Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 26-11-2019, 11:47
Görkəmli meksikalı yazıçı David Toskana ilk dəfə Bakıda

Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə məşhur meksikalı yazıçı Azərbaycanda səfərdədir. İlk həftə ərzində hər iki ölkənin çağdaş ədəbiyyatların kəşf edilməsi, eyni zamanda David Toskana yaradıcılığı ilə tanış olmaq məqsədilə yazıçının iştirakı ilə bir sıra tədbirlər yer alır.

Butov.az Trend-ə istinadən xəbər verir ki, bu xüsusda, noyabrın 25-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardinin müşayiəti ilə yazıçı David Toskana Dövlət Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud ilə görüşdü. Tərəflər David Toskananın əsərlərinin Azərbaycan dilinə tərcümə olunması imkanlarından söhbət açdılar, həmçinin milli ədəbiyyatların qarşılıqlı şəkildə təşviqi perspektivlərinə də toxundular.
Yazıçı David Toskananın iştirakı ilə tədbir və görüşlər davam etməkdədir. Yekun görüş meksikalı yazıçının yerli oxucularla canlı tanışlığına həsr olunacaq. Tədbir 29 noyabr saat 18:00-da, Bakı Kitab Mərkəzində baş tutacaq. Beləliklə, oxucular David Toskananın əsərləri və Meksika ədəbiyyatının hazırkı cərəyanları haqqında söhbətdə iştirak edə biləcəklər.
1961-ci ildə Monterrey şəhərində anadan olub. Tula Stansiyası, Sirkin Müqəddəs Məryamı, Lontananza, Miqel Pruneda acısı, Son oxucu, Parlaq ordu, Königsberg körpüləri, Şeytanın apardığı şəhər, Evanxelia və Oleqaroy kimi əsərlərin müəllifidir. David Toskana Ayova Universitetinin Beynəlxalq Yazıçılar Proqramı və Berliner Künstlerprogramm-da iştirak edib. Milli Yaradıcılar Sisteminin üzvüdür.
Onun "Son oxucu" romanı Antonin Artaud və Xose Fuentes Mares mükafatlarına layiq görülmüşdür; Parlaq ordu isə Amerika Evi tərəfindən təqdim olunan Xose Mariya Arqedas mükafatını almışdır. Oleqaroy, öz növbəsində, Xavyer Viyaurrutia 2017 və Elena Poniatovska adına Latın Amerikası mükafatlarına layiq görülmüşdür. David Toskananın əsərləri on dörd dilə tərcümə olunmuşdur.


Paylaş



Bölmə: Ədəbiyyat / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!