Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                        Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər .....                        Təyyarəyə kənar müdaxilə olub - Nazir .....                        Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                       
Tarix : 6-04-2017, 17:05
Bir görüşdən doğan təəssürat

Bir görüşdən doğan təəssürat

Mövcud olduğu əlli il ərzində tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsət xadimlərinin sevə-sevə qəbul edib, hörmət və etiramla yola salan Bakı Dövlət Sosial-İqtisadi Kolleci bu günlərdə yenə də qonaq-qaralı olub. Kollecin müəllim və tələbə heyəti Natavan, M.Dilbazi, N. Rəfibəyli, Mədinə Gülgün kimi qadın şairələrimizin varisi, Ə. Cəfərzadə ədəbi məktəbinin layiqli davamçısı gözəl şairə, istedadlı nasir, publisist və jurnalist Mətanət Ulu Şirvanlının yaradıcılıq işığına toplanmışıq. İnanırıq ki, bu işıq seli-görüş iştirakçılarının hər birinin qəlbinə axan Mətanət xanımın könül oxşayan, ürəkləri riqqətə gətirən sehirli, ecazkar poeziyası ruhlara bir təzəlik, bir təravət bəxş etmişdir.
Bir görüşdən doğan təəssürat

Sevindirici hal bir də odur ki, Mətanət xanım bir zamanlar təhsil aldığı kollecə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə İlim və Ədəbiyyat Eseri Sahibləri Məslək Birliyinin üzvü, Respublika Ekoloji Təcrübəçilik Mərkəzinin şöbə müdiri və “Qızıl Qələm” media mükafatı laurtatı kimi qonaq gəlmişdi.

Molla Nəsrəddin jurnalının baş redaktoru görkəmli yazışı-publisist, dramaturq və jurnalist C. Məmmədquluzadə demişdir: - Qələmin ən müqəddəs vəzifəsi xalqa xidmət etməkdir!

Mətanət xanım bu gün sələfinin dediyi kimi təkcə iti qələmi ilə deyil, eyni zamanda aydın zəkası, dərin ağlı, döyünən ürəyi, bir sözlə, bütün varlığı ilə xalqına xidmət edir. Kimdir Mətanət Ulu Şirvanlı?
Bir görüşdən doğan təəssürat

-Gəlin qısa da olsa onun həyat və yaradıcılıq yoluna nəzər salaq; Rzayeva Mətanət Tumarxan qızı Şamaxı şəhərində anadan olmuşdur. Şamaxı şəhərində orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Bakı Plan İqtisad Texnikumunu bitirmiş öz ixtisası üzrə bir neçə il işləmişdir. Daha sonra isə ali təhsil alaraq ekoloq kimi fəaliyyətə başlamışdır. Amma bütün bunlara baxmayaraq, o junalist sənətinə meyl etdi. “Azərbaycan” nəşriyyatında əmək fəlaityyətinə başladı. “Arı” qəzetində müxbir, xüsusi muxbir vəzifəsində çalışmağa başladı “ Ulu Şirvan” qəzetini təsis etdirərək, qəzetin baş redaktoru oldu. 2005-ci ildən ehtibarən isə Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində İnformasiya və mətbuat şöbəsinin müdiri vəzifəsində çalışmağa başladı. Hazırda şöbə müdiri kimi fəaliyyətini davam etdirir. Eyni zamanda Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasında ekologiya müəlliməsi kimi fəaliyyət göstərir.

Respublikada həyata keçirilən bir sıra tədbirlərə təşkilatçılıq edir, şeir naminasiyası üzrə münsiflər heyətinin üzvü, eləcə də bölgələrdə keçirilən tədbirlərdə müəllif kimi iştirak edir. Dövrü mətbuatda sayt və portallarda ardıcıl olaraq şeir və məqalələri, nəsr əsərləri oxuculara təqdim edilir. Şairənin indiyə qədər 10 şeir və ədəbi-bədii publisist və nəsr əsərlərinin; “Gəlmişdim deyim ki”, “Sarı çiçək”, Gecə gözəl, sən gözəl” , “Bir gecənin nağılı”, “Sevgi çələngimiz heç

toxunmadı”, “Azəri yurdunun övladları”, “Salam, Qoca”, “İt kəlləsi”, “Ağ ayaqqabı”, “Merinin nağıllar dünyası” kitablarının müəllifidir. İstər şeir, istərsə də nəsr əsərləri olsun, müəllifin hər bir kitabı oxucular tərəfindən maraqla qarşılanır.

Son çap olunan kitablarından gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edən, vətən, torpaq, el-oba təəssübkeşliyi, vətənə məhəbbət motivləri əsas yer alan “Ağ ayaqqabı” şeirlər toplusu, bədii fəlsəfi düşüncəli esselərindən ibarət olan “Salam, Qoca”, uşaq ədəbiyyatına xidmət edən “Merinin nağıllar dünyası”, həyat lövhələrini əks etdirən povest və hekayələrdən ibarət olan “İt kəlləsi”adlı kitabları tədqirə layiqdir.
Bir görüşdən doğan təəssürat

Mətanət Ulu Şirvanlı yaradıcılığında bir məqamı xüsusi vurğulamaq istəyirəm. O uca Tanrıya, peyğəmbərlərə, valideynlərə, vətənə, torpağa, onu sevən və sevməyən hər bir kəsə ilk növbədə “Salam”la müraciıət etməsidir. Hamımıza yaxşı məlumdur ki, Salam vahid olan Allahın adlarından biridir. Mətanət xanım da gündəlik yaşam tərzinə Allahın adı ilə başlayır, onun mərhəmətinə, sevgisinə sığınır. Məhz buna görə də Mətanət xanımın sənət dünyasına səyahəti də elə şairənin “Salam” şeri ilə başlayırıq.

Sarsar küləyinə yalvaranlara,
Övladddan nəsibi olmayanlara,
Məni də yadına salmayanlara
Salam! ...

Yaradıcı insanlar üçün əzəli və əbədi bir mövzu - məhəbbət mövzusudur.

Bu mövzu Mətanət Ulu Şirvanlı yaradıcılığından qırmızı xətt kimi keçir. Lakin bu duyğu şairənin söz dünyasında konkret bir obyektə yönəlmir. Onun poeziyasında məhəbbətin üsyanı və bu duyğunun özü qədər müxtəlif və rəngarəngdir.

Uca Tanrıya, ata-anaya, ovlada, vətənə, insana və insanlığa sevgi və məhəbbət hissləri daşıyır kövrək şairə qəlbində. Şübhəsiz ki, bu sevginin içərisində Rəbbimizə və valideynlərimizə olan sevgi daha diqqətəlayiqdir. Bu məqamda “Azərbaycan bayrağı” şeirindən misal yerinə düşər.

Dodaqlarda gülüş-nəşə,
Budur boylanır Günəşə.
Ucalasan sən həmişə
Azərbaycan bayragı!...

Dövlətə sevgidən söhbət düşərkən Azərbaycan dövlətinin memarı, qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əliyevə olan sonsuz məhəbbət, ehtiram və hörmət M.U. Şirvanlı poeziyasında özünəməxsus şəkildə tərənnnüm edilir.
Odu-ocağı, etiqadı-andı olan Azərbaycan - Vətən M.U. Şirvanlı üçün hər şeydir; ilk sözü, son sözü, gecəsi-gündüzüdür. Zəfər səsini eşitmək üçün sevincdən ölməyə hazır olan Azərbaycan qadınıdır, vətən əsgəridir.

Yuxuda görürəm kəndimizi də,
Allaha yazırıq dərdimizi də.
Gedib qəbir üstə şəhidimizə,
Qanını alacam deyə bilmirəm.

Və yaxud;

Bülbülü perik düşən,
Xocalım, ağlama, ağlama,
Qisası qiyamətə
Xocalım, saxlama, saxlama!

Daha bir nümunə;

Bilməzdim ruhumun köc anı başlar,
Tökülsün başıma qayalar, daşlar!
Ölsəm günahımı
Allah bağışlar,
Anam bağışlar,
Bircə bağışlamaz
Şəhid qucaqlayan quruca daşlar!
Onun türk xalqına müracitinə nəzər salaq;
Türk soyudur sənin soyun,
Budur sənin nicat yolun,
Birşəş, birləş, bütövləş sən,
Bunu səndn tələb edir,
Doğma yurdum, ana vətən!

M. U. Şirvanlı yazır; “Sevgi fatehdir, qəlbləri fəht edən fateh!”

İnsan qəlbinin ən saf, pak və ləkəsiz hissi olan sevgiyə fəlsəfi yanaşma, maraqlı düşüncə tərzi çox uğurlu alınıb. Mətanət xanımın şevgiyə həsr olunmuş şeirlərində lirik, qəhrəman sevgi həsrətində olan, sevdiyindən bircə dənə sarı çiçək gözləyən, Uca Tanrısından gözəl tale arzulayan, nəhayətində sevgisinə qovuşacağına inanan tənha qadındır. Qadın qəlbinə məxsus olan bütün yaşantılar - əzab, göz yaşı, üzüntü, nisgil bütün incəliklərinə qədər şairənin sevgi şeirlərində öz əksini tapıb. Düzdür, şairənin lirik qəhrəmanı, ağrılı-acılı taleyi, ürək çırpıntıları qəlbləri göynədir, bizə rahatlıq vermir, ancaq neynəməli, bu bir reallıqdır. Mətanət xanımın sevgi şeirlərini oxuculara sevdirən də məhz bu səmimi etiraflarıdır.

Misal üşün onun “Onun nə var” adlı şerinə nəzər salaq;

...Deyirsən, sevmərəm bir daha əsla,
Bir kimsə görməsin mən görən bəla.
Yaşamaq eşqilə baxıb dünyaya,
Doğulub, yenidən sevməyə nə var!

yaxud;

Qədər duzu şəkərimə
Öz süfrəmdə qatıb gedib.
Nə inciyim taleyimdən
Sevgi bəxtim yatıb gedib...

və yaxud da;

Gedirəm...

Ayrılıq çiçəyi gətirəcəksən,
Son kərəm qapıdan ötürəcəksən?
Allah ətəyinə atırsan məni,
Əzizim, sən mənsiz neyləyəcəksən?!
Bir görüşdən doğan təəssürat

Mətanət xanımın poeziyasında bədii ifadə vasitəsi kimi təzadlardan çox istifadə edilib; ad-qara, gecə-gündüz, işıq-qaranlıq, həyat-ölüm, və s kimi. İlk baxışdan bədbinliyə meyilli olan şairənin müəllifliyinə sonda öz ürək sözlərimi nikbin notlarla çatdırmaq istəyirəm:

-Mətanət xanım, bu görüşümüz Novruzun - baharın gəlişinə təsadüf edir. Arzu edirm ki, bahar kimi tərəvətli olsun! Siz həmişə Tanrıya üz tutaraq ondan sevgi dolu ömür istəyirsiniz. Mən də Allahdan bunu diləyirəm; adın kimi həmişə mətanətli, qəlbin kimi sədaqətli, görkəmin kimi məlahətli, gözəlliyin kimi təravətli və lətafətli olasınız!

Rəfiqə Qurbanova ,
Bakı Sosial İqtisadi Kollecinin
Azərbaycan dili və ədəbiyyat müəllimi


Paylaş



Bölmə: Foto görüş / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!