3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
8-08-2024, 17:42
1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - RƏSMİ


1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - RƏSMİ

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420-si imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb..
Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-də başa çatıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
8-08-2024, 16:59
Cahan savaşından sonra ilk dəfə: Xarici qoşun Rusiya ərazisində...


Cahan savaşından sonra ilk dəfə: Xarici qoşun Rusiya ərazisində...


İkinci Dünya Müharibəsindən sonra ilk dəfə başqa ölkənin ordusu Rusiya Federasiyasına daxil olub. Bunu "Bloomberg" yazıb.
Nəşr qeyd edir ki, Kursk vilayətindəki sıçrayış Rusiyanın müdafiəsinin zəifliyini göstərib və Putinin rusların müdafiəçisi imicini itirib, eyni zamanda ukraynalıların əhval-ruhiyyəsi yüksəlib.
Həmçinin bildirilir ki, Kursk vilayətindəki vəziyyət Kiyevin ABŞ və avropalı müttəfiqlərinin Moskvanın eskalasiya hədələrindən qorxmaması ilə bağlı arqumentini gücləndirəcək.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
Qeyd edək ki, Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
“Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, - Putin iddia edib.
Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.
Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”.
8-08-2024, 16:22
Sadır Japarov Astanaya səfər edib - FOTO


Sadır Japarov Astanaya səfər edib - FOTO

Qırğızıstan Prezidenti Sadır Japarov Astanaya səfər edib.
Bu barədə "Kazinform" agentliyi Qazaxıstan Respublikası hökumətinə istinadən məlumat yayıb.
O, Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşündə və inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərinin müzakirə olunduğu “Mərkəzi Asiya+Yaponiya” Dialoqunun Dövlət Başçılarının birinci Zirvə Görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edib.

8-08-2024, 16:20
Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edilib


Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edilib

Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib.
15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.
Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Dövlət Neft və Sənayes Universitetində (ADNSU), Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.
Həmçinin, BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mükün olmayacaq.
8-08-2024, 15:52
Fransa müstəmləkəçiliyindəki xalqların təmsilçiləri Korsikada konfrans keçirib


Fransa müstəmləkəçiliyindəki xalqların təmsilçiləri Korsikada konfrans keçirib

Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada iki günlük beynəlxalq konfransı keçirilib.
“Nazione” hərəkatının təşkilatçılığı ilə keçirilən konfransda müstəqillik hərəkatlarının təmsilçiləri Fransanın işğalı altında olan müstəmləkələrin qarşılaşdığı problemləri çatdırıblar.
Müzakirələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayaraq dekolonizasiya prosesinin dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirildiyi xüsusi vurğulanıb.
İştirakçılar Azərbaycanın, o cümlədən Bakı Təşəbbüs Qrupunun dekolonizasiya istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, dünyanın müxtəlif ölkələrində dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfransların təşkil edildiyini məmnunluqla qeyd ediblər.
Tədbir iştirakçıları səylərin birləşdirilməsinin, birgə təşəbbüslərin irəli sürülməsinin, o cümlədən kolonializm məsələsinin daha ciddi şəkildə beynəlxalq təşkilatlar qarşısında qoyulmasının vacibliyini bildiriblər.
Fransanın işğal altında saxladığı ərazilərdə kütləvi şəkildə insan hüquq və azadlıqlarını pozduğu, insanların fundamental hüquqlarına hörmət etmədiyi bir daha vurğulanıb və bu kimi qeyri-qanuni fəaliyyətlər qınanıb.
Tədbir iştirakçıları Fransa hökumətinə çağırış edərək, beynəlxalq öhdəliklərinə əməl etməsi tələb olunub.
8-08-2024, 15:40
İlham Əliyev Qazaxıstandadır - FOTO


İlham Əliyev Qazaxıstandadır - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.


8-08-2024, 15:23
Qazaxıstan və Özbəkistan müttəfiq ola bilər - Mirziyoyev


Qazaxıstan və Özbəkistan müttəfiq ola bilər - Mirziyoyev

"Birgə sistemli və praktiki səylər sayəsində Qazaxıstan və Özbəkistan əməkdaşlığı müttəfiqlik münasibətləri səviyyəsinə çatdıra biliblər".
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb.
Bildirilib ki, ticarət, sənaye əməkdaşlığı, enerji, nəqliyyat, kənd və su təsərrüfatı, mədəniyyət sahələrində əlaqələrin daha da dərinləşdirilməsinə dair konkret razılaşmalar əldə olunub.
"Qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrindən biri olan regionlararası əlaqələrin inkişafı üçün səyləri gücləndirmək barədə razılığa gəldik. Hazırkı Regionlararası Əməkdaşlıq Forumunun ölkələrimizin bütün regionlarının iştirakı ilə yenidən Regional Rəhbərlər Şurasına çevrilməsi təşəbbüsü irəli sürülüb. Yaxın gələcəkdə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına yönəlmiş kompleks proqram qəbul ediləcək. Bizim çox böyük potensialımız var”, - deyə o qeyd edib.
8-08-2024, 15:11
Tokayev: Orta Dəhlizlə yükdaşımaların həcmi 5 dəfə arta bilər


Tokayev: Orta Dəhlizlə yükdaşımaların həcmi 5 dəfə arta bilər

Mərkəzi Asiya regionu sürətlə qlobal nəqliyyat qovşaqlarının mərkəzinə çevrilir. Çinin “Bir kəmər, bir yol” və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu və ya digər formada regionun bütün dövlətlərini əhatə edir.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Kazakstanskaya pravda” qəzetində dərc olunan məqaləsində yer alıb. Prezident nəzərə çatdırıb ki, Qazaxıstan tərəfdaşları ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) fəal şəkildə inkişaf etdirir.
“Ortamüddətli perspektivdə bu marşrutla daşınan yüklərin həcmi 5 dəfə arta bilər. Qazaxıstanın dəniz infrastrukturu - Aktau və Kurık limanlarının inkişafı ilə artan yüklərin Çindən Mərkəzi Asiya və Qafqaz ölkələrinə, oradan da Türkiyə və Avropaya çatdırılması üçün yeni fürsətlər açılır. Əfqanıstan ərazisindən keçməklə inkişaf etdirilən nəqliyyat dəhlizləri perspektivli Cənubi Asiya ölkələrinin bazarlarına və Hind okeanının limanlarına çıxışı təmin edəcək. Bu, bütün regionun maraqlarına uyğundur. Mərkəzi Asiya daxilində və digər ölkələrlə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməklə biz bir çox məqsədlərimizə nail ola biləcəyik”, - deyə Kasım-Jomart Tokayevin məqaləsində bildirilir.
8-08-2024, 14:33
Tokayev Mirziyoyevə "Qızıl Qartal" mükafatı verdi - FOTO


Tokayev Mirziyoyevə "Qızıl Qartal" mükafatı verdi - FOTO

Qazaxıstanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Altın Kıran” (“Qızıl Qartal”) ordeni ilə təltif edilməsi mərasimi keçirilib.
Qazaxıstanın ali dövlət mükafatını Özbəkistanın liderinə prezident Kasım-Jomart Tokayev təqdim edib.
Mirziyoyev səmimi təşəkkürünü bildirib və qeyd edib ki, yüksək mükafat iki xalqın çoxəsrlik dostluğunun möhkəmləndirilməsi istiqamətində birgə səylərə verilən qiymət, habelə Özbəkistan və Qazaxıstan arasında münasibətləri yeni tarixi səviyyəyə çatdırmaq üçün ortaq istəklərin tanınmasıdır - strateji tərəfdaşlıq və müttəfiqlik.
Ən yüksək “Altın Kıran” ordeni dövlət rəsmilərinə Qazaxıstanla dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə verilir.






8-08-2024, 13:46
Qarabağ Universitetində rus bölməsi olmayacaq


Qarabağ Universitetində rus bölməsi olmayacaq

Qarabağ Universitetində tədrisin hansı dillər üzrə aparılacağına aydınlıq gətirilib.
Bu il tədris Azərbaycan və ingilis dillərində aparılacaq, rus bölməsi üzrə qəbul isə yoxdur.
Həmçinin qeyd edilib ki, ingilis bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris ingilis dilində aparılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!