üzvlərini həbs edəcəyik. Bu,
andımıza ziddir, lakin biz bunu etməliyik.Ya eşitdiklərindən, ya da nazirə cavab
vermə qorxusundan hamı susurdu. Sakitliyi mən pozdum.
-Bizi sürüklədiyiniz şey, təkcə dövlətə qarşı deyil, həm də vicdana da qarşı
cinayətdir. Siz respublikanı qorumaq və günahkarları cəzalandırmaq istədiyinizi
bəhanə edirsiniz. Bəs siz özünüz yaxşısınız? Siz illərlə Respublikanın həm daxili,
həm də xarici düşmənləri ilə mübarizə aparmısınız və özünüz də indi onlara
bənzəyirsiniz. Siz ədalət deyil, hakimiyyət istəyirsiniz. Bütün bunlar sadəcə
gözdən pərdə asmaqdır, siz bizim vəzifə borcu hissimizlə oynayırsınız və bizi
qiyama səsləyərək bunu zəruri addım adlandırırsınız. Hər şeyi sülh yolu ilə, qan
vətələfat olmadan, islahatlarla həll etmək olar və siz bunu bilirsiniz. Lakin bu sizin
vecinizə deyil, siz hökmranlıq etməkvə hamını əlinizdə iplə oynatmaq istəyirsiniz.
Bundan başqa sizə deyəcək heç bir sözüm yoxdur, bu işdə mən iştirak etmirəm.
-Siz hər şeyi dediniz?
-Bəli.
- Mən sizi daha saxlamayım.
Məni nə gözlədiyini dərk edərək, səssiz-səmirsiz zaldan çıxdım. Zabitlər və
generallar qorxularından ona fikir bildirməyəcək və etiraz etməyəcəklər. Zaldan
çıxdıqdan sonra, mən silahımı götürmək üçün şöbəmə yönəldim. Mən bilirdim ki,
məni elə-belə buraxmayacaqlar.Mən şöbəyə daxil olanda iş yoldaşlarım mənim
iclasdan belə tez gəlməyimə təəccübləndilər. Mən onlara hər şeyi danışdım və
prezidentin yanına gedəcəyimi söylədim. Silahımı götürüb gedərkən dedim:
- Mən sizi arxamca gəlməyə məcbur etməyəcəm, seçim sizindir.
Çıxışda məni artıq beş əsgər gözləyirdi. Onlara yaxınlaşanda mən artıq silah
qabından silahımı çıxarmağa hazırlaşırdım. Bunu gördükdə, əsgərlərdən biri mənə
dedi:
- Bunu etməyin, bizə əmr verilib: tabe olmadıqda –atəş ... - - Yerə yatın, Yusuf,-
arxamdan səs gəldi və mən qeyri-ixtiyari olaraq əyildim. Atəş səsləri eşidildi və
məni gözləyən hər kəs yerə yıxıldı. Geri çevrilib baxanda mən yoldaşlarımı
gördüm.

- Sizi tək buraxacağımızı düşünmüşdünüz?
- Söhbət etmək vaxtı deyil, prezidenti xəbərdar etmək lazımdır.
*****
Bizi təqib etmirdilər, hər hansı bir hadisə olmadan saraya çatdıq.Mən istənilən
zaman prezidentin yanina gələ bilərdim, çünki onun mükafatlandırdığı bir
qəhrəman kimi mənim buna hüququm çatırdı. Mən ona hər şeyi danışdım. O,
oturmuşdu və susurdu. Bir neçə dəqiqədən sonra o, katibini çıxardı və əmr etdi.
-Məni müdafiə naziri ilə birləşdirin.
-Baş üstə.
Bir neçə dəqiqədən sonra katib geri qayıtdı.
- Təəssüf ki, sizi müdafiə naziri ilə birləşdirə bilmirəm, o cavab vermir.
-O da mənə xəyanət etdi.
-Bu mümkün deyil.
- Sən insanları yaxşı tanımırsan, Yusuf.
-O, bunu edə bilməzdi, cənab prezident. O ya öldürülüb, ya da xainlər tərəfindən
həbs olunub.
-İndi artıq bu vacib deyil.
-İndi biz nə etməliyik?
- O bilir ki, sən mənim yanıma gəlmisən. Xain hər şeyi planlamışdır, çox güman
ki, onun ordusu yaxınlıqdadır. O, onlarla birləşəcək və hücumla paytaxtı ələ
keçirəcəklər.
- Xalqa müraciət edin. Xalq sizi sevir, sizi dəstəkləyəcəklər.
Prezident Şahin belə də etdi. O, meydanda çıxış etdi və xalq onun tərəfində idi.
Döyüşün birini biz qazandıq. İndi paytaxt uğrunda döyüş qalırdı. Bizim
sərəncamımızda milli qvardiya bölüyü, üç qrenader bölüyü, polis və yığma
döyüşçülər vardı. Təxminən üç min adam. Bir neçə saatdan sonra xəbər gəldi ki,
müdafiə naziri əsir götürülüb və paytaxta ən yaxın yerləşən ordu xainin tərəfinə
keçib. Biz döyüşə hazırlaşırdıq. Əgər biz tab gətirə bilsək, xəyanəti beşiyindəcə
boğa bilərdik.Mənə şərq divarının müdafiəsinə rəhbərlik etmək həvalə olunmuşdu.
Paytaxtın müdafiəsinə imperatorun özü rəhbərlik edirdi.Məni və
adamlarımıbölmələrin müdafiəsi üzrə zabitlər təyin etdilər. Hər şey sübh çağdan
başladı. Əvvəlcə bizi artileriya atəşə tutdu, sonra isə döyüşə piyadalar qoşuldu.Biz
bacardığımız qədər onların qarşısını almağa çalışırdıq. Biz hücum edənlərə çoxlu
itki verdirdik, lakin qüvvələr nisbəti onların tərəfində idi. Mən döyüşün ən qızğın
yerində vuruşurdum. Onlar geri çəkiləndə prezident əks-hücuma keçməyi əmr etdi.
-Əsgərlər, əgər qismətimizdə ölmək varsa, türklərə yaraşan şəkildə ölməliyik. İrəli,
mənim əsgərlərim! Döyüşə! () Əbəs yerə prezidenti Şir adlandırmırdılar. Biz, əsas

qapılardan keçərək onun arxasınca irəli atıldıq və gördük ki, düşmən qaçır. Xainlər
general Muradın başçılığı ilə bütün şərq ordusunun bizə köməyə gəldiyini görüb
pərən-pərən oldular. Elə ondan öyrəndik ki, Respublikanın şərq bölgələri hökumətə
sadiq qalmış, qərb bölgələri isə xainə sadiq olacaqlarına and içmişlər. Demək olar
ki, beş saat ərzində ölkə iki qarşıduran hissəyə bölünmüşdü.
Prezident əsgərləri ətrafına topladı və danışmağa başladı:
- Bu gün biz qalib gəldik! Biz paytaxtımızı qoruduq. İndi bizim borcumuz
respublikanı xainlərən azad etməkdir. Siz bizim ulu babalarımızın qurduğu
dövlətimizi müdafiə etməkdə mənə kömək edəcəksiz ?
- Bəli!
- İki gündən sonra yola düşürük. Mən ordumuzu üç bölüyə bölürəm: birinə mən,
ikincisinə Murad, üçüncüsünə isə xalqımızın köləyə çevrilməsinə imkan verməyən
insan başçılıq edəcək. Yusuf, mənə yaxınlaş.
Mən ona yaxınlaşdım, o, əlini mənim çiynimə qoydu və danışmağa davam etdi.
-Bu gündən etibarən Yusuf İldırım üçüncü azadlıq ordusuna başçılıq edəcək.
Əsgərlər mənim adımı hayqırırdılar. Mən susurdum. Mənim sözüm yox idi. Bir
neçə dəqiqədən sonra Şahin sultan əlinin hərəkəti ilə onları dayandırdı.
-Həlak olanları dəfn edin, yaralılarla maraqlanın, bir gündən sonra biz yola
düşürük. Generallar orduları hazırlasın və zabitləri toplasın. Hamı azaddır. O mənə
tərəf döndü və dedi:
-Sən öhdəsindən gələcəksən, oğul. Sənin zabitləri axtarmana ehtiyac yoxdur, onlar
xüsusi şöbədən olan yetirmələrin olacaqlar. Ordunu hazırlamaqla məşğul olun.
-Necə buyurursunuz.
*****
Hər şey hazır idi və bir gündən sonra biz yolda düşdük. Təpədə, atın üstündə mən
ordumuzun şəhərdən necə çıxmasına baxırdım. Məndə heç bir qorxu hissi yox idi,
çünki qələbəmizə və ordumuza inanırdım. Mən Respublikaya sülh, azadlıq və
haqq-ədalət gətirəcəyəm.

Tamerlan İldırım


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!