Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 22-09-2015, 12:32
Ermənistandakı talançılığın və korrupsiyanın başında Sarkisyan ailəsi dayanır


Korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, iqtisadiyyatın iflic vəziyyətə düşməsinə səbəb olan amillərin sayı günbəgün artır. Qeyd edilənlərin tam reallığı əks etdirməsi Ermənistan vətəndaşı, müxalifətdə olan "Ölkədaxili milli azadlıq hərəkatı" təşkilatının rəhbəri Vaqan Martirosyanın səsləndirdiyi fikirlərdə bir daha təsdiqini tapdı.

Siyasi sığınacaq üçün ölkəmizə müraciət edən və müsbət cavab alan Vaqan Martirosyan Ermənistan reallığı barədə həqiqətləri təkcə Azərbaycan yox, bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Serj Sarkisyanın cinayətkar rejimi və bütövlükdə Ermənistanın hakimiyyət orqanlarının ümumi korrupsiya fəaliyyətindən danışan bu şəxs bildirdi ki, prezidentin ailəsi reketlə məşğul olur. Onun sözlərinə görə, prezidentin qardaşı Aleksandr Sarkisyanın hətta "Saşa 50/50" ləqəbi var, çünki o, iş adamlarından biznesin iri və ya kiçik olmasına baxmayaraq, gəlirlərin yarısını alır: "Aleksandrın adamları mənim tanışım olduğu konserv zavodunun rəhbərinin oğlunu oğurladılar. Nəticədə o, gəlirin yarısını vermək məcburiyyətində qalıb".

Aleksandr Sarkisyan prezidentin qardaşı kimiləri iş adamlarına himayədarlıq edir, xaricdə, o cümlədən, ABŞ və Böyük Britaniyada daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərir. Erməni mediası isə Aleksandr Sarkisyanın zəngin kriminal keçmişə malik olduğunu, muzdlu qatillərdən istifadə etdiyini və "killerlər" şəbəkəsinə nəzarət etdiyini bildirir.

V.Martirosyan qeyd etdi ki, S. Sarkisyanın digər qardaşı Levon Sarkisyan uşaqların müalicəsi üçün Avropa və ABŞ-dan pul dilənən xeyriyyə fonduna rəhbərlik edir: "Əslində isə pullar həmin məqsədlərə xərclənmir və Sarkisyanın ailəsinin cibinə gedir".

Levon Sarkisyan Yerevan Dövlət Universitetində kafedra müdiridir və elit tikinti sahəsini nəzarətdə saxlayır. Xarici investorların Ermənistana cəlb olunmasının fırıldaq sxemi üzrə məşhurdur. Serj Sarkisyanın kürəkəni Mixael Minasyan isə toplanan pulların yuyulmasında əsas rollardan birini oynayır. Bütün bunlar müasir Ermənistanın real simasıdır.

Amma işğalçı ölkədə cinayət əməlləri bununla bitmir. Burada insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı V.Martirosyan öz timsalında çox maraqlı bir misal gətirir: "Hakimiyyətin cinayətlərinə qarşı barışmaz mübarizə aparmışam. Məhz bu fəaliyyətimə görə mən və hərəkat üzrə silahdaşlarım üç il ərzində Ermənistanın dövlət orqanları tərəfindən dəfələrlə təqiblərə və təzyiqlərə məruz qalmışıq. Bu il avqustun 14-də öz evimdə S.Sarkisyanın yaxın dostu, hakim Respublika Partiyasından deputat Mqer Sedrakyanın cangüdənləri və qohumları tərəfindən mənə və ailəmə hücum təqibin məntiqi sonluğu olub. Hücum nəticəsində mən iki yaşlı oğlumun və qoca anamın gözü qarşısında vəhşicəsinə döyülmüşəm. Həyat yoldaşım döyüldüyünə görə uşaq salıb. Həbs, repressiya və ədalətsiz məhkəmədən qorxduğum, ailəmin təhlükəsizliyinə görə narahatlıq keçirdiyim üçün Ermənistanı dərhal tərk etmək qərarına gəldim".

Əslində, digər ermənilər də etiraf edirlər ki, hakimiyyət nümayəndələri hər addımda insanların hüquqlarını kobud surətdə tapdalayırlar. Bu ölkədə demokratiya, haqq-ədalət tələb edənlər vəhşicəsinə döyülür, işgəncələrə məruz qalırlar. Yerli hüquq müdafiəçiləri hakimiyyət dairələrinin müxalifət nümayəndələrinə işgəncə vermələrinə ciddi etiraz edirlər. Amma nəticə yoxdur. Bu barədə müxtəlif beynəlxalq təşkilatlara müraciət etməyin heç bir faydası olmur.

V.Martirosyan hakimiyyətin başqa cinayət əməllərinə də toxundu. O bildirdi ki, Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır. Onun sözlərinə əsasən, Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir: "Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır".

Düzdür, Martirosyanın Bakıda söylədikləri yenilik deyil. Dünya ictimaiyyətinə artıq çoxdan bəllidir ki, ermənilər Dağlıq Qarabağda qanunsuz hərbi birləşmələr, terrorçu qruplar yaradır, formalaşdırır. Amma buna hələ də lazımi reaksiya verilmir. Hazırkı durumda Dağlıq Qarabağ ərazisi faktiki olaraq, nəzarətsiz bir məkana çevrilib. Bu bölgəyə ayrı-ayrı ölkələrdən cinayətkar ünsürlər gətirilir. Ermənistan bununla Azərbaycanın nəzarətsiz qalan ərazilərində terrorçu qruplaşmaların, muzdluların formalaşmasını həyata keçirir. Ən əsası isə bu gün nəzarətsiz qalan Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilər tərəfindən qanunsuz silahlar toplanılıb. Onların isə istənilən an Azərbaycan Ordusu tərəfindən məhv edilə biləcəyini V.Martirosyan da etiraf edir.

O dedi ki, Ermənistanda heç kəs müharibənin başlamasını istəmir: "Ermənistan ordusu indiki vəziyyəti ilə təkcə Azərbaycan ordusuna deyil, hətta Afrikanın üçüncü ölkəsinin ordusuna belə müqavimət göstərə bilməz. Bizdə hamı orduda xidmətdən yayınır. Dinc şəraitdə itkilərimiz çoxdur. Müharibə başlasa, Ermənistan ordusu müvəffəqiyyətsizliyə məhkum olacaq".

Bütün bu etiraflar fonunda aydındır ki, Ermənistanda V.Martirosyana qarşı müxtəlif qondarma ittihamların irəli sürülməsi tamamilə gözlənilən idi. Artıq bu şəxs Ermənistan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi üzrə günahlandırılır. Şikayətçi kimi məhkəməyə V. Martirosyanın yaxın tanışı olan tərcüməçi, elmi işçi Ruzan Marquni müraciət edib. Həmçinin Vaqan Martirosyan barədə axtarış elan edilib. Ruzan Marquni bildirib ki, Vaqan Martirosyan və arvadı bir həftə onun evində yaşayıblar. O iddia edir ki, V. Martirosyanla arvadı evini tərk edən gün o, şəhərdə imiş. Gələndə görüb ki, yoxdurlar. Dərhal pullarını yoxlayıb. Ruzan dolabdakı 5 min dolların 4 min dollarının götürüldüyünü iddia edir. Ermənistanın İstintaq Komitəsi isə bildirir ki, 2005-ci ilin mart ayının 28-də Martirosyan "Avan" psixiki sağlamlıq mərkəzində "şəxsiyyətin isterik pozuntuları" diaqnozu ilə qeydiyyata alınıb.

Təbii ki, bütün bunlar tamamilə qondarma ittihamlardır və Ermənistan hakimiyyətinin özünü sığortalanmasına hesablanıb. Amma fakt da faktlığında qalır və Ermənistanın simasının nədən ibarət olduğu V.Martirosyanın açıqlamaları fonunda özünü aydın göstərir.


Butov.az


Paylaş



Bölmə: İrəvan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!