15-10-2023, 15:58
İranda güclü zəlzələ baş verdiİranda 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, Xuzistan vilayətində 5,3 bal gücündə zəlzələ baş verib
15-10-2023, 15:40
Prezident Əsgəran qalasındaAzərbaycan Prezidenti İlham Əliyev Əsgəran qalasında olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15-10-2023, 15:27
İlham Əliyev Şuşanın Malıbəyli kəndində oldu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15-10-2023, 15:14
İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15-10-2023, 15:04
İsrail ərazisinə 6300 raket atılıbOktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından HƏMAS radikal qruplaşması tərəfindən 6 300 raket atılıb.
Atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
15-10-2023, 14:51
Prezident Xankəndi şəhərində Dövlət Bayrağını ucaltdı və çıxış etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15-10-2023, 14:09
İsraildə bütün təhsil müəssisələri distant təhsilə keçdiİsrail Təhsil Nazirliyinin müvafiq göstərişi ilə ölkədəki bütün təhsil müəssisələri distant təhsilə keçib.
Məktəblər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək.
Eyni zamanda, bəzi təhsil müəssisələri dərsləri fərdi, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla keçirmək hüququnu özündə saxlayır.
Qeyd olunub ki, distant təhsil formasının nə qədər davam edəcəyi hələlik məlum deyil.
Nəşr həmçinin vurğulayıb ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşib: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailənin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.
14-10-2023, 16:14
İranda 4 məbhus edam olunduİranda daha 4 məhbus edam edilib.
Bu barədə ölkənin İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, oktyabrın 11-də Kərəcin Qızılhisar həbsxanasında saxlanılan 4 məhbus dar ağacından asılıb.
Edam edilən şəxslər qəsdən adam öldürməkdə ittiham ediliblər.
Qeyd edək ki, ölüm hökmü həyata keçirilən 4 məhbusdan ikisi əfqan əsilli olub.
14-10-2023, 15:26
Təhsil tələbə krediti üçün müraciət edənlərin sayı açıqlandıBu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, indiyədək 33 min 958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 24 min 637 nəfərin müraciəti rəsmiləşdirilib.
Müraciət edənlərin 19 min 51 nəfəri qadın, 14 min 907 nəfəri kişidir. Ümumilikdə 14 min 332 qadın, 10 min 305 kişinin müraciəti rəsmiləşdirilib.
14-10-2023, 15:15
Təhsil naziri sertifikasiyadan keçən müəllimlərin sayını açıqladı“Azərbaycan məktəbliləri bu il beynəlxalq fənn olimpiyadalarında 57 medal qazanıblar”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib:
“2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”.