Ervin İbrahimoviç Zəfər parkında .....                        Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında .....                        Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA .....                        “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı .....                        Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu .....                        907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb .....                        Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı .....                        İran-İsrail müharibəsi yenidən başlayır? .....                        "Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                       
4-04-2024, 17:51
FHN-nin Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzinin açılışı oldu - VİDEO


FHN-nin Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzinin açılışı oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzinin açılışı olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkonvik Kəmaləddin Heydərov 4 aprel 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib.
Kibertəhlükəsizlik əməliyyatları mərkəzində Fövqəladə Hallar Nazirliyinin informasiya texnologiyaları infrastrukturunda olan bütün informasiya texnologiyaları avadanlıqlarının təhlükəsizliyi təmin olunacaq. Mərkəz daxilində bu prosesin icrası iki mexanizmdə paralel şəkildə həyata keçiriləcək. Hücum mexanizmində təcrübəli mütəxəssislər tərəfindən informasiya texnologiyaları infrastrukturuna hücum simulyasiyaları təşkil olunur. Hücum simulyasiyası nəticəsində sızma və ya müdaxilə cəhdləri uğurlu olarsa, bu barədə müvafiq hesabatlar tərtib edilir və aşkarlanmış təhlükəsizlik boşluqları haqqında qabaqlayıcı tədbirlər görülməsi üçün müvafiq şöbələr təlimatlandırılır. Müdafiə mexanizmində isə xarici və daxili şəbəkə sorğuları, həmçinin informasiya texnologiyaları infrastrukturundakı hər bir texnoloji proses vahid mərkəzdən monitorinq olunur. Bu zaman hər bir insident xəbərdarlığı əsasında yaranan təhlükənin qarşısı operativ şəkildə alınır və başvermə səbəbi araşdırılaraq müvafiq qabaqlayıcı silsilə tədbirlər təşkil olunur.
Rabitə mərkəzində monitorinq sistemləri vasitəsilə telekommunikasiya şəbəkəsi, Nazirliyin struktur bölmələrində, həmçinin yerli telekommunikasiya qovşaqlarında quraşdırılmış şəbəkə və rabitə avadanlıqları real vaxt rejimində monitorinq olunacaq. Monitorinq sistemlərinin köməyi ilə avadanlıqlarda yaranmış problemlər haqqında real vaxt rejimində xəbərdarlıq və operativ müdaxilə mexanizmi tətbiq ediləcək. Rabitə mərkəzində ən müasir texnoloji təchizata malik rabitə avadanlıqlarının təmiri laboratoriyası da fəaliyyət göstərəcək. Burada qabaqcıl təcrübələrə yiyələnmiş mütəxəssislər tərəfindən nasaz rabitə vasitələrinin diaqnostikası aparılacaq və təmir işləri həyata keçiriləcək. Həmçinin, Rabitə mərkəzində Nazirliyin daxili telefon şəbəkəsi, Elektron Avtomat Telefon Stansiyası (EATS) və telekkommunikasiya şəbəkələri avadanlıqlarına nəzarət və xidmət göstəriləcək.

4-04-2024, 17:46
“Crocus City Hall”da törədilən terror aktıyla bağlı daha 3 nəfər saxlanıldı


“Crocus City Hall”da törədilən terror aktıyla bağlı daha 3 nəfər saxlanıldı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha 3 nəfəri saxlayıb.
Sözügedən şəxslər Moskva, Yekaterinburq və Omsk şəhərlərində saxlanılıb.
Onlardan biri Rusiya vətəndaşı olsa da, hər üçü Mərkəzi Asiya regionundandır.
Bildirilir ki, saxlanılan şəxslərdən ikisi terror aktı zamanı istifadə olunan nəqliyyat vasitəsi və odlu silahın əldə edilməsi üçün pul köçürüb. Üçüncü şəxs isə terrorda iştirak edənlərin hücuma cəlb olunması və onu icra edənlərin maliyyələşdirilməsi ilə məşğul olub.
Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.
4-04-2024, 17:24
Ermənistanı idarə edən şəxsin kosmik miqyasda yalançıdır - Sarkisyan


Ermənistanı idarə edən şəxsin kosmik miqyasda yalançıdır - Sarkisyan

“Ermənistanı idarə edən şəxsin kosmik miqyasda yalançı olduğunu bir daha desəm, heç kim təəccüblənməyəcək”.
Bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyan haqda deyib.
“O, mənə böhtan atdı ki, guya mən ona gündəlik işlərlə bağlı məktublar göndərmişəm. Aparat rəhbərim bunu dərhal təkzib etdi və həmin məktubların dərc olunmasını tələb etdi. Aydındır ki, heç nə olmayıb, çünki bu baş verməyib”, – Serj Sarkisyan bildirib.
O qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi fəlakətdir. Sarkisyan Paşinyanı "baş müzakirəçi" deyərək ələ salıb:
“Baş müzakirəçinin dəyişməsi fəlakət oldu. Qalan faciələr yalnız bu fəlakətin nəticələridir”, - Sarkisyan bildirib.
4-04-2024, 17:12
Gənc kinematoqrafçılara dəstək - Alternativ Kino Akademiyası yaradıldı


Gənc kinematoqrafçılara dəstək - Alternativ Kino Akademiyası yaradıldı

Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.
Agentlikdən bildirilib ki, layihənin kuratorluğu ARKA-nın əməkdaşı, tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə olunub.
“Nizami” kinoteatrında Alternativ Kino Akademiyasının ilk tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı baş tutub.
Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda Xəyal Rzanın “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32-ci günü”, Mirhafiz Həsənovun “Çağırılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş mələk”, Araz Quliyevin “İkinci nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirilib.
Qeyd edək ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.
4-04-2024, 16:44
Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı açıqlandı


Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı açıqlandı

Məktəbəqədər təhsil müəssisələrində ixtisası üzrə işləməyən tərbiyəçi müəllimlər var.
Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bağça müəllimlərinin sertifikasiyası ilə bağlı məsələyə də aydınlıq gətirib.
İlahə Rəsulova qeyd edib ki, bu il bağça müəllimlərinin sertifikasiyası gözlənilmir:
“Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi müəllimləri üçün 2026-cı ildə sertifikasiya gözlənilir. Amma ondan əvvəl diaqnostik qiymətləndirmə aparmaq istəyirik ki, sertifikasiyaya qədər vəziyyəti aydınlaşdıraq. Bundan sonra hər hansı qaydalar olduqca, məlumat veriləcək. Ola bilsin sertifikasiyanın hansısa mərhələsi 2025-ci ildə olsun”.
4-04-2024, 16:03
Milli Məclisin sədri Çavuşoğluyla görüşdü


Milli Məclisin sədri Çavuşoğluyla görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycanla Türkiyənin birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərimiz də vacib rol oynayır. Tərəflər bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluqlarını qeyd ediblər. Vurğulanıb ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər.
Spiker Sahibə Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin, TBMM sədri Numan Kurtulmuşla görüşlərini məmnunluqla xatırladıb və qarşılıqlı səfərlərin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib. Görüşdə “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizm olduğu vurğulanıb.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu bu il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin tarixi səs fərqi ilə qələbə qazanması münasibəti ilə təbriklərini çatdıraraq, deyib ki, bu qələbə Prezident İlham Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ zəfərinin nəticəsidir.
Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimiz mühüm əməkdaşlıq istiqamətlərindən biri də ayrı-ayrı beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında onsuz da çox sıx olan əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.
Söhbət zamanı xüsusilə vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa Şurasının Parlament Assambleyasıdır. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu gün AŞPA təəssüf ki, Mövlud Çavuşoğlunun prezident olduğu dövrdəki qurum deyil. Bu təşkilat çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.
Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
4-04-2024, 15:56
Əli Əsədov Konqo Prezidentini qəbul etdi


Əli Əsədov Konqo Prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Covid-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Eyni zamanda səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
4-04-2024, 15:43
Güclü külək paytaxtda 20 ağacı sındırıb - FOTO


Güclü külək paytaxtda 20 ağacı sındırıb - FOTO

Bakıda güclü külək səbəbindən 20 ağac sınıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb:
"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib".







4-04-2024, 15:27
İlham Əliyev: “Azərbaycan COP29-a çox ciddi hazırlaşır”


İlham Əliyev: “Azərbaycan COP29-a çox ciddi hazırlaşır”

Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.
Bu barədə Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
4-04-2024, 15:22
UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdi


UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdi

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.
Ağdam təmsilçisinə Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazandığına və 1/8 final mərhələsinə yüksəldiyinə görə 1,700,000 (bir milyon yeddi yüz min) avro verilib.
Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!