Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
Tarix : 26-12-2015, 13:42
Kərim Vəliyev: "Hamımız Vətənin müsəlləh əsgəri olmalıyıq”...

Bu gün Müdafiə Nazirliyində akkreditə olunan jurnalistlərə akkreditə vəsiqələri təqdim olunub.

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin Mətbuat xidmətinin məlumatına görə, tədbirdə çıxış edən nazir müavini, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada və Silahlı Qüvvələrlə çalışacaq jurnalistlərin akkreditə olunması barədə müvafiq qərarın 2014-cü ilin sonlarında qəbul edildiyini, vəsiqələr verilən jurnalist və yaradıcı heyətin müvafiq prosedurlardan keçdiyini bildirib.
Azərbaycan Silahlı Qüvvələrində son illər həyata keçirilən islahatlar və cəbhə xəttindəki vəziyyət barədə qısa məlumat verən nazir müavini bu istiqamətdə əldə edilən nailiyyətlərdən , düşmənin cəbhədə verdiyi itkilərdən də söhbət açıb:
“Cəbhə xəttində Ermənistan Ordusu çox sayda itkilər verir. Amma onlar bu itkilərini öz ictimaiyyətlərindən gizlətməyə çalışırlar. Onu da biləsiniz ki, düşmənin hər bir itkisi bizə adbaad bəllidir”.
Nazir müavini diqqəti müasir dövrdə fiziki müharibələrlə yanaşı psixoloji müharibələrə böyük önəm verildiyinə, sonuncunun aparılmasında KİV-lərin oynadığı mühüm rola yönəldib: “Bu gün bizə qarşı aparılan psixoloji müharibədə əsas yük Azərbaycan jurnalistlərinin- ictimaiyyətin, hərbçilərin inandığı, etimad göstərdiyi qələm sahiblərinin üzərinə düşür. Ona görə də söz dövlətimizin, millətimizin təhlükəsizliyi məsələsi olunca hamımız Vətənin müsəlləh əsgəri olmalıyıq”.

K. Vəliyev Müdafiə Nazirliyinin mətbuat xidməti ilə qarşılaqlı informasiya mübadiləsi əlaqəsində çalışacaq KİV nümayəndələrinə tövsiyyələrini verdikdən sonra jurnalistlərin fikir və təkliflərini də dinləyib. Nazir müavini KİV ilə əlaqələrin gücləndirilməsi, operativliyin daha da artırılması və qarşıya çıxan problemlərin tezliklə həlli istiqamətində tapşırıqlarını verib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!