Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                       
Tarix : 25-07-2014, 18:19

 

GÜNEY AZƏRBAYCAN PARLAMENTİ: ZƏRURƏT VƏ GERÇƏKLİK
Məlum olduğu kimi, müstəqillik uğrunda mücadilə aparan xalqların əsas mübarizə formalarından biri mühacirət dövlətinin, yaxud mühacirətdə milli parlamentin yaradılmasıdır. Dünya ölkələri təcrübəsində bunun çoxlu sayda örnəyi var.

Xüsusilə, parlamentin yaradılması mühacirətdə olan siyasi qüvvələrin bir araya gəlməsində, ümumi hədəflərə doğru gedilməsində mühüm rol oynayır. Bu cür mübarizə forması o zaman seçilir ki, istiqlaliyyət uğrunda mübarizə aparan xalq bunu öz tarixi torpaqlarında, əsarət həyatı yaşadığı imperiyanın sərhədləri içərisində gerçəkləşdirə bilmir. 
Güney Azərbaycan xalqının istiqlal mübarizəsi də bu mahiyyətdədir. Belə ki, İran adlanan ölkənin ildən-ilə, gündən-günə azğınlaşan qəddar, şovinist rejimi burada nəinki siyasi mücadilə üçün yer qoymur, ən adi insanı hüquqlar üğrunda mübarizə imkanlarını belə məhdudlaşdırır. Ona görə də qırx milyondan artıq Azərbaycan türkünün yaşadığı bir ölkədə açıq siyasi mübarizə üsulları yox dərəcəsindədir.
Belə olan təqdirdə Güney Azərbaycan Parlamentinin yaradılması mühüm zərurət kəsb etməkdədir. Çünki belə bir siyasi qurumun təşəkkülü İran adlanan ölkənin içərisində yasaqlanan həqiqətləri aşkara çıxarmaq, milləti maarifləndirmək, həmçinin dünyanın demokratik güc mərkəzlərinin diqqətini bu vacib problemə yönəltmək baxımından olduqca əhəmiyyətlidir. 
Lakin parlamentin yaradılmasında bir sıra məqamlara diqqət yetirilməsi olduqca vacibdir. Hər şeydən əvvəl, mühacirətdə yaranacaq bu siyasi qurum Güney Azərbaycan uğruna mübarizə aparan bütün mövcud qüvvələri əhatə etməli, onların iştirakı ilə təşkil olunmalıdır. Burada dəstəbazlığa, firqəbazlığa, təriqətçiliyə, ayrı-seçkiliyə, bölgüçülüyə aparan cəhdlərə, məqamlara, addımlara qətiyyən yol verilməməlidir. Belə ki, Güney Azərbaycan Parlamenti mühacirətdəki bütün siyasi qüvvələrin iştirakı olmadan yaradılarsa, bunun ciddi ixtilaflara səbəb olacağı sir deyil. Bu, siyasi prosesdən kənar qalan qüvvələrlə qarşıdurmaya gətitib çıxaracaqdır ki, nəticədə birklik, bütövlük, ümumi düşmənə qarşı mübarizə əvəzinə daxili ixtilaflara meydan verəcək.
Güney Azərbaycan Parlamenti Nizamnamə və Məramnamə əsasında fəaliyyət göstərməli, burada özfəaliyyətə, qeyri-peşəkarlığa, ümumi fədəflərə zidd olan addımlara yol verməməlidir.
Güney Azərbaycan Parlamenti İstiqlal uğrunda mücadiləni hədəf alaraq seçməli, beynəlxalq tədbirlərdə milləti təmsil etmək gücünə malik olmalıdır. Güney Azərbaycan Parlamenti dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə bərabər hüquqlu prinsiplər əsasında əlaqələr qurmalı, uluslararası normalar əsasında fəaliyyət göstərməlidir. 
Bütün bu sadalanan prinsiplər nəzəzrə alınmadan Güney Azərbaycan adına yaranacaq Parlamentin uğur qazanacağı şübhə doğurur. 
GAMAC başqanı prof. Qulamrza Səbri Təbrizi
 


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!