Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK... .....                        Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi .....                        Çinlilər xüsusi kosmik aparatla Ayın səthinə eniblər .....                        Fidan Suriya Prezidenti ilə görüşdü .....                        AAYDA-nın vəzifəli şəxsi içkili halda maşın sürdü, cərimələndi .....                        Avtoyuma məntəqəsindən maşın qaçıran şəxslər saxlanılıblar - VİDEO .....                        Mərkəzi Parkda böyük süni göl yaradılacaq .....                        Ermənistanın dövlət borcu 13 milyardı ötüb .....                        Fidan Əl Şaraa ilə görüşdü .....                       
6-11-2023, 12:55
XİN Başçısı rumıniyalı həmkarıyla bu məsələləri müzakirə etdi


XİN Başçısı rumıniyalı həmkarıyla bu məsələləri müzakirə etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb.
Nazirlikdən bildirilib ki, C.Bayramov və L.Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.
Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.
Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.
Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.


6-11-2023, 12:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
5-11-2023, 21:54
İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü


İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü

İranın ali dini lideri Əli Xamenei HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İsmayıl Haniyə görüş zamanı İran liderinə Qəzza zolağındakı hazırkı vəziyyət və anklavdakı “sionistlərin cinayətləri”, eləcə də İordaniyanın İordan çayının qərb sahilindəki vəziyyətin inkişafı barədə məlumat verib.
5-11-2023, 21:03
İstanbulda içməli su 20 faizədək azalıb


İstanbulda içməli su 20 faizədək azalıb

Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.
Yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.
Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.
5-11-2023, 20:27
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin əməkdaşı vəfat etdi


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin əməkdaşı vəfat etdi

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.
Bu barədə onun iş yoldaşları bildiriblər.
72 yaşlı mərhum uzun illər idman jurnalistikasında - “İdman” qəzetində çalışıb.
Sonralar bir müddət “Metro” qəzetinin redaktoru və baş redaktoru vəzifələrində işləyib.
Allah rəhmət eləsin.
5-11-2023, 19:35
Türkiyənin XİN Başçısı həmkarlarıyla Qəzzanı müzakirə etdi


Türkiyənin XİN Başçısı həmkarlarıyla Qəzzanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla misirli və iordaniyalı həmkarları Sami Şükri ilə Eymen Safedi arasında telefon danışığı olub.
Telefon danışıqları Türkiyənin İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər çərçivəsində baş tutub.
Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Hakan Fidanın misirli həmkarı ilə telefon söhbətində bölgəyə humanitar yardımların fasiləsiz və davamlı çatdırılmasının vacibliyi vurğulanıb.
5-11-2023, 19:14
Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə getdi


Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində XİN başçısının rumıniyalı həmkarı və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
5-11-2023, 18:11
Qəzza zolağında ölənlərin sayı 10 minə çatır


Qəzza zolağında ölənlərin sayı 10 minə çatır

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 9 770 nəfərə çatıb.
Bu barədə HAMAS-ın tabeliyində olan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Qəzza zolağında həlak olanların azı 4 800-ü uşaqdır.
5-11-2023, 17:50
İranın müdafiə naziri ABŞ-ni hədələdi


İranın müdafiə naziri ABŞ-ni hədələdi

İran müdafiə naziri Mohammad Reza Aştiani ABŞ-ni hədələyib.
O, bildirib ki, ABŞ Qəzza zolağında müharibəni dayandırmalı və atəşkəsi təmin etməlidir.
Mohammad Reza Aştiani deyib ki, bu, ABŞ-ə tövsiyələridir:
“Əgər Qəzza zolağında müharibəni dayandırmasalar və atəşkəsi təmin etməsələr, ABŞ ciddi zərbə alacaq”.
5-11-2023, 17:20
Ərdoğan CHP-də lider dəyişikliyinə münasibət bildirdi


Ərdoğan CHP-də lider dəyişikliyinə münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.
Ərdoğanın sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. O bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:
“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.
Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!