Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 1-10-2021, 12:34
128 gün komada qaldı, 25 yaşına 34 gün qalmış şəhid oldu...


Tacəddin İsmayılzadə 2016-cı ildə ali təhsilini dondurub həqiqi hərbi xidmətə yola düşür. Aprel döyüşlərində iştirak edir. Döyüşlər zamanı general-mayor Polad Həşimovun şücaətlərinə şahidlik edir və ona böyük rəğbəti yaranır. Ötən ilin iyulunda generalın şəhid olduğunu eşidəndə isə düşmənə bəslədiyi nifrətdən doğan qisas hissi alovlanır. Generalın cənazəsini qarşılayandan sonra cəbhəyə könüllü getmək üçün hərbi komissarlığa yollanır. Vətən müharibəsi başlayanda isə sentyabrın 29-da ön cəbhəyə yola düşür. Oktyabrın 8-dən 9-na keçən gecə Füzuli uğrunda gedən ağır döyüşlərdə başından beş qəlpə, bir güllə yarası alır. 128 gün komada qalan Tacəddin 2021-ci il fevralın 12-də, 25 yaşına 34 gün qalmış şəhidlik zirvəsinə ucalır. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

Vətən müharibəsi şəhidi İsmayılzadə Tacəddin Vüqar oğlu 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə daxil olsa da 2016-cı ilin yanvarında akademik məzuniyyət götürərək həqiqi hərbi xidmətə yola düşür. Aprel döyüşləri başlayanda Tacəddin 4 ayın əsgəri idi. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edir. Hərbi xidməti fərqlənmə ilə bitirir.

Şəhidin anası Aygün Məmmədova AZƏRTAC-a övladı barədə qürurla danışır. Nə qədər çətin olsa da, ana övladından danışmaqdan doymur: “Tacəddin çox sakit, cəsur, mehriban, Vətənini, millətini sevən, böyük-kiçik yeri bilən, ailəcanlı oğul idi. Onu tanıyanların böyük hörmətini qazanmışdı. Aprel döyüşləri zamanı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun necə mərd, vətənpərvər, xeyirxah bir insan olduğuna şahid olmuşdu. Polad Həşimova xüsusi sevgisi və rəğbəti var idi. Hərbi xidməti başa vurandan sonra təhsilini davam etdirmək üçün vəsait toplamaq istəyirdi. Bu məqsədlə qardaşı ilə Türkiyəyə işləməyə getmişdi. Tovuz döyüşləri dövründə Tacəddin evə məzuniyyətə gəlmişdi. General-mayorun şəhadət xəbərini eşidəndə çox sarsıldı. Oğlum yerində qərar tuta bilmirdi. Sumqayıt sakinləri mərhum generalın cənazəsini adına layiq formada qarşıladı. Tacəddin də həmin şəxslər arasında idi. Ondan sonra məlum olduğu kimi hər kəs generalın qisasını almaq üçün döyüşə can atırdı, gənclər hərbi komissarlığa axışırdılar. Tacəddin də hərbi komissarlığa müraciət edərək döyüşlərə könüllü yazıldı.

Sentyabrın 27-də müharibə başladı. Döyüşlərə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Sentyabrın 29-da birbaşa ön xəttə yola düşdü. Bir ana kimi çox narahat idim. Müharibənin ilk iki günündə şəhid xəbərləri ürəyimi yaralamışdı. Son dəfə evdən çıxanda ağladım, birdən şəhid olsan neyləyərəm dedim? Güldü, “nə sən mənə qorxaq kimi gizlənməyi yaraşıdırarsan, nə də mən bunu edərəm. Şəhidlik uca zirvədir. Şəhid olsam, peyğəmbər ayağı altında dəfn olunmuş kimi olaram”, dedi. Tacəddin Ağdam, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli istiqamətində qızğın döyüşlərdə başından 5 qəlpə və bir güllə yarası alıb. Oktyabrın 9-dan 14-dək Füzulidə hospitalda müalicə aldı. Oktyabrın 14-də vəziyyəti ağır olduğundan Bakıya gətirildi. Müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirildi. Tacəddinin beyni çox ciddi xəsarət almışdı, ağciyərləri yaralı idi, ödü, kor bağırsağı, mədəsi çıxarılıb yerinə trubka taxılmışdı. Yenə də ümidimi itirmədim. Xalqımız da mənimlə bərabər dua edirdi. Beyin ölümü keçirmişdi, amma yenə nə vaxtsa, möcüzə olacağına inanırdım. Ta ki, fevralın 12-si günorta saat 3 radələrinə qədər... Tacəddinin ürəyi dayandı dedilər. İnanmadım, nə qədər səsləsəm də oğlum ayılmadı, şəhid oldu. Fevralın 13-də qəhrəman oğlumu Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırdım”.

A.Məmmədova bir şəhid ailəsi kimi dövlət dəstəyindən razılığını ifadə edib: “Övladım şəhid olandan sonra dövlət bizdən qayğısını əskik etmədi. Səlahiyyətli qurumların nümayəndələri də tez-tez maraqlanırlar. Sumqayıtda 19 nömrəli yataqxanada qalırdıq. Ötən ay elə Sumqayıt şəhərində yerləşən “Stansiya Sumqayıt” yaşayış massivində ikiotaqlı mənzillə təmin olunduq. “YAŞAT” Fondu da tibb istiqaməti üzrə ehtiyacımızı qarşılamaq üçün 2500 manat vəsait ayırdı. Övladım komada olan müddətdə tibb işçiləri də əllərindən gələni etdilər, oğlumun qulluğunda canla-başla durdular. Bizim üçün nə qədər ağır olsa da, hər dəfə övladlarımızın məzarında tər çiçəklər görəndə təsəlli tapırıq ki, xalqımız öz qəhrəmanlarını unutmur, onlara dəyər verir. Bir şəhid anası kimi hər zaman hörmətlə yanaşırlar. Buna görə də hər kəsə minnətdaram. Övladlarımızın qisasının alınması və torpaqlarımızın azad edilməsi şəhid ailələrinə az da olsa təskinlik verir”.


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!